adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
26 Oktyabr 2021 12:12
5437
MARAQLI

Əxlaqsızlığa Allah cəzası, Pompey "dərsi": Kül olmuş şəhər, daşa dönmüş insanlar...

Din xadimlərinin bildirdiyinə görə, Lutun adı Qurani-Kərimin on dörd surəsində ("Əraf", "Hud", "Ənam", "Həcc", "Şüəra", "Hicr", "Nəml", "Ənkəbut", "Sad", "Qaf, "Qəmər", "Təhrim", "Ənbiya" və "Saffat") zikr olunub.

Bu on dörd surənin on birində onun qövmünün adı və qövmü ilə mübahisəsindən qısa və ətraflı söhbət açılıb. Rəvayətlərdən görünür ki, oranın camaatı müxtəlif zülmlərə, azğınlıqlara, zülmcəsinə olunan hökümlərə pis əməllərə, günahlara və bihudə işlərə mübtəla idilər. O zamanadək ki, Lut peyğəmbər onların arasına gəlib və təbliğ edib düz yolu onlara göstərərək öz ağır və çətin risalətini onlara çatdırdı.
Lut qövmü də təhdidləri yalan saymışdı. Biz də onların üstünə daş yağdıran yel göndərdik (başlarına daş yağdırdıq), yalnız Lutun ailəsini səhər çağı xilas etdik. (Qəmər surəsi, 33-34)

Əxlaqsız Lut qövmü

Əxlaqsızlığın belə əxlaq normaları var. Lut qövmü onlardan öncə kimsənin etmədiyi bir əxlaqsızlığı edir və onlarla eyni təfəkkürdə olmayan, təmiz olanlara qarşı da mübarizə aparır, onları yurdlarından çıxaracaqları ilə hədələyirlər. Ayələrdən onu da anlayırıq ki, bu qövm əxlaqsızlığı ümumi bir yerdə, camaat içində (Ənkəbut, 28-29) icra edirmiş.
Bu əsl mənada əxlaqsızlığa dəvət mənasını daşıyır. Qapalı bir yerdə zina etmək əxlaqsızlıq, açıq bir yerdə, gözlər önündə zina etmək isə bu əxlaqsızlığa dəvətdir. Lut qövmü məhz bunu edirdi. 
"Şəfəq doğanda o dəhşətli səs onları bürüdü. Onların altını-üstünü çevirdik və başlarına odda bişmiş gildən bərk daşlar yağdırdıq. Bunda düşünüb-daşınanlar üçün, sözsüz ki, neçə-neçə ibrətlər vardır! Həqiqətən, o yolun üstündə hələ də durmaqdadır!" (Hicr surəsi, 73-76)
(Lut tayfasının məhvi barəsində) əmrimiz gəldiyi zaman o yurdun altını üstünə çevirdik və üzərinə odda bişmiş (bir-birinə bitişik) bərk daşlar yağdırdıq. Onlara Rəbbinin dərgahında əlamət qoyulmuş (hər daş kimə dəyəcəkdisə, üstünə adı yazılmışdı). O zalımlardan də uzaq deyildir! (Hud surəsi, 82-83)

 

 Lut qövmü yoxsa Pompeydəki əxlaqsızlıq ?

 

Qədim Pompey Neapol şəhərinin yaxınlığında yerləşir. Vezuvi Vulkanı, İtaliyanın, xüsusən də Neapol şəhərinin simvoludur. Təxminən, 2000 ildən bəri susqun olan Vezuvi "İbrət Dağı" şəklində adlandırılır. Məşhur Sodom və Homorra şəhərlərinin başına gələn fəlakətlə, Pompey faciəsi bir-birinə çox bənzəyir. Vezuvinin qərb yamacında Neapol, şərq yamacında isə Pompey şəhəri yer alır. Təxminən 2000 il əvvəl yaşanan bir lava və kül fəlakəti, bu şəhərin insanlarını ani bir anda yaxaladı. Fəlakət o qədər ani oldu ki, hər şey 2000 il əvvəl olduğu kimi qaldı. Sanki zaman dondurulmuşdu.

