adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
15 Yanvar 2022 12:06
906
SİYASƏT

Ermənistan XİN-in “Azərbaycan düşmənçilik siyasətini davam etdirir” məqaləsinə  CAVAB

Bu gün SputnikArmenia saytında “Azərbaycan düşmənçilik siyasətini davam etdirir”: XİN Bakıda ermənilərin soyqırımı ilə bağlı” məqaləsinə rast gəldim. Məqalənin elə giriş hissəsini oxuyanda erməni xislətinin iyrəncliyi, həyasızlığı gözlər önünə sərilir. Məqalədə deyilir:” 1990-cı ilin yanvarında Bakıda törədilən qırğınlar ermənilərin Azərbaycandan zorla qovulması prosesinə son qoydu. Yarım milyona yaxın erməni qaçqın düşdü”.

 

Əvvəlcə tarixə bir nəzər salaq

 

Əziz oxucular, gəlin erməni xislətinin iyrəncliyini bir də sizinlə bərabər araşdıraq...

10 fevral 1828-ci ildə Təbriz yaxınlığındakı Türkmənçay kəndindəİi Rusiya-İran arasında Türkmənçay müqaviləsi imzalandı. Məhz həmin müqavilədən sonra çar Rusiyası ermənilərin İrandan, Türkiyədən və digər ərazilərdən planlı sürətdə Cənubi Qafqaza daha dəqiq Azərbaycan ərazilərinə yerləşdirilməsi prosesini başlatdı. Tarixi mənbələrə görə, ilk öncə 40000 erməni Azərbaycanın müxtəlif ərazilərində məskunlaşdırıldı. 1829-cu ilin Ədirnə sülhünün nəticələrinə görə isə, Osmanlı İmperiyası ərazilərində yaşayan 90000 erməni də Azərbaycanda yerləşdirildi. Onlar məqsədli şəkildə əsasən Naxçıvan, İrəvan və Qarabağ xanlıqlarında məskunlaşdırıldılar.

 

 

Gəlmə ermənilərin XIX əsrin birinci yarısında Şimali Azərbaycan torpaqlarında, o cümlədən Qarabağda kütləvi şəkildə yerləşdirilməsi Azərbaycan xalqının gələcək faciələrinin baş verəcəyinə əlverişli şərait yaratmaq məqsədi daşımışdır. Acgöz, xəyanətkar, həyasız qul təfəkkürlü, uydurma iddiaların mühəndisi olan ermənilər “Böyük Ermənistan” yaratmaq uğrunda qanlar tökməyə, canlar almağa qalxdılar.

 

Dünyada 50 yaxın terror təşkilatı olan ermənilərin azərbaycanlıları 3 dəfə kütləvi qətillər sayəsində doğma torpaqlarından çıxartmağı bacardılar.

 

Birinci mərhələ 1905–1920-ci illər; İkinci mərhələ 1948–1953-ci illər, Üçüncü mərhələ 1988–1992-ci illər.

 

“Ardıcıl düşmənçilik” kimin mərəzidir?

 

 

 

Ermənistan XİN-in yazdığı kimi “düşmənçilik” 1990-cı ildən başlamayıb. 1988-ci il fevralın 19-dan etibarən İrəvanda kütləvi mitinqlər başlanır. Mitinq iştirakçıları "Ermənistanı türklərdən təmizləməli!", "Ermənistan yalnız ermənilər üçündür!" kimi şüarlar irəli sürüb mitinqlərə başlamadılarmı? Mitinqlərin üçüncü günü İrəvanda salamat qalmış yeganə məscid binası (XX əsrin əvvələrində isə şəhərdə 8 məscid olmuşdur) və azərbaycanlı orta məktəbi, C.Cabbarlı adına İrəvan Azərbaycanlı Dram Teatrının ləvazimatı yandırılmadımı? İrəvanda bu hadisələrə qarşı etirazını bildirən azərbaycanlıların evlərinə od vurulmadımı? Bütün bunlara baxmayaraq Spitak zəlzələsi zamanı sizə -fəlakət zonasına ilk yardıma gələn ölkə Azərbaycan olmadımı? Xoş niyyətinə baxmayaraq 78 azərbaycanlının olduğu təyyarəni siz partlatmadınızmı? Bakıda metro, avtobus. ADNA faciələrini siz azərbaycanlılara yaşatmadınızmı?

