“Əsl kino adamı” kitabı təqdim edildi - FOTO
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin kitab evində Azərbaycanın Əməkdar incəsənət xadimi, kinorejissor Elxan Cəfərov haqqında yazılmış “Əsl kino adamı” kitabının təqdimatı keçirilib.
Təqdimatda kino adamları, sənət adamları, aktyorlar iştirak ediblər.Tədbirdə çıxış edənlər Elxan Cəfərov haqqında xoş sözlərini dilə gətiriblər.
Qeyd edək ki, Kinematoqrafçının həyat və yaradıcılığını əhatəli şəkildə özündə əks etdirən, şərti adı “Əsl kino adamı” olan sənədli-publisistik portret Şəhla Əmirli tərəfindən hazırlanmışdır. Monoqrafiyada Elxan Cəfərovun həyat yolunun, kino fəaliyyətinin ətraflı təqdimatı ilə yanaşı, çəkildiyi və çəkdiyi filmlərin təhlili oxuculara təqdim edilir, tərəf-müqabillərinin, həmkarlarının çıxışlarında “Azərbaycanfilm” kinostudiyasının müəyyən dövrünün yaradıcı mühiti, çəkiliş meydançalarında olan ab-hava diqqətə çatdırılır.Kitab geniş oxucu auditoriyası, kinematoqrafiya sahəsində çalışanlar və tələbələr üçün nəzərdə tutulub.
Digər Xəbərlər
20 May 2026 17:19
ŞƏKİ MUZEYİ YENİ FORMATDA
20 May 2026 12:20
İBRAHİM YUSİFOĞLUNUN ŞEİRLƏRİ
19 May 2026 12:19
Payız stansiyası - Ayaz Arabaçı yazır
19 May 2026 10:48
Aran filialında "Açıq Qapı" ədəbiyyatsevərləri bir araya gətirdi
19 May 2026 10:00
Azərbaycanlı yazıçı Bakıdan deport olundu
19 May 2026 09:16
Əbülfət Mədətoğlu oxucularla görüşəcək
18 May 2026 14:48
Öpməkçin müqəddəs bir mövqe varsa, o da müəllimin əlidir, anla!...
18 May 2026 11:41


Bakı -°C

