adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
09 Dekabr 2016 12:55
97863
RUBRİKA

"Facebook gündəliyi"

Facebook -fikirləri ifadə etmək üçün əsrarəngiz məkandır. Bir vaxtlar qətiyyən xəyalımızagətirə bilmədiyimiz, keçmişə nəzərən möcüzəvi sayılan bu məkan, indihəyatımızın ayrılmaz bir parçasıdır. İnsanı bir cümləsindən belə tanıtdırmağıbacardığı üçün Facebook sosial şəbəkəsini sadəcə, alqışlamaq lazımdır. Həyatdanecəsənsə, virtualda da o cürsən. Nə olsun ki, məkan dəyişikliyi var, sən kihəmin adamsan.

Yaz, səni tanıyım. Yazmaq elədanışmaqdır. İnsan öz-özünə danışdıqlarını yazır. Yazır və məhz onda dahadəqiq, daha səlis eşidilir.

Əziz dostlar, xüsusən də ictimaisferada tanınanlar, siz yazın, biz onları yayaq. Biz, yəni Adalet.az. Yayaq ki, yazdıqlarınız daha çoxoxunsun, tanınsın. Necə varsa, elə də tanınmaq, bəlkə də insanın özünəarzuladığı ən böyük istəkdir.


                                                                      ***

AmidƏlioğlu: "Bu yaxınlarda dostlarla görüşmüşdük. Söhbət həmişəki kimihərləndi-fırlandı gəldi çıxdı dinin üstünə. Şiə olan dostumuzla sünni olandostumuz arasında başlayan müzakirə çox keçmədi mübahisəyə dönüşdü. Mübahisə dədavaya keçirdi ki, bir təhər sakitləşdirdim. Elə həmin an düşündüm: SənAmerikadakı fərasətə bax ki, orda oturub burdakıların arasında dava salır...”



                                                                     ***


Gülnarəİlham:"Azərbaycanda dövlət idarələrinin çoxunun qaynar xətti özünü radio kimi aparır.Zəng edirsən adama 1 saat musiqi dinlədirlər”.



                                                                      ***


Aqil Lətifov: "İki qadın bir-birinəgöz vuraraq avtobus oturacağında əyləşən kişiyə "çantanısaxlayardız", - deyib onu yerindən etdilər və oturub zəfər səsiçıxartdılar. O kişi isə mənim ayaqlarımın üstündə məyuscasına yerinə baxır...”



                                                                      ***

Azər Tağızadə: "Cızığından çıxma deyiratam mənə haçandır, Bəs çxımasam mən nə bilim cızığım haracandır!”



                                                                     ***

Hikmət Orhun: "Gənc yazıçılara"dahi olmağın sirləri" silsiləsindən: Fransız yazıçı Viktor Hüqo günəiçinə iki çiy yumurta qatılmış bir fincan qəhvə ilə başlayarmış”.



                                                                     ***

Anar Kəlbiyev: "Çox fürsətcilik. Yerə birbalaca qar düşüb Sumqayıtdan Bakıya 1 manata gələn taksilər olub 2 manat. Sonrada deyirlər qaz və işıq qiymətin artırıllar. Bəs necə olur sən əlinə düşənfürsətdən o saat istifadə edirsən. Özünə sərf edəndə yaxşı olur, etməyəndəpis”.



                                                                      ***

Qismət Rüstəmov: "Qloballaşma ən çoxədəbiyyata zərbə vurub. İçi boş müqəvvaya oxşayan birrəng personajlar,fast-food sürəti ilə yazılan əsərlər, yüngüllüyün, qısalığın meyar kimisırınması, "camaat bunu istəyir" etiketi altında necə gəldi yazmaq...Böyük ədəbiyyat bu axmaq dəbə müxalif olmalıdır, məncə”

                                                                     ***

Türkan Bəşir: "Pəncərədənbaxmağa, Uzaqlar da qalmayıb”.



                                                                    ***

Anar Turan: "Zəhmətkeş insanlara,xüsusilə bu soyuqda ustalara, fəhlələrə, sənətkarlara baxanda daha çox həssasoluram. Hər gün eyni əziyyəti çəkmək üçün övladlarından ötrü evdən çıxırlar.Axşamacan əziyyətlə çalışırlar. Tibbi sığortaları da düz əməlli yox. HəzrətiMəhəmməd Peyğəmbər demişdir ki, işlətdiyiniz insanın alnının təri qurumamışhaqqını verin”.


                                                                   ***

Vəsilə Vahidqızı: "Pulumuz yoxdur, 5-6milyon qalıb, onu da xarici müğənnilərə saxlamışıq. Neyləyək, Yeni ilbayramında biabır olası deyilik ki?”.


SübhanMahmudov