Ermənistanın Vaşinqton görüşünə münasibəti: Müəmmalı...
ABŞ, Ermənistan və Azərbaycan liderlərinin iştirakı ilə keçiriləcək sammitlə bağlı azərbaycanlıları ən çox maraqlandıran bu görüşə rəsmi Ermənistanın münasibətidir.
Adalet.az xəbər verir ki, məsələ ilə bağlı Ermənistan Baş Nazir Aparatının İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən açıqlama verilib. Açıqlamada hazırda Ermənistanın baş nazir Paşinyanın ABŞ-a gözlənilən səfəri ilə bağlı mətbuatda və sosial şəbəkələrdə yayılan məlumatları nə təkzib, nə də təsdiq edilmədiyi bildirilir: "Hazırda baş nazir Paşinyanın ABŞ-a gözlənilən səfəri ilə bağlı mətbuatda və sosial şəbəkələrdə yayılan məlumatları nə təkzib, nə də təsdiq edə bilərik.
Bu cür səfərlər zamanı təbii ki, rəsmi açıqlama var və rəsmi açıqlama olduğu halda məlumat təsdiqlənmiş sayıla bilər. Hazırda, bildiyiniz kimi, biz heç bir rəsmi açıqlama dərc etməmişik və buna görə də xahiş edirik ki, səfərlə bağlı məlumat yalnız rəsmi açıqlamadan sonra təsdiqlənmiş hesab edilsin”
Daha sonra bildirilib ki,Paşinyanla Əliyevin əvvəlki görüşü iyulun 10-da Əbu-Dabidə keçirilib . Həmin görüş zamanı liderlərin ikitərəfli danışıqları və etimadın möhkəmləndirilməsi tədbirlərini davam etdirmək barədə razılığa gəldiyi bildirilir.
Əntiqə Rəşid
Digər Xəbərlər
21 Oktyabr 2026 23:26
Leyla Əliyeva Səmərqənddə Əminə Ərdoğanla bir araya gəldi - YENİLƏNİB +FOTOLAR
21 Oktyabr 2026 13:06
Sulutəpəyə gedənlərin nəzərinə - Yol bağlandı
21 Oktyabr 2026 12:46
Pensiya, müavinət alanlara şad xəbər: Gələn il...
21 Oktyabr 2026 12:30
Şimşək çaxacaq, dolu düşəcək
21 Oktyabr 2026 12:19
"Qanunsuz bələdiyyə qərarları ləğv edilib" - Baş idarə rəisi
21 Oktyabr 2026 12:06
Azərbaycan məktəblərində "TikTok"a giriş məhdudlaşdırıldı
21 Oktyabr 2026 11:12
DYP əhaliyə müraciət etdi
21 Oktyabr 2026 10:48


Bakı -°C

