adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
25 Fevral 2015 14:42
46051
RUBRİKA

"Facebook gündəliyi"

Facebook - dünyanınən populyar qəzeti, saytı.

1 milyonazərbaycanlının fərdi təqdimat məkanı.

15 il öncə kim desəydi, hamının şəxsiqəzeti olacaq, inanılmaz açıqlama olardı, həmin adama gülüb keçərdik. Ağlımızagəlməyənlər başımıza gəldi.

Bu dəfə xeyirlisindən oldu. Başımızagələn hadisə ürəyimizdən xəbər verdi. Kimliyimizi, necəliyimizi göstərə bildik.Facebook göydən düşmə məkana çevrildi - daha çox da düşüncə adamları üçün. Buüzdən Adalet.az saytının oxucularına intellektual Facebookistifadəçilərinin düşündürücü statuslarını təqdim etməyi qərara aldıq. Yənionların yazdıqlarını göydən yerə düşürdük.

"Göyvirtuallığın, yer reallığın təzahürüdü" - bu da olsun, təqdimedəcəyimizstatuslara nəzərən bir status

       

                                                                          ***

İlqar Rəsul: "Əgər xəstələnəndəgünahların yadına düşürsə, deməli vəziyyət ağırdır, hətta günahlar yüngül olsabelə...


                                                                           ***

Ramil Məmmədli: "Əllərini qaldırırsan göyə səni haralazımdı aparırlar. İtələmə qüvvəsi çox güclü. Hamı bir-birinə dəstək olur.İncimə-küsmə yox. Bəzən o qədər sevgi olur ki, qoymurlar düsəsən. Deyirlər birqədər də bizimlə get, ne olar... Məcbur qalıb gedirsən. Her kəsin üzündətəbəssüm, heç kim yox demir.

Metrosuperdi...”


                                                                            ***

Jalə Mütəllimova: "İllərdir zülümünüzüçəkib sizi siz edən adamların əziyyətinə bircə ay yox, heç üçcə gün də dözəmmirsiz.Mağaza qapısı kilidləyirsiniz. Allah müharibə və aclıqda adamları sizə möhtaceləməsin. Nəfsiylə mübarizəni apara bilməyən yazıqlar. İki metr torpaq, yeddimetr ağ, insan ancaq bunu aparır. Bir də qazanıbsa rəhməti. Sizə nə düşür nəfsinizmüəyyənləşdirir bü günlərdə”


                                                                            ***

Azər Sarıyev: "Bütün zamanlar gələcəkdənyaxşı görünür. Gələcəyin özü də”


                                                                             ***

Cəlil Cavanşir: "Axşam şəhərdən evədönərkən kreditlə iki qutu qırmızı "Davidoff" almışam. Ürəyim siqaretistəsə də çəkməyə risk etmirəm. Tez-tez siqaret qutularını götürüb silirəm,parıldadıram...


                                                                              ***

Elşad Məmmədli: " Günümüzün tələbi- Ekonom-paket: enerji xərclərini azaltmaq üçün evdə otaqlardaki lampaları ləğvedib yalnız koridorda işıq yandırmaq, paltaryuyanı, tozsoranı, feni, elektriksobalarını zibilliyə tullamaq; cari xərcləri azaltmaq üçün səhər və axşam yeməklərini,qonaq qəbul etmək, toya getmək kimi ənənələri qanunla leğv etmək, avtomobilisatıb motoskilet almaq; araqı iyləmək, siqareti "ostav-ostav" çəkmək,cani çıxıb xəstələnməmək...


                                                                              ***

Nigar Rüstəmqızı: "Arada düşünürəmki, mən çox qəddar, həyatsa çox kövrəkdi...həyati çox incidirəm, vəfasizliq eləyirəm


                                                                              ***

İradə Cəlil: "Əli Kərimli Razi Nurullayeva deyibki, "biz facebookda güclüyük sən susmalısan"...

Beləpartiya sədrinə bir söz demək olar : Ətin tökülsün adam...belə də siyasət olar,likelə, paylaşımla, şərhlə partiya idarə etmək olar??? Real siyasət arenasındaəlinizdən ..... bir şey gəlmir, heyif AXCP nin adından sizin üçün....
Azərbaycan o gün qara günə qaldı ki, hər yerindən durana bəy dedilər!!!”


                                                                                ***

Sevinc Novruzova: "Facebook da bir şeiroğurladım.

Bugünsiqaretə 2.40 verdim.
Marketdən çıxınca öldüm-dirildim.
Dedim ki, ay oğrac bu nə qiymətdi?
Dedi dollar qalxıb, təzə söhbətdi.
Dedim 70 qəpik qaldırdın, niyə?
Dedi çəkən oğlan baxmaz qəpiyə.
Dedim qanunsuzdu, ayağa durdu,
Dedi çəkmə ginən, bax nə məcburdu?
Dedim, sən öl satıcı da genəldi.
Dedim, dollar qal......cingilti gəldi,
Zalım oğlu mənə bir dumbuz vurdu,
Qulağım fırlanıb alnımda durdu.
Dedim al - əlvandır hər tərəf, hər yan,
Günəş tək parlıyır can Azərbaycan!”


                                                                           ***

Rövşən Şirəliyev: " Hər qaranlıqgecənin bir işıqlı sabahı var,- deyirlər.Ancaq deyəsən ,hər işıqlı gecənin dəbir qaranıq sabahı var ! Dostlugun sonu namərdliyə yetdiyi kimi, namərdliynsonu da dostluq ola bilməz!


Sübhan Mahmudlu