27 Iyun 2024 11:38
365
GÜNDƏM

Ermənistanın imtina etdiyi Qarabağı Kreml niyə unuda bilmir? - Təhlil

Ötən gün Azərbaycan ordu gününü bayram etdiyi dəqiqələrdə Ermənistan sanki ağrı-acı çəkirdi. Bu ağrı-acını isə Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan dilə gətirdi:“Rusiya gəldi, Dağlıq Qarabağı əlimizdən aldı, Azərbaycana qaytardı, sonra da geri qayıtdı, bütün reallıq budur. Mən hesab edirəm ki, Rusiya Dağlıq Qarabağı alıb”.

“Günahların” hamısını Rusiyada görən Qriqoryan cavabsız qalmayacağının “cavab atəşi”nin olacağının da fərqindəydi.

 Çünki TŞ-n katibi də bilirdi ki, 202-ci ilin 11 noyabrında qondarma “artsax”ın qondarma prezidenti Arayik Arutyunyan  açıqlama verərək Qarabağda uduzmaqlarının əsas səbəbini söyləmişdi: “Hadrutdan 1500 erməni hərbçisi bir neçə kəşfiyyat-diversiya qrupunun qarşısından qaçdı. Geri dönməyə və döyüşməyə razı salmağa çalışdım. Satqınlar Qarabağdan qaçan, cəbhəyə getməmək üçün Yerevanda gizlənən həmin kişilərdir”.

Təbii ki, Qriroryan Qarabağda 44 gündə də, 44 günlük savaşdan sonrakı dönəmdə də nələr baş verdiyini hamıdan daha dəqiq bilir. Amma Rusiyanı  hədəf götürməklə, onları günahlandırmaqla məqsədləri  var.

Axı, Qriqoryan onu da bilir ki, bundan əvvəl də ermənilər Rusiyanı günahlandırmış , Rusiya Prezidenti Vladimir Putinonları susturmuşdu. Putin  bəyan etmişdi ki, Qarabağdan imtina edən Rusiya deyil:”“Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıyan Ermənistandır və erməni tərəfdaşlar belə bir qərarın qəbulu ilə bağlı Rusiya tərəfinə xüsusi məlumat verməyiblər”.

Putinin bu açıqlamasından sonra gərk idi ermənilər susaydı ,amma susmadılar.

Susmamasının da səbəbi isə Kremldən onları qınamaq əvəzinə onlara ümid verməyə çalışdılar.Məsələn o arada Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovanın “Moskva Bakının Qarabağa qayıdan ermənilərə zəmanətlə bağlı bəyanatlarını alqışlayır”deməsi elə ermənilərə qucaq açması demək idi.

 Odur ki, özlərinə “sülh”yolu seçmək istəyən Ermənistan rəsmisi atmacasını 2-ci dəfə ortaya qoydu.

 Yenə də Zaxarova “nəinki yaşıl işıqları , eyni zamanda bütün çil-çıraqları yandırdı: TŞ katibinə Zaxarovadan gələn cavab isə sanki bir erməninin cavaıdır.  Zaxarova cavabında deyib ki, Armen Qriqoryan öz əraziləri (?!) uğrunda savaşan və canlarını verən erməniləri aşağılayıb. Ermənilər bilirdilər ki, niyə döyüşə gedirlər, nə üçün öz rifahlarını qurban verirlər, arvadlarını, uşaqlarını dulluğa, yetimliyə məhkum edirlər. Onların xatirəsinə necə xəyanət etmək olar?

Bu cavab əslində Qriqoryana cavab kimi də deyil, Azərbaycana qarşı hörmətsizlik idi.  Əvvəla Qarabağ Ermənistan “öz əraziləri” deyil. İkincisi isə orada vuruşanlarda  işğalçılardır. İşğalçılar işğalçılıq əməlinə rəvac verməsəydilər nə canları qurban olardı,  nə arvadları dul, nə də  uşaqları yetim qalardı.

  Rusiya Dövlət Dumasının MDB işləri üzrə komitə sədrinin birinci müavini Konstantin Zatulində Qriqoryanın fikirlərinə etinasız qalmayıb:"Cənab Qriqoryan Nikol Paşinyandan da böyük rusofobdur və bir sıra hallarda o, şefinin ağlına gələni öz dilində proqnozlaşdırır və ya ictimailəşdirir. Bu kontekstdə söhbət açıq-aşkar yalanlardan gedir. O, Rusiyanın Qarabağdakı sülhməramlı missiyasını çətin vəziyyətə saldı, görünür, bu, onun Qərblə yeni dostluğunun şərti idi, çünki Qərbin Qarabağda Rusiya sülhməramlılarına ehtiyacı yoxdur. Gümrüdə Rusiya bazasının olması, görünür, növbəti suallardır və bunu cənab Paşinyanın tərəfdarları və özü heç bir halda gizlətmir” .

 Bütün bu məqamlar ondan xəbər verir ki, Ermənistan Qarabağı unutmağa çalışsa da, Kreml Qarabağı unuda bilmir.

 P.S.Bilirsiniz, Ermənistan rəsmiləri ilə Rusiya rəsmilərinin qarşılıqlı ittihamları nəyi xatırladır. Təsəvvür edin ki, iki sevgili ayrılıb . Amma ürəkləri hələ də bir-birində qalıb. Onlar bu ayrılığı salanı araşdırmaq istəyir, bir-birini suçlayır, qarşıdakını ittihamlarla təslim edib ağuşuna almağa çalışır. Hələlik isə nə Oğlan(Rusiya ) təslim olmur, nə qız(Ermənistan) hər ikisi bərk “qırılıb” və “ağuşa almaq” məsələsi deyəsən yaxın bir müddətə  həllini tapmayacaq. Amma məhəbbət elə əvvəlki məhəbbətdir ki, durub.

Əntiqə Rəşid