"Ermənistan vətəndaşlarında ədalət hissi yoxdur" - Paşinyan
"Ermənistan vətəndaşlarında ədalət hissi yoxdur, ona görə də istintaq orqanları işə sıfır nöqtədən başlamalıdır".
Adalet.az erməni mediasına istinadən xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan deyib.
O əlavə edib ki, bu illər ərzində hökumət ölkədə ədalətin bərqərar olması üçün İstintaq Komitəsinin imkan və səlahiyyətlərinin genişləndirilməsi istiqamətində xeyli iş görüb.
"Təəssüf ki, indi biz Ermənistan vətəndaşlarının ədalət hissinə malik olduğunu deyə bilmərik, mən bu gündəliyi bir daha vurğulamaq istəyirəm. Hökumətin 2026-cı il parlament seçkilərinə qədər vətəndaşlara bu cür etimad aşılamaq və hamının, istər əvvəlki, istərsə də indiki hakimiyyətin nümayəndələrinin qanun qarşısında bərabər olduğunu göstərmək üçün çox az vaxtı var", - deyə Paşinyan qeyd edib.
Digər Xəbərlər
23 Sentyabr 2026 11:48
İranla savaşda neçə ABŞ hərbçisi ölüb?
23 Sentyabr 2026 11:31
Bodrumda yerli həyatın izində: Egey sahilinin fərqli üzünü kəşf edin - FOTOLAR
23 Sentyabr 2026 10:31
Yaponiyada dəhşətli tayfun: Xeyli ölən və yaralanan var
23 Sentyabr 2026 10:02
Rusiyada ayılar bu şəhəri əhatəyə aldı
23 Sentyabr 2026 09:44
Əməliyyatdan sonra həyatı kabusa çevrilmişdi - Evtanaziya ilə öldü
23 Sentyabr 2026 09:24
Qalmaqallı açıqlamadan sonra - Qadınlar parlamentə mini ətəklə getdilər
23 Sentyabr 2026 00:11
Tramp Ərdoğanı təriflədi - "Çətin adamdır" - VİDEO
23 Sentyabr 2026 00:00


Bakı -°C

