“Euronews” Novruz bayramının necə qeyd olunduğunu nümayiş etdirib
“Euronews” telekanalı qədim zamanlardan qeyd olunan, baharın gəlişini, təbiətin oyanışını və yeni dövrün başlanğıcını simvolizə edən Novruz bayramına həsr olunmuş xüsusi reportaj hazırlayıb.
Adalet.az xəbər verir ki, telekanalın rəsmi saytında dərc edilən reportajda Azərbaycanda Novruz bayramının yüksək səviyyədə və özünəməxsus şəkildə qeyd olunmasını əks etdirən maraqlı kadrlar təqdim edilib.
Videoreportaj bayram ab-havasını, onun rəngarəngliyini, zəngin ənənələrini və musiqi, rəqslər, ənənəvi oyunlar və müxtəlif əyləncələrlə dolu xalq gəzintilərini nümayiş etdirir.
“Euronews” vurğulayıb ki, Azərbaycanda Novruz bayramı sadəcə ailələrin süfrə başına yığışması deyil, nəsilləri birləşdirən və ölkənin zəngin mədəni irsini əks etdirən dərin mənalı əsl xalq festivalıdır.
Kökləri zərdüştlüyə gedib çıxan bu qədim bayramın əhəmiyyəti haqqında "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin aparat rəhbərinin müavini Rəna Nəsirova-Mustafayeva ətraflı məlumat verib.
"Novruz türk dünyasında, eləcə də bütövlükdə Yaxın Şərq regionunda ən qədim və ən önəmli bayramlardan biridir. Dərin tarixi köklərə malik olan bu bayram qışın bitməsini və baharın gəlişini, təbiətin yenilənməsini və yeni dövrün başlanğıcını bildirir. Bu, insanların bu xüsusi günün istiliyini və işığını bölüşmək üçün bir araya gəldiyi sevinc zamanıdır. Novruz təkcə yeni ilin qarşılanması deyil, həm də ailə və ictimai dəyərləri vurğulayan bir bayramdır. O, mənim, eləcə də hamımız üçün qürur və özünəməxsusluq mənbəyidir", - o qeyd edib.
Digər Xəbərlər
31 Dekabr 2025 09:33
Afaq Bəşirqızı: Atam dedi ki, səni öldürüb sonra öləcəyəm - VİDEO
30 Dekabr 2025 17:22
Əcəmi Naxçıvaninin 900 illiyi qeyd olunacaq
29 Dekabr 2025 14:09
"SOLMAYASAN" - VİDEO
26 Dekabr 2025 19:50
“Nadir fauna növləri” adlı yeni nəsil sikkə və xalça kolleksiyaları təqdim edilib - FOTOLAR
26 Dekabr 2025 12:28
2-ci APFM AWARDS mükafatlandırma mərasimi keçirilib - FOTOLAR
23 Dekabr 2025 13:46
Şüvəlanda Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramına həsr olunmuş konsert keçirilib
23 Dekabr 2025 13:36
Təqaüdçü aktyorlar niyə diqqətdən kənar qalıb?- SORĞU
20 Dekabr 2025 18:55


Bakı -°C

