adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
01 Noyabr 2016 15:23
98778
RUBRİKA

"Facebook gündəliyi"

Facebook- fikirləri ifadə etmək üçün əsrarəngiz məkandır. Bir vaxtlar qətiyyənxəyalımıza gətirə bilmədiyimiz, keçmişə nəzərən möcüzəvi sayılan bu məkan, indihəyatımızın ayrılmaz bir parçasıdır. İnsanı bir cümləsindən belə tanıtdırmağıbacardığı üçün Facebook sosial şəbəkəsini sadəcə, alqışlamaq lazımdır. Həyatdanecəsənsə, virtualda da o cürsən. Nə olsun ki, məkan dəyişikliyi var, sən kihəmin adamsan.

Yaz,səni tanıyım. Yazmaq elə danışmaqdır. İnsan öz-özünə danışdıqlarını yazır.Yazır və məhz onda daha dəqiq, daha səlis eşidilir.

Əzizdostlar, xüsusən də ictimai sferada tanınanlar, siz yazın, biz onları yayaq.Biz, yəni Adalet.az. Yayaq ki,yazdıqlarınız daha çox oxunsun, tanınsın. Necə varsa, elə də tanınmaq, bəlkə dəinsanın özünə arzuladığı ən böyük istəkdir.


                                                                 ***

Ceyhun Musaoğlu:Gəlin etiraf edək:biz qocala bilmirik. Qocalıq müdrikləşməyə aparmalıydı... Aparmalıydı...”


                                                                ***

Əli Rais: "Ölkəyə təkcəson 10 ildə 100 milyarddan çox neft pulları daxil olub. Amma bu milyardlaryarımçıq binalarda yarımçıq qalmış taleli insanların həyatını dəyişmədi".


                                                                ***

İntiqam Valehoğlu: "Cinsiyyətinidəyişib ərə gedən azərbaycanlını tikə-tikə doğrayıblar. Elə bu bədbəxtdoğratdırıb ərə getmişdi də. Bəxti yoximiş”.


                                                                ***

Rufik İsmayılov: "Avropa Şurasınınxətti ilə bu ilin may ayında bir qrup jurnalistin Fransaya, daha dəqiq desək,Avropa Şurasına və Avropa Məhkəməsinə səfəri təşkil olunmuşdu. Biz Parisdətəyyarədən düşüb sürət qatarına mindik və Strasburqa doğru hərəkət etdik. Bu,haradasa 500 km, bəlkə də ondan bir az artıq məsafədir. Elə təsəvvür edin ki,Bakı şəhərindən Qazax rayonunun Gürcüstanla sərhədinə qədər olan məsafədir.Sürət qatarı bu qədər məsafəni cəmi 2 saat 24 dəqiqəyə qət etdi. Bu gün isə mənmetronun "Azadlıq prospekti" stansiyasından çıxıb 134 nömrəli marşrutavtobusuna mindim və tıxacla Abşeron rayonu Mehdiabad qəsəbəsinə doğru yolaldım. Avtobusla qət edəcəyim məsafə maksimum 20 km ancaq olardı. Amma mənzilbaşına nə az, nə çox, düz 3 saata ancaq gəlib çatdım...”
P.S. Avropa dağılır....


                                                                 ***

Şəlalə Cəsur: "Həyatınızdançıxanlara, sizi tərk edib gedənlərə üzülməyin... Çürük meyvələr ağada durmaz...”


                                                                ***

Əzizəİsmayılova: "Çıxdım ki,yağış elə yağır, elə yağır.... Dedim ki"Ax Binəqədi, vax Binəqədi. Nədir sənin bu havadan çəkdiyin?! Nəzərə alsaqki, hələ ötən yağışın Binəqədidə yaratdığı dəniz, məcrasına çəkilməmişdi vəhələ 3 gün də intensiv yağış yağacaq, bir dəstə dul arvad lazımdı ki, oturubhər gün o yoldan keçmək zorunda olan sakinlərin halına diz döyüb ağlasın.

Belə getsə, çökəcək Binəqədi."Təmiz Binəqədi" tər-təmiz çökəcək, görərsiz”.


                                                               ***

Sədan C Bünyad: "Uşaqlığım üçündarıxmıram.Ancaq o vaxtkı kiçikşeylərdən zövq almaq bacarığım üçün darıxıram”.


                                                               ***

Eldəniz Elgün: "Metroyla işəgəlirdim. İki qadın söhbət edir.
- A qız, ehtiyatlı ol. O günü metroda Nüşabənincibinə girib 100 manatını aparıblar.
- Yazıq. Ehtiyatlı olaydı da.
- Nə bilsin. Deyir yanımda bir kitab oxuyan gədədayanmışdı, başında da papaq. Haradan bilsin ki, kitab oxuyan oğrudu.
Dialoqun sonuna qulaq asa bilmədim. Çünki əlimdəkitab, başımda da kepka varıydı. Düşənə yaxın baxdım ki, ikisi də diqqətlə mənəbaxır”.


                                                                ***

Tural İsmayılov: "Din çoxlu saydainsanın sui-istifadə etdiyi qorxunc bir alətdir!”


                                                                ***

Firdovsi Fərzəliyev: "Kifayət qədər adam tanıyıram ki,evlənəndən sonra namaza-niyaza, dinə-imana gəlib. Məntiqlə bu, Allah yox, dahaçox arvada olan sevgidir.

Sualbelədir: Arvadla ara dəyəndə, Allahla münasibətlər necə tənzimlənir?”.


Sübhan Mahmudov