adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
31 Yanvar 2015 14:04
46427
RUBRİKA

"Facebook gündəliyi"

Bu gün Azərbaycan Xalq Cümhuriyyətininqurucularından olan Məhəmməd Əmin Rəsulzadənin anadan olmasının 131-ciildönümüdür.

Azərbaycanın görkəmli dövlət və ictimaixadimi, dahi mütəfəkkiri, siyasətçi və publisisti, Azərbaycan XalqCümhuriyyətinin (1918-1920) banilərindən və Azərbaycan siyasi mühacirətininliderlərindən biri,"Bir kərə yüksələn bayraq, bir daha enməz!"ifadəsiilə hər bir azərbaycanlının yaddaşlarında qalan Məhəmməd Əmin Rəsulzadə 1884-cüil yanvarın 31-də Bakının Novxanı kəndində anadan olub.

M. Ə. Rəsulzadə 1955-ci il mart ayının 6-da Ankarada dünyasını dəyişibvə Ankara Əsri qəbristanlığında dəfn edilib.

"Facebook gündəliyi"nin bu günkü rubrikasını MəhəmmədƏmin Rəsulzadəyə həsr edirik...

                                                                    ***


Natiq Məmmədli : "... Azərbaycangənci! İftixar et, qardaş. Oğuz xan nəsli arasında birinci olaraq ən mədəniüsuli-idarəyə, cümhuriyyət üsuluna nail olan sənsən» - sabah bu fikirləri deyənkişinin günüdür. Rəsulzadənin birgə anaq”


                                                                      ***


Azər Ayxan : "Rəsulzadə günü – Dövlətgünü, Bayraq günü, Cümhuriyyət günü. Ruhun şad olsun, Ulu Öndər...”


                                                                     ***



Almaz Qasımova : "Bir kərə yüksələn bayraq bir daha enməz"!Məhəmməd Əmin Rəsulzadə qəlblərdə həmişə yaşayacaq! Doğum günün mübarək dahi şəxsiyyət!


                                                                   ***



Araz M. Zeynalov : "M.Ə.RəsulzadəniHitler Almaniyası ilə əlaqə yaratmaqda suçlamaq kimi axmaq iddialara da rastgəlirik... Rəsulzadə Azərbaycanın müstəqilliyinin bərpası üçün kiminlə əlaqəyaratmalı idi ? Azərbaycanı işğal etmiş saxta dövlətin rəhbəri Stalinlə..???Yoxsa, Azərbaycanı "vahid rusiya"dan ayrı görmək istəməyən Britaniyailə..??? Bəlkə "Vilson planı"ndan kənara çıxmayan Amerika ilə ???
Rəsulzadənin Hitler Almaniyası ilə əlaqə yaramaq cəhdi də, 1943-cü ildən sonrabu təmaslardan imtina etməsi də strateji baxımdan ən optimal siyasət olub!”



                                                                      ***


Nicat Qafuroğlu : " Doğumgünün mübarək ATA!”


                                                                       ***


Könül Əliyeva: "Rəsulzadə heç bir tebliğataehtiyacə olmayan dühadı. O ürəklərdə damar kimi, qan kimi Yaşayır...”


                                                                        ***


Qubad İbadoğlu: "Bu gün Azərbaycanda müstəqilliyin,demokratiyanın və azadlığın doğum günüdür”


                                                                          ***


Mənsur Rəğbətoğlu : "Azadlıq,cahanşumul bir fikirdir. Bir tək əsir insan, bir tek əsir millət qaldıqca,dünya həqiqi azadlıq və əmniyyət üzü görə bilməz!"
Məhəmməd Əmin Rəsulzadə


                                                                          ***


Aqil Aslan: "Qəlbi Azərbaycanla çırpınanböyük öndər”


                                                                            ***


Nigar M. Məhərrəm: "Gözəl bir şəxsiyyətindoğum günüdür
Respublikamızın qurucusu... Ruhu şad olsun..



Sübhan Mahmudlu