adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7
31 Mart 2023 18:53
461
SİYASƏT

Ermənistan 10 km-lik yolu nə vaxt tikib bitirəcək? - Ekspertdən açıqlama

"Ermənistan həm siyasi, həm iqtisadi cəhətdən bizdən zəif olduğuna görə yolu dediyi vaxtda təhvil verə bilmədi".

Adalet.az xəbər verir ki, bu sözləri nəqliyyat üzrə ekspert Rauf Ağamirzəyev ANS Press-ə müsahibəsində danışarkən deyib. 

O bildirib ki, 020-ci ilin noyabrında imzalanmış Üçtərəfli Bəyanatda qeyri-müəyyən bir fikir var ki, yeni alternativ yol üç il ərzində çəkilməlidir. Üç ilin də tamamlanması bu ilin noyabrında baş verəcək. Azərbaycan tərəfi bu işi çox operativ icra etdi, çox qısa zamanda və mürəkkəb dağlq relyefdə, tam sərhədə kimi ümumi 22 kilometrlik yol artıq istifadəyə verilib. Erməni tərəfində olan dağlıq və qismən dağətəyi ərazidə işlər görülür. Yalnız sürət bizdən çox fərqlidir. Ermənistan həm siyasi, həm iqtisadi cəhətdən bizdən zəif olduğuna görə yolu dediyi vaxtda təhvil verə bilmədi. Belə işlərdə əsas dəstək dövlətdən gəlməlidir. Görünür, bu onlarda başqa cürdür.

Rauf Ağamirzəyev ermənilərin yolun tikintisini niyə ləngitdikləri barədə də danışıb.

Onun sözlərinə görə, ermənilər fərqli məlumatlar yaymışdılar, əvvəlcə deyilmişdi ki, aprelin 1-də təhvil verilir, sonradan son məlumat aprelin 30-na deyilib. Mənim bildiyimə görə torpaq işlərini bitiriblər. Asfalt-beton örtüyünün döşənməsi işləri başlanmalı idi. Güman ki, aprel ayı ərzində bitirərlər.

Köhnə 23 kilometrlik yol sırf Laçın şəhəriinin içindən keçirdi. Təbii ki, Azərbaycan vətəndaşları ondan istifadə edəcəklər. Köhnə yolu həm də ənənəvi yol adlandırmaq olar – Yevlax-Xocalı-Laçın yoluna (indeks: R-28) Xankəndi şəhərinə giriş yolları də qismən qoşulur. Bu yolun ikinci hissəsində (indeks: R-37), yəni Laçın-Zabux-Ermənistan dövlət sərhədi yolu - yeni alternativ yol çəkildi, düzdür, hələ indeks almayıb. Yeni yolu təhvil vermədiyinə görə Ermənistan qismən köhnə R-37 yolundan istifadə edir. Azərbaycan tərəfi hələ də humanizm nümayiş etdirərək, bu yoldan istifadəyə icazə verir.

O qeyd edib ki, gələcəkdə yol tam istifadəyə verildikdən və gömrük, sərhəd xidmətlərinin postları qurulduqdan sonra keçid məntəqlərinin sayı da arta bilər. Onsuz da Azərbaycan tərəfinin çəkdiyi yeni yolda bütün infrasktruktur hazırdır. 

 

Emin