adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
29 Yanvar 2015 13:01
65131
RUBRİKA

"Facebook gündəliyi"

Doğulur sonuncu insan,
Sonuncu insan ölür.
Yenə son dəfə ağlayan
Son dəfə gülən olur...

Həyateşqi ilə dopdolu bir insan...ölüm qədər maraqlı heç nə yoxdur deyən şair... həyatıvə eşqi müvəqqəti, ölümü əbədi, ölümsüz hesab edən böyük mütəfəkkir. Ölümü iləəbədiyyətin özünə həyat verdi Vaqif Səmədoğlu...


Allah rəhmət eləsin sənə, Şair. 

"Facebookgündəliyi"nin bu günkü rubrikasını yaradıcılığında ən çox ölümdən bəhs edənXalq şairinə həsr edirik...


İradə Tuncay : "Atasi haqqındadeyilən hər sözə səbrlə susdu.... Arxayın idi... Bilirdiki ,atılıb düşənlərinnə deməyindən asılı olmayaraq Səməd Vurğunu xalqın urəyindən çixarmaqolmayacaq....

                                                                  ***


Fazil Mustafa : "BAŞSAĞLIĞI
Vaqif Səmədoğlu dəyərlibir şairdi. Fərqli bir yol izlədi şer məkanında. Hər zaman özünəməxsusluğunuqorudu. Ölüm xəbərini sakit qarşıladım. Ölümündən sonra yaddaşlardaxatırlanması üçün bir ömür yolu qoyub gedib. Onsuz da dünya fanidir. Bu faniliyəqoyduğun izlə, buraxdığın dəyərlərlə meydan oxuya bilirsən. Vaqif Səmədoğlununbu izi, bu dəyəri yaddaşımızda qalacaq. Allah ruhunu şad etsin!”


                                                                  ***



Cəlil Cavanşir : "Üç il əvvəlinsöhbətidir. Vaqif Səmədoğludan bir məsələ ilə bağlı fikir öyrənməliydim. Həmişəetdiyim kimi salam-kalamsız sualı göndərdim ustada. Cavab özünü ləngitmədi:
-Heç hənanınyeridir? Gözəl bir qızla danışdığım yerdə...
-Guya birinci dəfədiqəşəng qızlarla danışırsınız? Hər zaman gözəllərin əhatəsindəsiniz də...
-Cəlilcan, sənəcavab yazacağam. Onsuz da sonra yazıçıların əhatəsində olacağam da. Ya 1-ci, ya2-ci Fəxri Xiyabanda. İndi qızlar yaxşıdır, əziz dost...”


                                                                     ***




Səlim Babullaoğlu : "VaqifSəmədoğluna
Otel,yalnızlıq,kədər,
karniz,tül,sarı pərdə.
Çölün fateh İskəndər,
için Nüşabə,Bərdə.
Təqvim,saat və asqı
bəzəyir boz divarı.
Ya əsnə,ya da asqır,
çapsın səbrin suvarı.
"Tело-дело гиблое "-
düşün yerində qurcux.
Dayan üzü qibləyə,
dinsin içindəki ruh”


                                                                        ***



Qorxmaz İbrahimli : "Azərbaycanxalqı daha bir bütöv şəxsiyyət olan vətəndaşını itirdi. 
Vaqif Səmədoğlu millətini tərk edərək Haqqa qovuşdu. Gözlənirdi...Ancaq heç itirəsi gəlmirdi. Vaqif bəy verə biləcəyini,- daha doğrusu ondan almakapasitəsində olduqlarımızı bizə verdi. Apardığı da çox oldu. Birincisiqavramadıqlarımız idi ki, qavrayan dərdindən apardı. 
İkincisi, insan sevgisini. Üçüncüsü, BÖYÜK VAQİF SƏMƏDOĞLUNUapardı ki, çox ehtiyacımız vardı bu sakit təbiətli, nurlu insana. 
Haqqında deyəsi sözlərim çoxdur... Tanıdığım şəxsiyyətinə vekimliyinə hörmət edən nadir insanlardan olan bu kişi haqda danışmaqla bitmez. Vətənpərvərliyininbənzəri yoxdu...
Böyük aydınlarımızdan idi............................
Allah rəhmət eləsin. 
Məkanı, yeri Cənnət olsun. Amin


                                                                        ***


Nicat Dağlar : "Görəsən özügetdi, ya kimisə göndərdilər?..




                                                                         ***


TəranəXudabaxşıyeva:"Allah, özüm gəlim, yoxsa kimisəgöndərirsən? – deyirdi şeirində. Getdi. Vaqif Səmədoğlu da əbədiyyətə qovuşdu”.


                                                                         ***


Aydın Xan Əbilov:"BirVaqif vardı şeirimizdə, qəlbimizdə


                                                                         ***


Anar Bayramoğlu:"Saxladılaryer kürəsini. Və.... Və Vaqif Səmədoğlu yer kürəsini tərk etdi... Əlvida şair.Əlvida maraqlı insan. Əlvida ədəbiyyat fədaisi"



                                                                            ***


Aynur Camalqızı: "Vaqif müəllim daha ağrısız yatır"

İlahi,

Yatağın nə sağında
Nə solunda,
Nə bir gözəlin qolunda
Yatmaq istəmirəm.

İlahi,
Nə söyüd kölgəsində,
Nə dünyanın ən azad ölkəsində
Yatmaq istəmirəm.

İlahi,
Dar quyu dibində,
Qaranlıq nəm içində,
İşıqlı qəm içində,
Ağrısız
Bir az yatmaq istəyirəm...



Sübhan Mahmudlu