Ermənistan Azərbaycanla şərti sərhəddə qoşun toplayır - RƏSMİ + VİDEO
Son zamanlar Ermənistan-Azərbaycan şərti sərhədinin müxtəlif istiqamətlərində Ermənistan silahlı qüvvələrinin bölmələri və döyüş texnikasının cəmləşdirilməsi barədə 31 mart 2024-cü il tarixində Müdafiə Nazirliyi tərəfindən rəsmi məlumat yayılıb.
Nazirlikdən Adalet.az-a verilən məlumata görə, şərti sərhədboyu Ermənistanın qoşunlarını cəmləşdirməsi və hücum xarakterli dayaq məntəqələrini qurması, müxtəlif istiqamətlərdə uzunmüddətli atəş nöqtələrini yaratması, fortifikasiya qurğularını inşa etməsi bölmələrimizin sərəncamında olan xüsusi texniki vasitələr və vizual müşahidə ilə qeydə alınmışdır.
Yeni inşa edilmiş dəmir-beton fortifikasiya qurğularında Ermənistan silahlı qüvvələrinin artilleriya sistemləri, digər hücum silahları və ağır atəş vasitələri yerləşdirilir.
Bir daha bəyan edirik ki, Azərbaycan Ordusu tərəfindən Ermənistanın törədə biləcəyi hər hansı təxribatın qarşısı qətiyyətlə alınacaq, vəziyyətin gərginləşdirilməsinə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyi və onun havadarlarının üzərinə düşəcək.
Digər Xəbərlər
13 Sentyabr 2026 13:20
Sabah 33 dərəcə isti olacaq
13 Sentyabr 2026 10:08
Bakıda bu yollar bağlıdır - Sürücülərin nəzərinə!
12 Sentyabr 2026 17:24
Anar Bağırov Moldovada Vəkil Günü tədbirlərində iştirak edib
12 Sentyabr 2026 15:54
"Şuşaya vurulmuşam" - Səfir
12 Sentyabr 2026 15:29
Diplomatlar Kəlbəcərdə Xudavəng monastır kompleksini ziyarət etdilər - FOTOLAR
12 Sentyabr 2026 15:26
Hikmət Hacıyev erməni saxtakarlığını belə İFŞA ETDİ - VİDEO
12 Sentyabr 2026 12:30
Sabah 33 dərəcə isti olacaq
12 Sentyabr 2026 12:18


Bakı -°C

