Ermənilərin 44 günlük savaşdan çəkdiyi film beynəlxalq mükafat aldı: “1489”
Dünyanın ən nüfuzlu sənədli film festivalı olan IDFA-da erməni filmi FIPRESCI mükafatına layiq görülüb. Bu barədə “Qızıl ərik”film şirkətinin bədii rəhbəri Karen Avetisyan “Facebook” səhifəsində yazıb.
O qeyd edib ki, dünyanın ən nüfuzlu sənədli kino festivalı olan IDFA-da erməni filmi nüfuzlu dünya kinoşünaslar assosiasiyası və peşəkar kino peşəkarları tərəfindən FIPRESCI mükafatına layiq görülüb:
“Film bir nəslin səsini ən həssas anlarında belə ortaya qoyur, üzvi şəkildə birinci şəxsin prizmasından ailə rezonansının səssiz müşahidəsinə doğru irəliləyir. Biz Şoğakat Vardanyanın debüt filmi “1489”-un uğurundan məmnunuq”, o yazıb.
Qeyd edək ki, rejissor Şoğakat Vardanyan 44 günlük müharibədə həlak olan Soqomon Vardanyanın bacısıdır, “1489” rəqəmi isə Şoğakatın qardaşının meyit nömrəsidir.
P.S. Görən, bizim "kinoçıxardanlar". hara baxır?
Əntiqə Rəşid
Digər Xəbərlər
14 Sentyabr 2026 14:37
50 yaşını Ağdamda qeyd etdi - VİDEO
13 Sentyabr 2026 16:37
SƏNƏTƏ VƏ MƏNƏVİYYATA XİDMƏT - Aysel KƏRİM yazır
12 Sentyabr 2026 10:16
“Heyif ki, mən öz fikrimi deyə bilmədim, buna imkan verilmədi” - VİDEO
10 Sentyabr 2026 16:17


Bakı -°C

