adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
23 Noyabr 2016 13:31
98034
RUBRİKA

"Facebook gündəliyi"

Facebook -fikirləri ifadə etmək üçün əsrarəngiz məkandır. Bir vaxtlar qətiyyən xəyalımızagətirə bilmədiyimiz, keçmişə nəzərən möcüzəvi sayılan bu məkan, indihəyatımızın ayrılmaz bir parçasıdır. İnsanı bir cümləsindən belə tanıtdırmağıbacardığı üçün Facebook sosial şəbəkəsini sadəcə, alqışlamaq lazımdır. Həyatdanecəsənsə, virtualda da o cürsən. Nə olsun ki, məkan dəyişikliyi var, sən kihəmin adamsan.

Yaz, səni tanıyım.Yazmaq elə danışmaqdır. İnsan öz-özünə danışdıqlarını yazır. Yazır və məhz ondadaha dəqiq, daha səlis eşidilir.

Əziz dostlar,xüsusən də ictimai sferada tanınanlar, siz yazın, biz onları yayaq. Biz,yəni Adalet.az. Yayaq ki,yazdıqlarınız daha çox oxunsun, tanınsın. Necə varsa, elə də tanınmaq, bəlkə dəinsanın özünə arzuladığı ən böyük istəkdir.


                                                                      ***

Aqşin Yenisey:"Busəhər ilk dəfə qarşıma bir türk BOMJ-u çıxdı; üzündə naməlum təbəssüm, əlindəkirli içki şüşəsi, əynindəki köhnə gödəkcənin isə üstünə isə iri hərflərləyazılıb: "Özel Güvenlik!" - Yeriyən bir türk tragikomediyası!"


                                                                     ***

Günel Fərhad Emin:"Birçox kişilər elə bilirlər ki, məni bişirir, əldə edir, qurbanına çevirirlər.Daha demirlər ki, onlar insandır, mənsə şeytan kimiyəm, fələkəm, onlarınsaydığını mən saymıram)))Özlərindən xəbərləri yoxdur hələ)))Az qalıb, cücələrimən qışda sayıram".



                                                                     ***

Ayxan Ayvaz:"Beləhavalarda sevgilinizi tərk etməyin, ayrılmayın ondan. Hava soyuq, dərd ağır,qazı da kəsiblər. Çətin olar deyilmi? Soyuq havalarda tərk etməyin sevgilinizi.Ən azından yazı gözləyin, ya da yayı".


                                                                     ***

Nicat Həşimzadə:"Qışınçovğun günlərində açıq havada işləyən analar, atalar var. Onlar şaxtaya, soyuğadözərək övlad oxudur, Azərbaycanın gələcəyini yaradırlar. Yazılarıma görə yaxşıqonorar aldığım zamanlarda bazarı dolanır, ən yaşlı adamlardan meyvə, tərəvəzalardım. Gözəl günlər görəcəyik, analar və atalar".


                                                                     ***

Gülnarə İlham:"Minbir dəfə demişəm, yenə deyəcəm. Düzdür, bu məsələnin iqtisadi tərəflərini, yəniölkənin büdcəsinə hansı ziyanı, ya xeyri var bilmirəm. Amma onu bilirəm ki,dövlət Bakıda bu qədər ağzıgünə qalmış binaları alıb "Sosial evlər"layihəsinin qaydalarına əsasən ehtiyacı olanlara satsa daha uyğun olardı. Yənibiz hələ bu evlərin tikilməsini gözləməklə neçə il kirayələrə pul tökəcəyik.Üstəlik yenə insanlarda inamsızlıq var ki, bəziləri adam tapmaq üçün əl-ayağadüşəcək, ən çox ehtiyacı olanlar kənarda qalacaqlar".


                                                                     ***

Kamran İsmayılzadə:"Kasıbolmaq gözəl şeydi. 1 aya yaxındır qapının açarı itib, mənim də vaxtım yoxdurdüzəltdirəm. Qonum-qonşu da bilir kasıb ailəyik. Səhəri qapını elə açıq qoyubgedirəm işə, axşam da gəlirəm. Nə var axı oğurlayalar da. İnsanın itirməyə birşeyi olmayanda həyat gözəldi".


                                                                     ***

Səidə Səyidova:"Evimizdəköhnə sovetin daş ütüsü olardı. Paltarları aram-aram ütüləyərdik ki, yanmasın.Həmin vaxt da radioda Flora Kərimova oxuyardı. Ax, necə də müthiş səsi var! Omöhtəşəm nəğməni korlayan bir də köhnə kravat qıcırtısı var idi. Üstünə çıxıbhoppananda elə bilirdin ki, uzanıb ərşə ucalırdın. Axşamları sobaya düzülənşabalıd dadını necə unudaq? Ya o sobanın cızıltı melodiyasını? Sobanın üstünəsərdiyimiz mandarin qabıqlarının ətrini də unutmadıq... Xülasə".


                                                                     ***

İsmayılƏhməd: "Adam öz yerini bilmir, durubdeyir mənim yerimə olsaydın nə edərdin?”


                                                                     ***

VüsalQarayev: "Yumurta bahalaşıb. Siz Allahmüşavirə keçirməyin. Biz yumurtasız da keçinərik. Təki bu binəva nazirlərə biryumurtadan ötrü əziyyət verməyin bu havada...”


                                                                     ***

İlkinPirəli: "Dünyanın elə ölkələri var ki,hava istidir. Kreditə götürmək mümkün olsaydı, əlimizdə-ovcumuzda olan dollarıverərdik, bir az dərəcə alardıq. Şaxta öldürücüdür, ziyandır, iqtisadi inkişafıdondurur, əngəlləyir”.


Sübhan Mahmudov