Eramızın 79-cu ilində Vezuvinin güclü püskürməsi nəticəsində Pompey şəhəri sakinləri ilə birlikdə vulkan külünün və lavanın altında qalıb məhv olmuşdur. 1713-cü ildə təsadüfən bu şəhərin qalıqları aşkar edilmiş və arxeoloqlar tərəfindən şəhər, demək olar ki, qalın vulkan külündən tamamilə təmizlənmişdir. Zəhərli qaz və isti külün təsiri ilə məhv olmuş canlıların qalıqları indiyədək qalmaqdadır. Qeyd edək ki, 200 il müddətində aparılan qazıntılarda 1150 insan qalığına rast gəlinib,

 

Pompey Romada əxlaqi pozulmaların simvolu idi

 

 

 İmperator Kaliqula öz bacısı ilə sevgili olub. Şəhər əhalisi isə əxlaqsızlığa meyilli olub. Şəhərin 4 bir tərəfində yayılan fahişəxanaları asan tapmaq üçün penis şəkillərindən istifadə olunub. Şəhər əhalisinin 30 %-i isə homoseksual olub.
Pompey xalqı eyni Lut qövmü kimi cinsi azğınlıqlara yönəlmiş, Allahın əmr etdiyi əxlaqa və həyata zidd bir həyat tərzini seçmişdi. Ancaq onların sonu da Lut qövmü kimi oldu. Çünki Allahın əmrlərinə qarşı çıxan hər bir tayfa, bunun qarşılığını mütləq dünyada, ya da axirətdə alacaq. Bu Allahın bir qanunudur.
Pompeyin belə bir fəlakətlə yer üzündən silinməsinə əlbəttə, dərs çıxaracaq hikmətlər var. Tarixi qeydlər, şəhərin yox olmazdan öncə tam bir azğınlıq mərkəzi olduğunu göstərir. Şəhərin ən qabarıq xüsusiyyəti fahişəliyin çox məşhur olması idi. Ancaq Vezuvinin püskürməsi bir anda bütün şəhəri xəritədən sildi. Hadisənin ən maraqlı tərəfi isə şəhərin gündəlik həyatı içində, Vezuvinin qorxunc partlamasına baxmayaraq, kimsənin qaça bilməməsi və olduğu yerdə donub fəlakətin fərqinə olması idi. Yemək yeyən bir ailə, o andakı kimi eynilə daşlaşmışdı. Çaxnaşmaya qapılanların bəziləri limana doğru qaçmağa başladı, bir qisimi isə özünü evinə bağladı… Limana doğru qaçanları pis bir sürpriz gözləyirdi… Dəniz qabarmışdı, azğın dalğalar gəmiləri lavalara doğru atırdı. Onsuz da göydən də iri qum dənələri şəklində qızğın daşlar yağmağa başlamışdı… Evlərinə sığınanlar isə, sıx kükürd tüstüsündən boğulmamaq üçün özlərini çölə atmaqda, bu dəfə də üzərlərinə yağan daşlarla həlak olmaqda idilər...

 Pozğunluq əsnasında daşlaşmış bir çox cüt tapılmışdı. Daha da önəmlisi, bu cütlər arasında, eyni cinsdən olanlar, kiçik oğlan və qız uşaqlar da vardı. Pompey qalıqlarından çıxarılan daşlaşmış insan cəsədlərinin, bəzilərinin üzləri heç pozulmadan qalmışdı. Ümumiyyətlə üz ifadəsi belə dəyişməmişdi. Çünki bu xalq Allahın ayələrində bildirdiyi kimi, "birdən-birə" yox olmuşdu.

 

 P.S. Bəzən insanlar aclıqdan, səfalətdən, təbii fəlakətlərin intensivliyindən, epidemiyadan, qəzalarda ölən insanların çoxluğundan şikayət edirlər.
 Sizcə, bu  toplumlarda homoseksualların (cinsi azlıqlar:geylər, lezbiyanlar) artmasından , açıq-saçıq şəkildə fəaliyyət göstərməsindən, fahişəliyin leqallaşmasından, fahişələrin söz sahibi olmasından, pul və mövqe  tutmasından, tərbiyəli və əxlaqlı insanların bir köşəyə sıxışdırılaraq, onu hörmətdən salınmasından,  fahişəliyin genişlənməsi üçün qadın alverini genişləndirilməsindən qaynaqlanmır ki? Və sonda :Avropanın boynuna biçilmiş “azad insan haqları” (homoseksuallığın və fahişəliyin) cəmiyətimizə inteqrasiyası yaxın gələcəkdə  bizi Allah qarşısında yeni bir imtahana hazırlamır ki?

Hər halda Hicr surəsini,( 73-76) təkrarlamaq xeyrə vəsilə olar.


 Əntiqə Rəşid 

.