adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
01 Mart 2016 20:29
128369
RUBRİKA

“Əsgərlər özlərini vururdular ki…”

"Döyüştarixi” rubrikasının budəfəki qonağı 1992-94-cü illərdə Ağdərə, Xoramırt, Xındırıstan,Caynataq kimi məşhur ərazilərdə döyüş yolu keçmiş Bəylər Həlimlidir. İlkvaxtlar Daxili Qoşunlarda xidmət yolu keçən qazimiz Qarabağ savaşı başlayanərəfədə könüllü olaraq ordu sıralarına yazılıb.

"Döyüş tarixi”niz necə başladı?

-Əvvəlcədeyim ki, müharibədən qabaq İsmayıllı rayonundaidman müəllimi və məşqçi işləyirdim. Cəbhə dövründə xalq hərəkatına qoşuldum.Yeni ailə qurmuşdum. Atamı da 9 yaşında itirmişəm. Evin böyüyü olaraq 3 ailəyəbaxırdım. Öz ailəm, anam, bacım, 11 yaşlı qardaşım, həyat yoldaşım və Ağdamdakomandir olan yeznəmin ailəsi. Belə bir çətin vəziyyətdə yaşamaq çətin idi. Onagörə də artıq 1992-ci ildə özümlə bacarmadım, DİN daxili qoşunların tərkibindəərizəmlə könüllü Qarabağa yollandım. Ağdamın Xındırıstanına, oradan da Fərruxdağının ətəyində yerləşən mövqeyə təyinat aldım. Daha sonra hərbi vəzifəmilayiqincə yerinə yetirdiyim üçün Xoramırt tağım komandiri kimi təyin oldum.Gizir kimi döyüşə başladım və qısa müddətdə Tabor komandirinin müavini təyinolundum. Tabeçiliyimdə Leytenant və Baş leytenantlar var idi. Yüksəkliklərdəadımı daşıyan rabitələr Bəylər, Bəylər -1, Bəylər -2 və Bəylər - 3 kimiadlandırılırdı. Ən yüksək hündürlük 969 m yüksəklikdə yerləşən Bəylər rabitə qovşağı idi. Həmin ərazilər Canyataq və Gülyataqda yerləşir.

Bəlkə birçoxları bunlara inanmaya bilər, amma onlara sübut üçün deyə bilərəm ki, bunlarıtəsdiq edən döyüşlər haqqında yazılmış kitablarda da öz əksini tapıb.

Döyüşuğurlarından da qısaca məlumat verərkən Bəylər Həlimli bunların onun şəxsiarxivinə qızıl hərflərlə yazıldığını qeyd edir:

Mənim döyüşuğurlarım çox olub. Hətta Pribaltika jurnalisti Tatyana Caladzede ermənilərdənvə bizimkilərdən ən yaxşı döyüşənlərin şəkillərini çəkib öz ölkəsində jurnalnəşr etdirdi. "Karabax, vayna v licsax” adlı həmin jurnalda da şəklim yer alıb.

1992- 1994-cüillərdə döyüşsəm də, indi bunları yada saldıqca sanki dünən olmuş kimixatırlayıram və eyni zamanda vücudum əsir.

Başım çoxağır və həyəcanlı hadisələrdən dinclik tapmayıb. Mən 3 dəfə mühasirədən çıxmışam.Onlardan birində isə tam ümidsiz şəkildə olmuşam. Lakin həmin mühasirədən sağçıxmağın sanki möcüzə idi. Bacımınyoldaşı Tobor komandiri idi, döyüşlərin birində şəhid oldu, həmin vaxtı mənAğdamın Qızılı Salahlı kəndində məktəb binasında Toborkomun birinci müaviniidim. Ən ağrılı günlərim həm də Ağdərədə olub. Əsgərlər artıq çətinliyə dözəbilmirdi. Axı 18-19 yaşlı zəif uşaqlar bu cür çətinliyə necə dözəydi?Ayaqlarımızın altı yaş ayaqqabı geyinməkdən dərisi büzülüb soyulurdu.Buşlatlarımızın donu açılmırdı. Artıq əsgərlər özlərini vururdular ki, heçolmasa şikəst də olsa sağ qalsınlar.Cinayət işi qaldırmağa məcbur olurduq. Kiminin güllədən ayağı və ya qoluqırılırdı, digər əsgərlər ona deyirdilər ki, nə özünə əl qatmısan, xoşbəxtoldun, sağ evinə gedərsən. Yaralanan əsgər ağır yaralansa belə sevinirdi.