Daha sonra Ermənistandakı , eləcə də Qarabağdakı ermənilərin azərbaycanlılara qarşı başladılmış cinayətlərinə Ağdamda 1988-ci ilin fevralın 23-də etiraz edən dinc xalqı güllə-boran edənlər kim idi? Həmin gün gənc ağdamlılar: Əli Hacıyev və Bəxtiyar Quliyevin şəhid edilməsi düşmənçiliyin davamı deyildimi?Niyə məhz “1990-cı il” deyib durmusunuz?

 

Ssenarisini qurduğunuz "Sumqayıt qırğınları" Azərbaycandakı “şah əsəriniz” deyilmi?

 

 

Ermənilərin ən yüksək tribunalardan bağırdığı "Sumqayıt qırğınları" azərbaycanlıarın Ermənistandan deportasiyası, qətli, evlərinin yağmalanaraq yandırılması, Ağdamda iki gəncin qanına qəltan edilməsindən sonra baş verdi... "Sumqayıt qırğınları" Azərbaycanlıların deportasiyası və kütləvi şəkildə qətl edilməsinə haqq qazandırmaq üçün ermənilərin düşünüb hazırladığı bir plan olduğunu bütün dünya bilir.

Xatırlatma: “Proqramın icracılarından ən fəalının 1959-cu ildə anadan olmuş Eduard Robertoviç Qriqoryan adında erməninin olması (öldürülən 26 ermənidən 6 nəfəri onun payına düşür), hadisədən 10 gün əvvəl Sumqayıtın bütün əmanət kassalarından ermənilərin öz əmanətlərini kütləvi şəkildə götürmələri, qırğınların videolentə alınması üçün erməni operatorlarının əvvəlcədən hadisələrin planlı şəkildə törədiləcəyi yerlərdə özlərinə xəlvəti çəkiliş mövqeyi seçmələri, iki gündən sonra həmin lentlərin montaj edilib bütün dünyanı dolaşdırılması, "Sumqayıt qurbanları"nın xatirəsini "əbədiləşdirmək" üçün əvvəlcədən hazırlanmış abidənin dərhal Xankəndində qoyulması və bu kimi faktlar sübut edir ki, bütün bunlar erməniləri, eləcə də dünya ictimaiyyətini Azərbaycan xalqına qarşı ayağa qaldırmaq, onun "vəhşi" obrazını yaratmaq məqsədini güdmüşdür. Sumqayıt qırğınlarının fəal təşkilatçılarından erməni Ohanyanın, Samoylov və Pavlovskinin adları isə uzun müddət mətbuatdan gizli saxlanmışdı.

1988-ci il fevralın 27-dən 28-nə keçən gecə Sumqayıt şəhərində baş vermiş iğtişaşlar nəticəsində 32 nəfər ölüb. Onlardan 26-sı erməni, 6-sı isə azərbaycanlı olub. Bu hadisələr də SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin ermənilərin özləri ilə birgə təşkil etdiyi və həyata keçirdiyi ssenarinin tərkib hissəsi idi. Sumqayıtda bu hadisəni təşkil etmək üçün seçilmiş şəxs də erməni – iki dəfə məhkum olunmuş Eduard Qriqoryan idi. Baxmayaraq ki, Sumqayıt hadisələrinin təşkilatçısı kimi azərbaycanlı Əhməd Əhmədov güllələnib, amma şahid ifadələri əsl günahkarın əslində erməni əsilli Eduard Qriqoryan olduğunu sübut edir”.

 

İrəvanda yaşayan bir azərbaycanlı göstərin, biz sizə 130 minə yaxın erməni göstərək

 

 

Ermənistan XİN daha sonra bildirir:”Bakıdakı soyqırımların və ermənilərə qarşı törədilmiş digər vəhşiliklərin ardıcıl olaraq inkar edilməsi, onları törədənlərin mükafatlandırılması, ermənilərə nifrətin kökünün kəsilməməsi hələ də Azərbaycanın dövlət siyasətidir.

Görəsən, Ermənistan XİN bilirmi ki, 2014-cü ilin əhalinin siyahıya alınmasına görə hazırda Bakıda 120 min 300 nəfər erməni yaşayır? Azərbaycanın dövlət siyasətində nifrət olsaydı, İrəvanda bir nəfər də olsun azərbaycanlı yaşamadığı kimi, Bakıda da bir nəfər erməni olmazdı. Ararat Mirzoyan İrəvanda yaşayan və tam azərbaycanlı olan bir ailə göstərsin və biz “düşmənçilik apardığımızı” boynumuza alaq.

