adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
08 Dekabr 2016 14:07
101418
RUBRİKA

"Facebook gündəliyi"

Facebook -fikirləri ifadə etmək üçün əsrarəngiz məkandır. Bir vaxtlar qətiyyən xəyalımızagətirə bilmədiyimiz, keçmişə nəzərən möcüzəvi sayılan bu məkan, indihəyatımızın ayrılmaz bir parçasıdır. İnsanı bir cümləsindən belə tanıtdırmağıbacardığı üçün Facebook sosial şəbəkəsini sadəcə, alqışlamaq lazımdır. Həyatdanecəsənsə, virtualda da o cürsən. Nə olsun ki, məkan dəyişikliyi var, sən kihəmin adamsan.

Yaz, səni tanıyım. Yazmaq elədanışmaqdır. İnsan öz-özünə danışdıqlarını yazır. Yazır və məhz onda dahadəqiq, daha səlis eşidilir.

Əziz dostlar, xüsusən də ictimaisferada tanınanlar, siz yazın, biz onları yayaq. Biz, yəni Adalet.az. Yayaq ki, yazdıqlarınız daha çoxoxunsun, tanınsın. Necə varsa, elə də tanınmaq, bəlkə də insanın özünəarzuladığı ən böyük istəkdir.


                                                                      ***

Aysel Ələkbərzadə:"Azadlıqelə bir məhfumdur ki, onu qazandıqdan sonra heç nəyə və heç kimə qurban verəbilmirsən. Sən azadlığı öz gücünə qazanmısansa, onun qədrini təbii ki,biləcəksən. Amma elə insanlar da var ki, azadlıqları üçün heç bir savaş etmir.Belə insanlar uçmağı xəstəlik sanan qəfəsdəki quşlar kimidir. Və sən əgərazadsansa, bunun qədrini bil, kimsənin sözüylə hərəkət etmə. Sırf pis adqazanacaqsan deyə istəklərindən əl çəkmə. Unutma: bu dünyada suyun üstündə beləyerisən, "üzə bilmirdi, ona görə suyun üstündə yeriyir", deyənadamlar mütləq olacaq. Ürəyin nə deyirsə onu et, yaşat və yarat...
Və kiməsə görə azadlıqdan özünü məhrum edirsənsə, bağışla, amma qul olmaq üçündoğulmusan..”


                                                                     ***

Cəlil Cavanşir:"Ənçox sol tərəfinizdə ağrı hiss edirsinizsə sevgidir, əlləriniz üşüyürsəhəsrət...”


                                                                     ***

Sahib Məmmədov:"Neçəgündür sosial şəbəkələrdə bəzi deputatları təhqir edirlər. Deputatı da digərpublik şəxsləri də tənqid etmək olar, fikirlərinə əks fikir demək olar. Ammatəhqir edirlər. Sonra da deyirlər niyə qanunlara dəyişiklik edirlər. Hələ yenidəyişikliklər təsdiq olunmayıb. Amma əvvəlki variantla da xüsusi ittihamqaydasında cinayət işi açmaq olar. İndi kimsə köçüb Avropada "xoşbəxtliktapmaq" fikrindədir deyə belə edir. Qalanlarda küyə düşüb”.


                                                                     ***

Ceyhun Musaoğlu:"Səninki, bu qədər təmizliyin var, bağışlamaq olar soyuqluğunu".


                                                                     ***

Məhəmməd Türkmən:""Qaryağır, bəhhhh... Necə də gözəldir" zad yazmaq Bakı sakinlərinə yaraşmır.Özümüzü aldatmayaq. Çünki bir azdan yollar bağlanacaq. Bəzi yerlərdə su, qaz,işıq kəsiləcək. Küçələr palçıq olacaq. Tıxaclar yaranacaq və s. Qarın yağmasınabelə sevinə bilmirik”.


                                                                     ***

Cavi Dan: "Qar çox yağanda fəhlələr gəlib camaatınevlərinin damlarını qardan təmizləyərdilər, poçtalyonlar qəzet, jurnal, məktubdaşıyardılar. Biz uşaqlar isə həyətə qaçıb, öz boyumuzu az qala keçən qarıniçində gizlənpaç oynayardıq.O vaxtlar heç hasarlar da yox idi. Uşaqlarvardı sadəcə”.


                                                                    ***

Vüsal Məmmədov:"Bəzi feysbuk səhifələri var idi e,"Amin deyənlər layk etsin" şəklində kampaniya aparırdlar, bax, ƏliKərimli də elə bir kampaniyaya başlayıb. "Böhrandan çıxmağımızı istəyənAXCP-yə üzv yazılsın" məzmununda bir status yazıb və pullu reklama qoyub.Üstəlik, anketin formasını da əlavə edib. Adamdan yaxşı səhifə admini olardı,heyf, özünü siyasətdə zay elədi”.


                                                                    ***

Nigar Cəfərova:"Dayanacaqdabalaca oğlan uşağı anasının yanında səbirsizliklə avtobusu gözləyirdi. Arada yağışınaltında atılıb-düşürdü. Birdən bacısına qayıdıb dedi ki,baxın yağışda mən ağzımıgöyə aşacam, su töküləcək, içəcəm. Gəldim, ürəyimdə fikirləşdim ki, narahat olmabalaca, günü-gündən hər şeyin qiyməti artdıqca insanlar yağış suyunu içəcək, ocaqqurub qızınacaqlar. Hələ o su ilə yemək bişirənlər də olacaq”.


                                                                     ***

İlqar Atabəyli:"Türkiyədə reytinqli dini proqramlar var. Nahid xocadı nədi o aparır. deməkbuna zəng edib sual verirlər. bu da əlində şirin çay qarışdıra qarışdıra cavabverir. bir tələbə zəng etdi ki, "xocam, kompyuterdə döyüş oyunu oynayıram.indi mənim ölən əskərlərim şəhid sayılırmı?"Nahid xoca az qaldı stakandakı qaşığıudsun...”


                                                                     ***

Abbas Əliyev: "Dualarınızıfacebookda yox Məsciddə edin gözəl insanlar”.


Sübhan Mahmudov