adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
14 Oktyabr 2016 11:47
98159
RUBRİKA

"Facebook gündəliyi"

Facebook -fikirləri ifadə etmək üçün əsrarəngiz məkandır. Bir vaxtlar qətiyyən xəyalımızagətirə bilmədiyimiz, keçmişə nəzərən möcüzəvi sayılan bu məkan, indihəyatımızın ayrılmaz bir parçasıdır. İnsanı bir cümləsindən belə tanıtdırmağıbacardığı üçün Facebook sosial şəbəkəsini sadəcə, alqışlamaq lazımdır. Həyatdanecəsənsə, virtualda da o cürsən. Nə olsun ki, məkan dəyişikliyi var, sən kihəmin adamsan.

Yaz, səni tanıyım.Yazmaq elə danışmaqdır. İnsan öz-özünə danışdıqlarını yazır. Yazır və məhz ondadaha dəqiq, daha səlis eşidilir.

Əziz dostlar,xüsusən də ictimai sferada tanınanlar, siz yazın, biz onları yayaq. Biz,yəni Adalet.az. Yayaq ki,yazdıqlarınız daha çox oxunsun, tanınsın. Necə varsa, elə də tanınmaq, bəlkə dəinsanın özünə arzuladığı ən böyük istəkdir.


                                                                         ***

Nicat Dağlar: "Neməslərdən çox daqorxub eləməyin. Berlinə birinci azərbaycanlılar girib...”


                                                                        ***

Zeynəb Kazımova: ".. Bir var adamınözündə nəsə olsun, ruhən. içdən, mənən ... bir də var ki, baxırsan, imitasiyadır,imitasiya...”.


                                                                       ***

Vüsal Mamedov: "Azərbaycandasekulyar düşüncəli insanlara, dünyəvi-elmi təfəkkürə malik şəxslərə, xüsusilə gənclərədəstək olmaq lazımdır. Çünki onlar ölkəyə lazım olan, düzgün gələcəyə can ataninsanlardırlar”.


                                                                      ***

Vüsalə Məmmədzadə: "Dəfələrlə yaşadığımhəyat mənə sübut edir ki, bir insanın qəlbinin mənəviyyatının gözəlliyi onunoxuduğu kitablarla əlaqəli deyil, ruhunun böyüklüyü ilə bağlıdır... Ya Rəbbim,qəlbimizi, ruhumuzu böyük eylə, gözəlləşdir. Amin”.


                                                                      ***

Aynurə Asımqızı: "Həyat bəzi gözəlşansları sadəcə bir dəfə hədiyyə edir insana...”.


                                                                     ***

Əsəd Cahangir: "Mandatı, vəzifəsi,ordeni, medalı, pulu olmayan adamı azərbaycanlıların yazıçı kimi qəbul etməsi çətinməsələdir”.


                                                                      ***

Səbinə Paşayeva: "Əgər iki insanınbiri-birinə qarşı sevgisi azalıb, hörmətsizlik görübsə, boşanması daha məqbuldurki, nəinki bir evdə yaşaması. Sizcə cinayətlər elə durduq yerdə, mehriban ailələrdəmiolur? Xeyr! kin, nifrət yığılır-yığılır partlayır... Elə bəribaşdan boşansa yaxşıdır”.


                                                                     ***

Ulucay Akif: "İnsanlar dərinböhran keçirməkdədir. Nəsə çatışmır, nəsə çatışmır. Ən xoşbəxt anımızda belə nəsəçatışmır. Hər şey mənasını itirir. Gözləyirik, gözləyirik. Bütün ömrümüz boyu,hamımız nəyisə gözləyirik. 90 yaşlı qocadan da soruşsanız, görəcəksiniz ki, oda gözləyir, ən azından ölümü”.


                                                                     ***

Aygün Əziz: "Hansısa məqamda həyatımızdankeçən, yaxşı-pis iz qoymuş hər kəsi görmək, onlarla danışmaq keçir könlümüzdən.İllərin nə alıb-verdiyini görmək, aramızdakı uçurumun dərinliyini ölçmək və yaindiki halımızın bir-birimizə daha uyğun olub olmadığını bilmək istəyirik. Çoxzaman isə yenidən görüşəndə ayrılma səbəbimiz bizə daha da aydın olur. Nə qədərfərqli olduğumuza növbəti dəfə əmin oluruq. Böyümək, bəzən darıxdığımızinsanların sayının artması ilə ölçülür. Darıxırsan, amma daha həyatında istəmirsən...”.


                                                                     ***

Nicat Etibar: "Məqsədyönlü şəkildəgəlib başın üstündə dayanan, qalxıb yer verəndə "oy durmayın, durmayın"deyib aktyorluq edən xalaya OSCAR verilməlidir, xəbərləri yoxdur”.


Sübhan Mahmudov