adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
18 Fevral 2015 13:12
51662
RUBRİKA

"Facebook gündəliyi"

Facebook - dünyanın ən populyar qəzeti,saytı.

1 milyon azərbaycanlının fərdi təqdimatməkanı.

15 il öncə kim desəydi, hamının şəxsiqəzeti olacaq, inanılmaz açıqlama olardı, həmin adama gülüb keçərdik. Ağlımızagəlməyənlər başımıza gəldi.

Bu dəfə xeyirlisindən oldu. Başımızagələn hadisə ürəyimizdən xəbər verdi. Kimliyimizi, necəliyimizi göstərə bildik.Facebook göydən düşmə məkana çevrildi - daha çox da düşüncə adamları üçün. Buüzdən Adalet.az saytının oxucularına intellektual Facebookistifadəçilərinin düşündürücü statuslarını təqdim etməyi qərara aldıq. Yənionların yazdıqlarını göydən yerə düşürdük.

"Göy virtuallığın, yer reallığıntəzahürüdü" - bu da olsun, təqdimedəcəyimiz statuslara nəzərən birstatus


                                                                             ***


Azər Kərimov: "Yadda saxlayın: həyatdaən dəyərli şey bankdır. Hətta borcun olanda belə sənə "Dəyərli müştəri"sözü illə müraciət edir”


                                                                           ***


Vüsalə İbrahimova: "Hərdən bəzistatusları oxuyanda düşünürəm ki, bəziləri "Facebook" üçünyaşayırlar. Elə bil gözdə-qulaqdadılar ki, kimsə səhv etsin bunlar da o haqdayazsınlar. Sözün əsl mənasında kimdənsə istifadə edib özlərini ağıllı göstərməyəçalışırlar. Elə bil hər saniyə dünyaya bəyan etmək istəyirlər ki, "vallahməndən yoxdu". Amma unutmaq lazım deyil ki, "sən" qarşındakınınsəni başa düşdüyü qədər ağıllısan. Sözüm Facebook "cəngavərlər"nədir: siz Allah əttökən fikirlərinizi özünüzə saxlayın. Subyektiv fikirə sahib olabilər hər kəs. Hər kəsin də status hüququ ola bilər. Amma o halda ki, kənardangülüş doğurmasın”


                                                                          ***


Aytən İmanova: "Deyir ki, qadınlarhər yaşda uşaqdılar, amma oyuncağına çevrilən kişiləri heç vaxt sevməzlər”


                                                                                   ***


Mirvari Nəzərova: "Nə qədər böyüsənizdə, yanında həmişə uşaq kimi davrana bildiyiniz insanların dəyərini bilin”


                                                                            ***


Şərif Ağayar: "Deyəsən, həqiqətiLamiyə özü də bilmir...”


                                                                                 ***


Aziz Əlibəyli: "Bütün günü gözlədiyinizelə gözlərinizin həsrəti ilə başa çatacaqsa, yumun o gözləri, daha heyf etməyin...”


                                                                                   ***


Günel Məmmədova: "Allah qarşısında əyilməyənheç vaxt ucala bilməz!”


                                                                                  ***


Aqil Lətifov: "Bir şeyi başa düşmürəmki, bütün sahələrdə təqaüdə göndərilən insanların bir çoxu marşrut avtobuslarınıniyə idarə edirlər? Hətta elələri var ki, oturmağa belə taqəti yoxdur, ammaavtobus sürür. Axı onlar öz sahələrində ehtiyac duyulmadığı və ya etibar edilmədiyiüçün təqaüdə göndərilirlər, bəs niyə yüzlərlə insanın həyatı onlara əmanətedilir? Nəticə göz qabağındadır... Məgər bu sahədə yaş məhdudiyyəti yoxdur?..


                                                                              ***


Anar Turan: "Avropada birvaxtlar yerin fırlanmadığını deyən kilsə xadimləri fırlandığını iddia edən elmxadimlərini inkvizisiya tonqallarında yandırırdılar. Həmin vaxtlar bir müsəlmanölkəsində də bunu təsdiqləyən alimə qarşı repressiyaya rast gəlinməyib. Həttaböyük türk-İslam alimi Əl-Biruni "Nihâyâtü'l-Emâkin" əsərində ilk dəfəolaraq yerin günəş ətrafında hərəkətini və dünyanın hərəkətsiz deyil, dönən birkütlə olduğunu Kopernikdən 500 il əvvəl söyləmişdir. Həmin vaxtlarinkivizisiyaya gülən dünyamızı indi özünü İslam alimi adlandıran bəziləri görünnə günlərə qoyublar. Eh, hardan haraya endik! 

P. S. Bu arada qeyd edim ki, SəudiyyəƏrəbistanlı imam Şeyx Bendər Əl Hayberi dünyanın fırlanmadığını deyib. Onun bu fikri sosial şəbəkələrdə geniş müzakirələrəyol açıb”

                                                                     

                                                                       ***


Ramilə Qurbanlı: "Bəxtüzüyü" filmində hayqıran o qəhrəman kimi ağzımı göyə tutub hayqırmaq istəyirəm- SOS ölkə vəhşiləşib gedir. Bu kriminal xəbərlərin ağzını mətbuata çevirənlərinAllah bəlasını versin. Humanizm aşılayan fikirlər yazmaq lazımdır, sevgidənyazmaq, yalnız sevgidən”



Sübhan Mahmudlu