ƏSGƏR ANDI
Haqq yoludur yolumuz,
Yol gedirik sabaha.
Qələbədir andımız,
Bitməlidir bu dava.
"Ya Qarabağ, ya ölüm",
Yox geriyə yol daha.
Öndə öndər oğludur,
İlham Heydər oğludur.
Erməni sümsüyünə,
Nankora yox amanım.
Bütövlükdür əhdimiz,
Yaşa, Azərbaycanım.
Xor oxuyur cərgəmiz,
Öndə baş komandanım -
Ulu öndər oğludur,
İlham Heydər oğludur.
İşğalçılar əzilsin,
Biz yenilməz hünərik.
Torpağımdan çəkilsin,
Tarix yazan zəfərik.
Göylərə bayraq çəkən,
Ay-ulduzlu əsgərik.
Öndə öndər oğludur,
İlham Heydər oğludur.
Şuşamın zirvəsində,
Hilalımı görürəm.
Şəhidlərin səsində,
Əməlimi görürəm.
Murovun sinəsində,
Heykəlimi görürəm, -
Öndər zəfər oğludur,
İlham Heydər oğludur.
Qalx, ulusal Vətənim,
Xoş sabaha gedirik.
Ucal, ucal Vətənim,
Bütöv çağa gedirik.
Əl çal, əl çal Vətənim,
Qarabağa gedirik.
Başda öndər oğludur,
İlham Heydər oğludur.
ŞƏHİDİ ALLAH SEVƏR
Ucalardan ucasan
Ucalar uca olur.
Ucalığa ucalan
Günəşcə, Ayca olur.
Bu sevginin sirrini,
İgidlər bilər ancaq.
Ucalığın yerini
Şəhidlər bilər ancaq.
Sən əsgər şərəfini
Ən müqəddəs borc sandın.
Yardı düşmən səfini
Əzmin, döyüşçü andın!
Torpağın hər qarışı
Candan əzizdi sənə.
Bu ellərin alqışı
Coşqun dənizdi sənə.
Döyüşlərə atıldın
Susdurdun neçə düşmən.
Səni bağrına basdı,
Qoruduğun bu Vətən.
Şəhidi Allah sevər,
Nurlu nəğməyə döndün.
Şəhidlik uca zirvə,-
Özün zirvəyə döndün.
AZƏRBAYCAN-TÜRKİYƏ
Ulu torpaq, mərd diyar,
Canım, gözüm, bəxtiyar.
Min könüldən oxuyar,
Sarılaraq sevgiyə -
Azərbaycan-Türkiyə.
Gəzərəm odlu-odlu,
Qara dəniz nə mutlu.
Bakı, Ceyhan umudlu
Qanad açar zirvəyə
Azərbaycan-Türkiyə.
Təbrizim, Qarayazım,
Qarabağım, Kıprızım.
Oxuyur tarım, sazım
Bir olsun ellər deyə,
Azərbaycan-Türkiyə.
İstanbul, Bakı qardaş,
Ərzurum, Şəki qardaş.
Naxçıvan ulu sirdaş
Dönüb yola, körpüyə
Azərbaycan-Türkiyə.
Muxtar QASIMZADƏ
Naxçıvan