adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
06 Oktyabr 2016 13:57
103752
RUBRİKA

"Facebook gündəliyi"

Facebook -fikirləri ifadə etmək üçün əsrarəngiz məkandır. Bir vaxtlar qətiyyən xəyalımızagətirə bilmədiyimiz, keçmişə nəzərən möcüzəvi sayılan bu məkan, indihəyatımızın ayrılmaz bir parçasıdır. İnsanı bir cümləsindən belə tanıtdırmağıbacardığı üçün Facebook sosial şəbəkəsini sadəcə, alqışlamaq lazımdır. Həyatdanecəsənsə, virtualda da o cürsən. Nə olsun ki, məkan dəyişikliyi var, sən kihəmin adamsan.

Yaz, səni tanıyım.Yazmaq elə danışmaqdır. İnsan öz-özünə danışdıqlarını yazır. Yazır və məhz ondadaha dəqiq, daha səlis eşidilir.

Əziz dostlar,xüsusən də ictimai sferada tanınanlar, siz yazın, biz onları yayaq. Biz,yəni Adalet.az. Yayaq ki,yazdıqlarınız daha çox oxunsun, tanınsın. Necə varsa, elə də tanınmaq, bəlkə dəinsanın özünə arzuladığı ən böyük istəkdir.


                                                                        ***

1.Elçin Mirzəbəyli: "Bir körpəninəlləri isinsin deyə bütün şeirlərimi yandırardım...”


                                                                        ***

2.NuridəAllahyarova: "Bir qaydanı özün üçün qızıl edəcəksən: heç kəsəçizdiyin sərhəddən keçməyə icazə verməyəcəksən. Canım dediklərim Zəhrimardeyəndə anlayıram”.


                                                                        ***

3. Xalid Kazımlı: "Əgər küçəyləgedərkən görsəniz ki, camaat üzünə tük gəlməmiş bir gədəni "Niva"danendirib çırpır, harayçılıq edin, qoymayın öldürsünlər, amma bilin ki, onu nahaqyerə döymürlər. 07-dən düşən avtoşlar indi də "Niva"lara süvarolublar və cəllada çevriliblər. Bu gün səhər-səhər biri 30-luq yolda 100sürətlə ötmə əməliyyatı edirdi, az qala yolun kənarıyla dərsə gedənməktəbliləri basıb əzəcəkdi. O, bir gün ələ keçib çırpılacaq, amma gec olmasa,yaxşıdır..."


                                                                        ***

4. Məlahət Abasova: "Sabahınızxeyir dostlar. Son günlər yapışmışam kişi-qadın mövzusundan. Hamının fikridəyərlidi. Vallah belə baxanda qurban olum özümüzə. Görürük də dünyanı. Nəgündədilər? Elə biz yaxşıylq. Yaxşı ki Azərbaycanlıyıq. Yaxşı ki, müsəlmanıq.Kişilər başdı, Allah qorusun.. ammaaa qadınlarda boyundu. Pis çıxmasın, başııdaboyun idarə edir ölürəm ara qızışdırmaqçün".


                                                                        ***

5.Vüsal Qarayev: "Deyir, mağazasahibi "Şok Endirim" yazıb camaatı aldadır, cərimələnməlidir.Rəhmətliyin oğlu, o boyda nazir çıxıb xalqa deyir, ölkədə işsizlik 5 %-dir, bəsonu necə edək ?”.


                                                                        ***

6.Müsfiq Xan: "Bir neçə ayəvvəl öz qeyd dəftərçəmnən birini də oğluma hədiyyə eləmişdim. Bu gün xəbərtuturam ki, sən demə ora özünnən nağıllar uydurub yazırmış. Hətta fürsət tapıbsinif müəlliminə oxutdurub altınnan tərifdolu qeydlər də yazdırıb. Səhər mənimdə əlimə keçdi. Yazdıqlarını oxudum, bizim yerli dizilərin ssenarilərifasonşeylər yazıb. Ən axırıncı səhifəsini isə yazsa da, cırmadan qatlayıb kənarınnanyapışdırmışdı. Səliqə ilə açıb oxudum. Başlığı belə idi - "Tərbiyəsiznağıl". Söhbət isə Samirə adlı bir qadının 26 il sonra bəbəsinin (beləyazmışdı) olacağınnan gedirdi. Ahh, bu uşaqlar".


                                                                        ***

7. Nurlana Quliyeva: "Mən qanunadamıyam.Tək cinayətim var o da Dolya Vorovskaya mahnisin bəyənməyimdi".


                                                                        ***

8.ƏmrahFəqanoğlu:"Bəlkə də ehtiyacımız olan tək şey-dəyər verincə dəyişməyən insanlar...!”


                                                                         ***

9.ElmanCəfərli: "Bütün günü vətən, millət, Sakarya nağılları danışan partiya sədri,millət vəkili övladına "papa", "mama" deyil,"ata", "ana" yazmağı öyrətməyibsə, ta heş nə... Yerigəlmişkən, hərəkatda iştirak eləmiş bir millətçi partiya sədri vardı, övladınırus bölməsinə qoymuşdu. Vələdi Azərbaycan bölməsinin uşaqlarına"çuşka" deyirdi.”.


                                                                         ***

10.Cavid Zeynallı: "O gün yolda Üzeyirə it hürdü.Deyir, ata, it nə bərkdən qışqırır. Deyirəm, oğlum, qışqırmır e, hürür. Getdikbulvara. Karuseldə camaat qışqırışırdı. Qayıtdı ki, ata, adamlar nə bərkdənhürür ".


Sübhan Mahmudov