adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
03 Mart 2015 11:58
48772
RUBRİKA

"Facebook gündəliyi"

Bu gün Azərbaycanda və bir çox şərq ölkələrində qeyd olunan Novruz bayramının ikinci  - odçərşənbəsidir.

Bu çərşənbə qədiminsanların Günəşə, oda olan müqəddəs inamından irəli gəlir.

Adət-ənənəyə görə, bu gün tonqalqalayıb, alovun üzərindən tullanmaqla daxildə olan bütün çirkabı vəazar-bezarları yandırırlar.

Xalq deyimlərinə görə, ilk çərşənbədəsu və su mənbələri yenilənir və hərəkətə başlayır, ikinci çərşənbədə odun,üçüncü çərşənbədə torpağın, dördüncü çərşənbədə isə küləyin köməyi iləağaclarda tumurcuqlar cücərir və bütün bunlar yazın gəlişindən xəbər verir.

"Facebook gündəliyi"nin bu günkü rubrikasında odçərşənbəsinə aid statuslara üstünlük veririk. Bununla yanaşı digər maraqlıstatusları da diqqətinizə çatdırırıq.


                                                                     ***


Əli Məsimli: "Günəşə, oda olanmüqəddəs inamdan irəli gələn OD ÇƏRŞƏMBƏNİZ mübarək olsun!!! Odumuz sönməsin!Ocağımız soyumasın! Çırağımız qaralmasın! Allah bütün istək və arzularınızı həyatakeçirsin!”


                                                                      **

Anar Tağıyev: "Əvvəllər od çərşənbəsimaraqlı olardı. Qubada camaat icra başçısının milyonluq evini yandırıb tonqalınüstündən tullanırdılar. İsmayıllı sakinləri hətta tələsib, çərşənbədən əvvəlFüzuli Ələkbərovun oğlunun maşınına od vurmuşdular. Amma indi çərşənbələr çoxsönük keçir...Bayram əhval-ruhiyyəsi hiss olunmur...”

                                                                      ***


Rufik İsmayılov: "Bu gün od çərşənbəsidir!Dostluğumda olan hər kəsi bu münasibətlə təbrik edirəm! Bu çərşənbə həyətinizdəqalanan tonqalın hərarəti ailələrinizdəki mehribanlığı, səadəti, xoşbəxtliyi,sevgini daha da artırsın! Qarşıdan gələn Novruz Bayramı süfrənizə ruzi-bərəkətgətirsin! Ən əsası isə bu tonqalı elliklə Qarabağımızda, Şuşada, Xankəndində,Cıdır düzündə qalayaq! Amin!!!”


                                                                     ***


Anar Turan: "ABŞ-dabestseller hesab olunan "Əli və Nino" əsərinə Bakıda film çəkilişlərigedir. Mənə ən çox maraqlı olan isə Əlinin erməni Naxararyana "SənAvropada yumruq vurmaq öyrənmisən, amma mən sənə yumruq atmayacam, boz qurdkimi dişlərimlə yapışacam murdar boğazından, üzəcəm xirtdəyini, biz asiyalılarbelə vuruşuruq…" deyərək onu öldürməsinin necə ekrana gətiriləcəyidir. Yada ümumiyyətlə bu səhnə çəkiləcəkmi?”


                                                                         ***


Ramin Hacılı: "Tüfəng çıxandaKoroğlu dedi ki, "kişilik getdi, üz-üzə gəlməkdən qorxanlar uzaqdanvuracaqlar..." İndi bu facebook yaranandan "kişi"lər meydantapıb. Kompun dalına girib ona-buna uzaqdan güllə atırlar”


                                                                         ***


Sədan Bunyadova: "Bu ölkədə qadınlarhəyat yoldaşlarının vəzifəsi ilə hava atmır heç kimə. Çünki deputat olub, özhavalarını atmağa üstünlük verirlər”


                                                                          ***

Günay Yelmarqızı: "Möcüzəyəinanmağım üçün onun baş verməsi lazım... gözləyirəm – Möcüzəni”


                                                                          ***

Afaq Vasifqızı:  "8 saatlıq işə görə aldığı maaşın müqabilində gecə-gündüz - sutkanın 24 saatı, hətta yuxuda da işləyən adama jurnalist deyirlər.


                                                                          ***


Sahib Məmmədov: "Rusiyada Banklarmüqavilə bağlayarkən sui-istifadə hallarına yol verməsin deyə, hətta şriftinölçüsünə də tələb qoyulub. Times New Roman şrifti ilə 4 ölçüsündə yazılanmüqaviləni mikroskop tapıb oxumaq mümkün olmadığı üçün indi hamı ağlar günəqalıb”


                                                                           ***


İlhamiyyə Rza: "Cəfər Cabbarlıbilsəydi ki, 100 il sonra belə, çadranı çoxdan atmasına rəğmən, qadına münasibətdəeyni yanaşma üstünlük təşkil edəcək, özü də yüksək materiyadan danışan, yazankişilərdə, görəsən, qadın azadlığı mövzusuna can qoyardımı?”



Sübhan Mahmudlu