Ermənistan XİN uydurmalarına və sərsəm fikirlərinə davam edir:”1990-cı ilin yanvarında Bakıda törədilən qırğınlar ermənilərin Azərbaycandan zorla qovulması prosesinə son qoyub. Nəticədə yarım milyona yaxın erməni qaçqın düşüb”.

Maraqlıdır, görəsən XİN rəhbəri Ararat Mirzoyan bu qədər savadsızdır ki, 1990-cı ilin yanvarında “Bakıda törədilən qırğınlar”ı azərbaycanlılar deyil, sovet ordusunun etdiyini bilmir? Tutaq ki, bunu bilmir, axı dövlət rəsmisi kimi bilməlidir ki, 1988-ci ildə Qərbi Azərbaycan ərazisində 261 azərbaycanlı kənd və qəsəbəsi boşaldılıb ki, onlardan da xalis azərbaycanlılar yaşayan kənd və qəsəbələrin sayı 172-si, azərbaycanlılarla başqa millətlərin yanaşı yaşadığı qarışıq kənd və qəsəbələrin sayı isə 89-dur.

 

Düşmənçiliyiniz hələ də davam edir

 

Deportasiyanın nəticəsi:“Bundan başqa daha 6 şəhərdə digər millətlərlə yanaşı, azərbaycanlılar da yaşamışlar. Bu yaşayış məntəqələrində isə soydaşlarımızın sayı 49 min 928 ailədə 250 min nəfər olub. Soydaşlarımızın fərdi təsərrüfatlarındakı əmlak da bütünlüklə ermənilər tərəfindən əvəzi ödənilmədən mənimsənilib. Qaçqın soydaşlarımıza məxsus bu əmlakın dəyəri Azərbaycan Qaçqınlar Cəmiyyətində torlanmış sənədlər əsasında təxmini hesablanaraq müəyyən olunub ki, təxminən

ziyan 2,5 milyard ABŞ dolları təşkil edir. Kolxozlarda azərbaycanlılara məxsus olan 43789 baş iribuynuzlu, 454 660 baş xırda buynuzlu mal-qara, çoxsaylı ev quşları, arı ailələri, 170 mədəniyyət evi, 274 məktəb binası, 119 kitabxana, uşaq bağçaları, həkim məntəqələri, məscid binaları, 1381 yardımçı təsərrüfat tikintiləri, 2169 avtomaşın, 1976 traktor, 3132 kənd təsərrüfat texnikası, minlərlə hektar üzüm və meyvə bağları ermənilərə qaldı. Bunların hamısının dəyəri təxmini hesablamalarla 17,5 milyard ABŞ dolları təşkil edir.Qaçqınlara dəyən ümumi maddi ziyan 20 milyard ABŞ dolları təşkil edir”.

Ermənistan XİN yaxud məlum məlumatı yazıb yayımlayan nazir Ararat Mirzoyan ya həddindən artıq savadsızdır, ya həddindən artıq axmaqdır, ya da hədindən artıq iyrənc xislətli erməni olaraq düşmənçiliyi özləri etdiyi halda başqalarının üzərinə yıxacaq qədər rəzildir.

Azərbaycan dövləti də, xalqı da uzun illərdi tolerant olduğunu bütün atdığı addımlarda sərgiləyib. İnanmırsınızsa, hazırda Bakıda azərbaycanlılardan da yaxşı yaşayan, hüquqları qorunan, müxtəlif vəzifələrdə çalışan ermənilərdən soruşun!

 

P.S. Bu faktlar yalnız Qərbi Azərbaycan ərazilərində baş verənləri əhatə edir. Qarabağda bizə- dinc əhaliyə yaşatdığınız Xocalı soyqırımı, Qaradağlı, Ağdaban, Çəmənli, Malıbəyli, Kərkicahan, Meşəli faciələri, zenit raketi ilə vurduğunuz təyyarədəki 44 nəfər azərbaycalının, süngüyə keçirdiyiniz, tonqalda yandırdığınız, qayalardan atdığınız, tankın arxasına bağlayaraq dərələrdə -təpələrdə sürüdüyünüz, hər tikəsi bir kolun, bir daşın üzərində iz salan günahsız insanların, 30 ildir doğma yurduna həsrət qalan köçkünlərin vəbalı boynunuzdadır.

 

 

Əntiqə Rəşid