adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
10 Fevral 2015 13:15
59211
RUBRİKA

"Facebook gündəliyi"

Facebook - dünyanınən populyar qəzeti, saytı.

1 milyonazərbaycanlının fərdi təqdimat məkanı.

15 il öncə kim desəydi, hamının şəxsiqəzeti olacaq, inanılmaz açıqlama olardı, həmin adama gülüb keçərdik. Ağlımızagəlməyənlər başımıza gəldi.

Bu dəfə xeyirlisindən oldu. Başımızagələn hadisə ürəyimizdən xəbər verdi. Kimliyimizi, necəliyimizi göstərə bildik.Facebook göydən düşmə məkana çevrildi - daha çox da düşüncə adamları üçün. Buüzdən Adalet.az saytının oxucularına intellektual Facebook istifadəçilərinindüşündürücü statuslarını təqdim etməyi qərara aldıq. Yəni onlarınyazdıqlarını göydən yerə düşürdük.


"Göy virtuallığın,yer reallığın təzahürüdü" - bu da olsun, təqdim edəcəyimiz statuslaranəzərən bir status


                                                                             ***


Razi Nurullayev: "Yalanlar varkən, sənin doğrularla nə işinvar. Bu sözü bilirsiniz nə qədər insana söyləmək olar? Nə isə, bunun siyasi vəgeopolitik yükü var”



                                                                               ***



Aysel Əlizadə: "Qərəzli, ya qərəzsiz televiziyalarımızınistənilən mövzuya "öz” yanaşmasını ötürə bilmə şansı var. Belə süjetlərdənbirini ötən bazar Mirşahin Ağayevin təqdimatında izlədik. "Məhbus Lamiyə” iləbağlı bu söz oyunu ilk baxışda maraqlı idi. "Məryəm İsanı dünyaya gətirəndə beləajiotaj yaranmadı”, məsələn. Baxmayaraq ki, İsanın doğum ajiotajı eranın əvvəlindənbu yana hələ səngimək bilmir. Bu yanlışı keçək sizin qara gözlərinizə. PopstarŞakiranın söhbətə hardansa gəlib çıxmasını isə heç nəyə keçmək olmur, üzrlüsayın”




                                                                                  ***


Nərgiz Aziz: "Dərdi üzünü yox eləmişdi-qaraltmışdı. Əvvəllər belədeyildi. Məsələn,mənasız sözlərə gülmürdü..”




                                                                                   ***




Hacıbəy Heydərli: "Bakı vaxtilə səhər saat 5-dir və hər gün busaatda küçədən səs gəlir. O səs 5-10 manat qazanmaq üçün gecəsini-gündüzünəqatan, alın təriylə halal pul qazanan, əhalinin 90 faizinin yatdığı anda küçələritəmizləyən xanımların və bəylərin süpürgələrinin səsidir. Bu adamlar özündəndeyən, insanlara yuxarıdan aşağı baxan minlərlə varlı, vəzifəli, imkanlı şəxsdəndaha ləyaqətli, mənəviyyatlı və vicdanlıdır. Allah onların yardımçısı olsun...”




                                                                              ***

Çingiz Bayramov: "Yaxşı ki, ölkəmizdə "EfirBozbaşları" var. Bəyan edirəm ki, mən bu "Efir Bozbaşları" nınirəli getməsinin qarşısını almıram”




                                                                            ***



Şəbnəm Karslı: "Mikayıl Müşfiqin şeirini paylaşmîşam, birimesaj bölümünə "çox gözəl şeir yazmısınız, mən sizin bütün şeirlərinizi bəyənirəm"yazıb. Profilinə baxıram, 1994 tevellüdlüdür və universitet tələbəsidir. Matımmutum quruyub. Deyək ki, şeiri oxumayıb, axı bu eyni zamanda məşhur bir mahnınınsözləridir”



                                                                             ***



Gülşən Tanrıdaş: "Hər kəs ayrılıqda ağıllı ola bilər, ancaq hərkəs ayrılıqda faydalı ola bilməz.Ən faydalı olanlar güclərini vəpotensiallarını bir ali məqsəd ətrafında birləşdirmək istəyində olanlardır...”




                                                                            ***



Samir Əliyev: "Azca qaldı 60-a çatsın. 59,60-a qalxdı vədüşdü 58.33-ə. Elə bil futbolda uzaqdan yaxşı zərbə vurursan qapı dirəyinə dəyibqayıdır. Halbuki 100%-lik qol ola bilərdi”




                                                                          ***


Fatma Cabbarlı: "Gün ərzində heç olmasa bir nəfərin üzündə təbəssümyarada biliriksə rahat gözümüzü yumub, yuxumuzu görə bilərik. Ehatəmdəkiinsanları sevirəm, hörmət edirəm. Hər biriniz mənim üçün doğmasiniz. Həmişə varolun Əzizlərim. Sevdiklerinizin qədrini bilin. Sevginizi onlardan əsirgəməyin”




                                                                            ***



Sevinc Haqverdizadə: "Insanin xoşbəxtliyi, sevinci, coğusu, həyatdolu olması imanından, Allah'a olan yaxınlıgından və vicdanının rahatliğındanqaynaqlanır”



Sübhan Mahmudlu