adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
11 Fevral 2015 12:10
59330
RUBRİKA

"Facebook gündəliyi"

Facebook - dünyanın ən populyar qəzeti,saytı.

1 milyon azərbaycanlının fərdi təqdimatməkanı.

15 il öncə kim desəydi, hamının şəxsiqəzeti olacaq, inanılmaz açıqlama olardı, həmin adama gülüb keçərdik. Ağlımızagəlməyənlər başımıza gəldi.

Bu dəfə xeyirlisindən oldu. Başımızagələn hadisə ürəyimizdən xəbər verdi. Kimliyimizi, necəliyimizi göstərə bildik.Facebook göydən düşmə məkana çevrildi - daha çox da düşüncə adamları üçün. Buüzdən Adalet.az saytının oxucularına intellektualFacebook istifadəçilərinin düşündürücü statuslarını təqdim etməyi qərara aldıq.Yəni onların yazdıqlarını göydən yerə düşürdük.


"Göyvirtuallığın, yer reallığın təzahürüdü" - bu da olsun, təqdim edəcəyimizstatuslara nəzərən bir status


                                                                           ***



Sənan Nəcəfov:"Brazilyada keçirilən çimərlik futbolu yarışları zamanı mühafizəçilər özləri iləqarpız, pendir və pivəni stadiona keçirmək istəyən bir qrup azərbaycanlını geriqaytarıb”


                                                                            ***


Elçin Əlibəyli: "Unudulmaq, ən böyük çətinlikləüzü-üzə durmaq və tək qalmaq, sonra deyirsiniz üzünüz gülsün, cənablar...üzünüzgülsün, ürəyiniz ağlamasın!”


                                                                             ***


Gülnarə İlham:"Deməli, biz Bakıya kirayə evə köçəndə evdə çatışmayan əşyalar vardı. Rayondaolan köhnə əşyalarımızdan gətirib əyir-əskikləri tamamlamağa çalışırdıq. Hər dəfənəsə lazım olanda qaynanam deyirdi onsuz da müvəqqəti evdir, təzə əşyaalmayın... Belə deyə-deyə bu beş il ərzində zirzəmidə köhnə nə vardısa daşıdıqBakıya... İndi evimiz antik əşyalar dükanına bənzəyir...”



                                                                               ***

Sədan Bünyadova: "Kim deyir axı bu ölkədə mütəxəssisə, işi bilənadama ehtiyac var?! Boş sözlərdir! Bu ölkədə işi bilənə qiymət verənmi var?!Kiminsə qohumunu, dostunu işə götürmək varkən kimdir mütəxəssis axtaran?!”



                                                                               ***



Rufik İsmayılov:"Kiçik, yaxud "ikinci sort" ölkələr böyük dövlətlərin mübarizə,müharibə poliqonu olublar. Bu, tarixən də belə idi, indi də belədir. Bir el məsələindədə deyildiyi kimi, ayının min oyunu var, bir armudun başında. Qərbin marağı heçdə Ukraynanı, sadə ukraynalıları düşünmək, onları "ağ günə" çıxarmaqdeyildi. Öz siyasi məqsədləri üçün sadəcə Ukraynadan istifadə etdilər. Olan isəUkraynaya, onun suverenliyinə, ərazi bütövlüyünə, sadə ukraynalılara oldu. İndidə olan-olub, keçən-keçib deyib, Ukraynanı taleyi ilə barışmağa, Rusiyanı isədilə tutmağa, yola gətirməyə çalışırlar. Elə sanksiyaları, təzyiqləri də bunaxidmət edir. Qərb, Avropa İttifaqı ölkələri Abxaziya, Cənubi Osetiya,Dnestryanı, Dağlıq Qarabağ münaqişələrində nəyi müsbətə doğru dəyişə biliblərki, indi də Donetsk, Luqansk və Krım hadisələrində Ukraynaya fayda verə bilsinlər?”

                                                                               ***



Şəfəq Ağacan:"Çox üzlü adamlar görəndə birüzlü adamlara yazığım gəlir tez-tez dəyişən üzlərigördükcə gözləri çəpləşəcək.....”



                                                                               ***


Firuzə Həsənzadə: "İnsangün ərzində özünə gələn mesajların bəzilərini cavablandırmasa da gözucu hər birinənəzər salır Amma ....
Quran insanın dünya həyatında aldığı ən əhəmiyyətlibir mesajdır; insana birbaşa onu Yaradandan gələn haqq sözdür.Ancaq insanlarınböyük əksəriyyəti düşdükləri qəflət səbəbiylə bu qədər əhəmiyyətli bir kitabı,Allahın insanlara verdiyi mesajını açıb belə oxumurlar”



                                                                         ***



Nailə İsmayılova:"Bəzən qohumun kim, yadın kim olduğunuunudursan...”

                                                                            ***



Əvəz Rüstəmov:"Bu dəqiqə telekanalların birində qadın-kişi xəyanəti mövzusunda qızğın söhbətgedir. Oturduğumuz yerdə zibilə düşmüşük. Mənzərə inanılmaz iyrəncdir...”

                                                                            ***



Aqil Camal: "QazaxıstandaLatin əlifbasına keçidlə bağlı dövlət proqramının qəbulu həqiqətən, tarixihadisə, Türk ölkələrinin əlifba birliyi yolunda önəmli addımdır”



Sübhan Mahmudlu