Bir faktı daqeyd edim ki, Füzuli rayonunu Araz qırağı düz Cocuq Mərcanlı Horadizə qədər bizazad etdik. Rəhmətlik "Qara polkovnik” ləqəbliFətulla Hüseynovun rəhbərliyi ilə heç Milli ordu Harami ilə irəliləyə bilmədi. Bizi də güclə dayandırdılar. Erməniniqatmışdıq qabağımıza. Hətta 5 əsgərimiz səngərdən nə qədər çalışdıqsa daçıxmadılar ki, qumbaraatanla düşmən tankını vurmağa cəhd etdilər. Amma təəssüfki, qumbaraatanın işə düşməməsi nəticəsində tank onların üstünə çıxıbəsgərlərimizi torpağa qatdı. İndi isə BöyükBəhmənli kəndində həmin əsgərlərdən üçünün şərəfinə postament ucaldılıb.


Düşməndənqoruyan "KİTAB”

Müharibədövründə sevinci, xoş anlarını da yadına salan qazi onlardan birini belə şərhedir: Bir dəfə Hacı AllahşükürPaşazadənin müavini Hacı Sabirin bizim olduğumuz Briqadaya gəldi. Buzaman o ən yaxşı zabitə və ən yaxşı əsgərə o vaxtı çıxan qırmızı üzlü Qurankitabı bağışladı. Gizir olsam da həmin kitabdan mənə də verildi. Qurani-Kərim kitabı mənə veriləndə sanki ogündən mən elə bildim ki, mənə ikinci can verildi. Yəni ölməz oldum. 1980-ci illərdə "Elm və həyat” jurnalındaoxumuşdum ki, bir rus snayperi Əfqanıstandakı döyüşdə əfqan əsgərini nə qədərnişan alıb atırsa, vura bilmir və bu həngamənin sonunda həmin snayperçi əfqanlaraəsir düşür. Onu tutanda isə deyir ki,mənə nə edirsiz edin, amma bir sualıma cavab verin. Mən təcrübəlisnayperçi olduğum halda bu adamı vura bilmədim. Bu nə sirdir? Dedilər ki, oəsgər əşya torbasında Quran, döyüşə isə Allahu-Əkbərlə gedir və onun qoruyanı var. Bundan sonra mən tam əminoldum ki bu döyüşdə ölməyəcəm. Hətta mühasirəyə düşdüyüm anlarda belə öz-özüməəminliklə deyirdim ki, mənə heç nə olmayacaq. Ö qayğıma qalmaqdan əvvəl isə mənhəmişə əsgərimin qayğısını çəkmişəm. Hətta onlara görə komandanlıqla mübahisəyədə qalxmışam. Komandanlıqda əsgərlərin bu qədər mənə etibar etmələrini və mənimdə indiki vəziyyətimlə axmaq olduğumu, ölümdən qorxmadığımı görüb zabitlərinüzərinə komandir qoyurdular. İlk vaxtlar gizir olmuşam və gizir ola-ola Tobor komandirininmüavini 363 nəfər şəxsi heyətin komandir müavini olmuşam. Daha sonra tutduğumvəzifəyə görə qısa bir zamanda mənə rütbə verdilər. Hal-hazırda mayor rütbəsidaşıyıram.

-İndiki dövrdə, əsasən gənclərimizin vətənpərvərlikhaqqında dünya görüşləri sizi qane edirmi?

-Gənclərimizvətənpərvər ruhda böyüdülmür. Bunu deməyə mənim həm keçdiyim döyüş yolu,həm də pedaqoq olmağım əsas verir.Gənclərimizin idmanla məşğul olması üçün heç bir şərait yaradılmır. Oğullarımızsanki qız kimi zəif iradəyə və mənəvi psixoloji durumlarda inkişaf edir. Birmilləti məhv etmək üçün onu savadsızlaşdır və dilini əlindən al. Bu iki atributbəs edər ki, bir milləti məhv edəsən. Biz məhz bu təhlükə ilə üz-üzədayanmışıq.

-Bəs onda sizcə patriotizmi gənclərin şüurunda necəinkişaf etdirmək lazımdır. Başlıca olaraq bu sahədə hansı tədbirlərin görülməsinəehtiyac var?

-Məktəblərdəhərbi dərslərin səviyyəsini yüksəltmək. İdman dərslərinə önəm vermək. Tez-tezyarışlar keçirmək, informasiyanı gücləndirmək lazımdır. Və ən başlıcasımüharibə veteranlarına qayğının gənclərimizə aşılanmasını təmin etmək önəmliməsələdir. Əgər qazilərə və müharibə əlillərinə, şəhid ailələrinə göstərilənqayğı və diqqət zəifdirsə, gənclərimizdə bunu görür və təbii ki, mənəvi cəhətdən sınırlar. Mən həmişə demişəm ki,vallahi nə əfqan, nə də çeçen bizim əsgərlərin tozu ola bilməz. Onlarvətəninin, xalqının rifahı üçün canlarını fəda ediblər.

Rüfət Soltan