Əsgəranda tapılan kütləvi məzarlıqda basdırılanların Xocalı sakinləri olması ehtimal edilir - RƏSMİ
“Əsgəranda tapılan kütləvi məzarlıqda basdırılanların Xocalı sakinləri olması ehtimal edilir”.
Bu barədə Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası məlumat yayıb.
Məlumatda deyilir:
“Məlum olduğu kimi, 2023-cü ilin sentyabr ayında keçirilmiş lokal xarakterli antiterror tədbirlərindən sonra Beqlaryan Raşid Aramayisi Birinci Qarabağ müharibəsi dövründə azərbaycanlı əsir-girovlara işgəncə verməkdə, eləcə də sülh və insanlıq əleyhinə, müharibə cinayətlərini törətməkdə şübhəli bilinərək saxlanılıb və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 112, 113, 115.2, 279.1 və 318.1-ci maddələri ilə ittiham elan olunmaqla təqsirləndirilən şəxs qismində cinayət məsuliyyətinə cəlb edilib.
Adıçəkilən şəxs ifadənin yerində yoxlanılması istintaq hərəkəti zamanı, özünün də daxil olduğu qanunsuz erməni silahlı birləşmələri tərəfindən əksəriyyəti qadın, uşaq və yaşlı insanlardan ibarət 200 nəfərədək mülki şəxsin 26 fevral 1992-ci il tarixində Əsgəran qalasına yaxın ərazidə pusquya salınaraq avtomat silahlardan atəş açılmaqla qətlə yetirildiyini və həlak olanların üzərilərindəki şəxsi əşyalar talan edildikdən sonra meyitlərin həmin ətrafda basdırıldığını bildirib, cinayət əməllərinin törədildiyi yerləri əyani şəkildə göstərib.
Ötən ilin noyabr ayında Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi qrupu aidiyyəti qurumların mütəxəssis heyətinin iştirakı ilə Raşid Beqlaryanın göstərdiyi ərazidə axtarış və qazıntı işlərinə başlayıb. Hava şəraitinin əlverişsiz olması qazıntıların müvəqqəti dayandırılmasına səbəb olsa da, sonradan Əsgəran qalası ətrafında axtarış və qazıntı işləri yenidən aparılmağa başlanılıb, qazıntı prosesində Xocalı soyqırımı zamanı qətlə yetirilmiş vətəndaşlara aid olduğu ehtimal edilən 8 nəfərdən artıq şəxsin meyitinin basdırıldığı kütləvi məzarlıq aşkarlanıb.
Ərazidə axtarış, qazıntı və ekshumasiya işləri davam etdirilir”.
Digər Xəbərlər
05 Aprel 2026 17:50
Hava ilə bağlı XƏBƏRDARLIQ
05 Aprel 2026 15:08
Kəmaləddin Heydərov Badamdardakı sürüşmə zonasında - FOTOLAR + VİDEO
05 Aprel 2026 09:41
Xəzər dənizi yox ola bilər?
04 Aprel 2026 10:58
Azərbaycan İrana 200 tonluq humanitar yardım göndərir
04 Aprel 2026 10:54
Yol polisindən sürücü və piyadalara müraciət
04 Aprel 2026 10:52
Bakıda yenə subasma ola bilər - Nazirlikdən xəbərdarlıq
03 Aprel 2026 17:16
Mina axtararkən həlak olan ANAMA əməkdaşı təltif edildi
03 Aprel 2026 17:04


Bakı -°C

