Ermənilər “Rusiya xəyanətkardır”, Paşinyan isə “Rusiya günahkardır” deyir...
44 günlük müharibədən sonra “erməni xalqına ən böyük xəyanət məhz Putinin Rusiyaya rəhbərlik etdiyi dövrdə baş verdi” kimi fikirlər erməni mediasının gündəmindən düşmür.
Hətta Ermənistanın rəsmi şəxsləri, məsələn erməni millət vəkili Azad Arşakyan “Lragir” qəzetinə verdiyi açıqlamada da bunu təsdiq edib.O, bildirib ki, Rusiya bizə xəyanət etdi: “Birinci həftədən sonra məlum oldu ki, biz döyüş meydanında təkik. Yəni müttəfiq seçərkən səhv etdik. Ən kritik məqamda, Ermənistanı mühasirəyə aldıqda, təcavüzə məruz qaldıqda və bu sənədləri imzalayanda əmin olduq ki, müttəfiimiz tək əsgərlərimiz olub. Rusiya müharibə əraziləri üzərində suverenliyini itirən Ermənistana qarşı idi. Müttəfiqlərimiz bizi tərk etdi və təhlükəsizliyə zəmanət vermədi.
Yadınızdadırsa, ötən il Keçmiş qondarma rejimin nümayəndəsi Vaan Badasyan erməni mətbuatına verdiyi müsahibədə bir sıra diqqət çəkən fikirlər səsləndirmiş "Rusiya həmişə bizə xəyanət edir" demişdi.
Bu ilin aprel ayında Rusiya sülhməramlıları mümkün təxribatların qarşısını almaq üçün erməni deputatların Qarabağa daxil olmasına icazə vermədiyi üçün ermənilərin məlum fikirləri daha geniş şəkildə deyilməyə başlayıb.
Adalet.az erməni mediasına istinadən xəbər verir ki, ötən gün İrəvanda onlayın keçirilən iclasda Ermənistanın Baş naziri Nikol Paşinyan bir sıra maraqlı açıqlamalar edib. O bildirib ki, erməni hərbçilərinin Azərbaycan tərəfinə əsir düşməsində Rusiya günahkardır: ” Erməni hərbçilərin 90 faizindən çoxu Rusiya sülhməramlılarının yerləşdirilməsindən sonra və onların məsuliyyət zonasında əsir düşüb”.
Qeyd edək ki, 44 günlük müharibədən sonra Ermənistanın paytaxtında Rusiyaya qarşı mitinqlər təşkil olunmuş, “Rusiya satqındır”, “Rusiya xəayanətkardı” plakatları boy göstərib.
Əntiqə Rəşid
Digər Xəbərlər
09 Yanvar 2026 21:11
Meloni: Avropanın Rusiya ilə dialoqu bərpa etmək vaxtı çatıb
09 Yanvar 2026 19:03
Türkiyə bu ölkələrin müdafiə alyansına qoşulmağa çalışır
09 Yanvar 2026 17:58
İran sünnilərinin lideri: Xalq hakimiyyəti dəyişdirməkdə qərarlıdır
09 Yanvar 2026 17:00


Bakı -°C

