Ermənilər 39 günlük körpəmi qətlə yetirdilər - Bağanıs Ayrımdan olan zərərçəkmiş

Aprelin 11-də Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində zərərçəkmiş Ramiz Adıgözəlov 39 günlük körpəsinin ermənilər tərəfindən qətlə yetirildiyini bildirib.
Adalet.az APA-ya istinadən xəbər verir ki, Qazax rayonunun Bağanıs Ayrım kəndinin sakini olan zərərçəkmiş hadisənin 1990-cı il martın 23-dən 24-nə keçən gecə baş verdiyini deyib.
Onun sözlərinə görə, xeyli sayda Ermənistan hərbçisi gəlmişdi. Əvvəlcə qadınlar evləri talan edirdilər, sonra da kişilər evləri yandırırdılar.
O, həmin gün 6 kənd sakininin və bir milis işçisinin yandırılaraq qətlə yetirildiyini qeyd edib.
Xatırladaq ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi davam etdirilir.
Digər Xəbərlər

Narkotik vasitənin təsiri altında olan taksi sürücüsü həbs edildi

"Mall"da qadınların telefonlarını oğurlayan şəxslər saxlanıldı

Abşeronda əməliyyat keçirilib - Saxlanılanlar var

Azərbaycanlı milyonçunun bazarına basqın - VİDEO

İsmayıllıda kişi meyiti tapıldı

Bağanıs Ayrımda yandırılan 39 günlük körpə ilə bağlı videomateriallar göstərildi - Məhkəmə - FOTOLAR

Bank kartları ilə bağlı növbəti XƏBƏRDARLIQ
