Əvəz Zeynallı ev dustaqlığına buraxılmadı - YENİLƏNİB
Bu gün Binəqədi Rayon Məhkəməsində həbs edilən jurnalist Əvəz Zeynallının şikayətinə baxılıb.
Adalet.az-ın məlumatına görə, hakim Vüsal Tağıyevin sədrliyi ilə keçirilən iclasda şikayət təmin edilməyib.
***
Bu gün jurnalist Əvəz Zeynallının ev dustaqlığına buraxılması ilə bağlı vəsatətə baxılacaq.
Adalet.az xəbər verir ki, vəsatət Binəqədi Rayon Məhkəməsində hakim Vüsal Tağıyevin icraatına verilib.
Məhkəmə prosesi saat 16:00-a təyin olunub.
Rəsmi ittihama əsasən, “Xural Yayınları” MMC-nin baş direktoru Əvəz Zeynalovun “Baku Steel Company” şirkətinin sabiq rəhbəri, hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində cinayət işinə baxılan Rasim Məmmədov haqqında təhqiredici məlumatlar yaymamaq, eləcə də barəsində müsbət imic formalaşdırmaq üçün müvafiq verilişlər hazırlamağı vəd edərək 2022-ci ilin avqust ayında onun müdafiəçisi Elçin Sadıqovun vasitəsilə R.Məmmədovun yaxınlarından 20.000 manatı rüşvət qismində almasına əsaslı şübhələr müəyyən edilib.
Toplanmış ilkin sübutlara əsasən, Əvəz Zeynalov barəsində cinayət işi başlanıb və Binəqədi Rayon Məhkəməsinin qərarı ilə 4 aylıq həbs qətimkan tədbiri seçilib.
Digər Xəbərlər
08 Sentyabr 2026 16:50
Anar Əsədli barəsində qərar verildi
08 Sentyabr 2026 15:08
Ali Məhkəmədən onlayn kreditlərlə bağlı mühüm açıqlama
28 Avqust 2026 13:32
Prokurorluqdan Ziya Muradovun ölümü ilə bağlı AÇIQLAMA
27 Avqust 2026 10:18
Ali Məhkəmə: Dövlət satınalmalarında şifahi müqavilə olmaz
25 Avqust 2026 17:26
Rasim Həsənovun azadlığa buraxılması qərarından protest verilib
24 Avqust 2026 19:00
Beynəlxalq axtarışda idi - Azərbaycana gətiriləcək
21 Avqust 2026 12:13
Araik və Vardanyanla bağlı üçüncü ölkəyə müraciət edild
20 Avqust 2026 13:50


Bakı -°C

