adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
05 Mart 2015 13:51
58387
RUBRİKA

"Facebook gündəliyi"

Facebook - dünyanınən populyar qəzeti, saytı.

1 milyonazərbaycanlının fərdi təqdimat məkanı.

15 il öncə kim desəydi, hamının şəxsiqəzeti olacaq, inanılmaz açıqlama olardı, həmin adama gülüb keçərdik. Ağlımızagəlməyənlər başımıza gəldi.

Bu dəfə xeyirlisindən oldu. Başımızagələn hadisə ürəyimizdən xəbər verdi. Kimliyimizi, necəliyimizi göstərə bildik.Facebook göydən düşmə məkana çevrildi - daha çox da düşüncə adamları üçün. Buüzdən Adalet.az saytının oxucularına intellektualFacebook istifadəçilərinin düşündürücü statuslarını təqdim etməyi qərara aldıq.Yəni onların yazdıqlarını göydən yerə düşürdük.


"Göyvirtuallığın, yer reallığın təzahürüdü" - bu da olsun, təqdimedəcəyimizstatuslara nəzərən bir status


                                                                        ***


Zümrüd Abbas: " 2015-ci ildəBakıda keçiriləcək birinci Avropa Oyunlarının açılış və bağlanış mərasimlərinəbilet satışını səbirsizliklə gözləyirəm.Biletin qiymətinin heç bir fərqiyoxdur...İdmana olan marağım hədsizdir.Və belə bir Avropa Oyunlarının Bakıdakeçirilməsini dəstəkləyirəm,həm də çox sevinirəm. İnanram ki,Avropa Oyunlarıçox yüksək səviyyədə keçiriləcək.Ölkəmizə gələn xarici qonaqlar Azərbaycanxalqının qonaqpərvərliyinin və ölkəmizin sürətlə inkişafının şahidiolacaqlar.Hesab edirəm ki,bu dövlətimizin qudrətini,beynəlxalq nufuzunu daha daartıracaq.Biz həm də dövlətimzin gücünü ,iradəsini və beynəlxalq səviyyəliyarışların keçirilməsinə hazır olduğumuzu göstərərcəyik.Uğurlar !!!”


                                                                          ***

Rza Rzayev: "İnsanlar o qədər mənəviyyatsızlaşıbvə əxlaqsızlaşıblar ki, kiminsə xəstələnməyinə ve ölümünə sevinirlər! Əgər xəstələnənvə ölən düşüməniniz olsa da belə....Kişilər düşməninə xəstəlik və ölümarzulamaz, sağlıq və uzun ömür arzular, qisasın almaq üçün! Kişi olun, olabilmirsinizsə, susun, xəstələnən və ölən ananızı " ......."heç olmasacar çəkmeyin”



                                                                           ***


Afaq Tahirqızı: "Nənəm həmişə mənə deyirdi ki, heç nəyə sahiblənmə , mənimdi demə . Heç nə sənin deyil Allah səniödülləndirmək, sevindirmək, könlünü xoş tutmag üçün etrafını bəzəyib.Övladların belə sənin deyil, sən belə sənin deyilsən . Hikkə ilə bu gün mənimdi, mənə aiddi dediyin hər kimsə sabah səni elə inanılmaz anda arxandan vurar ki,mənimdi dediyinə peşman olub utanarsan. hmmmm... doğurdanda heç nə və heç kəsbizə aid deyil .... heç özümüzdə !!!!!”


                                                                           ***


Sənan Nəcəfov: "Avropa Oyunlarındakönüllü olmaqdan imtina et- yazanların, bu şüarla kampaniya aparanların, haştaqyaradanların ...dərdi nədir? Əvvəl Eurovision, indi Avropa oyunlarını gözdənsalmaqla nə əldə edirsiniz? bunun adı nədir? nədən narahatdılar?”


                                                                          ***


Tural Turan: "Özümdən qaçmaqistəyirəm, kömək lazım...”

            

                                                                          ***


Əminə İlyaslı: "Cicili biciliseriallar var ey, oğlanla qızın sevgisindən danışır, evlənəndən sonra ata yoxuşağa baxır, yox arvadı xəstələndi sup bişirir, yox sahib çıxır. Belə seriallarqızların beyninə yeridir ki hə evlənəndə belə olur. Onlara qarşılıq olaraqbütün gerçəkləri əks etdirən "Əslində olan" deyə bir kino çəkmək,sizin o kinoya baxıb düşündükləriniz və əslində olan deyə qruplaşdırmaqlazımdı. Evlənməzdən öncə, sevgilisinin yalanları ilə evlənəndən sonra nağıldünyasına düşəcəyini, ərinin ona əmr vermək nə kəlməəəə güldən ağır söz demiyəcəyinidüşünən qızlara ithaf etmək lazımdır. Yoxsa belə getsə nağıl dünyasına evlənib,kabuslar evindən boşananların sayı hələ çox artacaq.
Lütfən, belə kinolara baxmıyın demirəm, vaxtöldürmək üçün baxa bilərsiniz. Amma adı üstündə, film. Tamamilə xəyal məhsuludur.Lütfən ümidlənməyin”


                                                                            ***


Jalə Mütəllimova: "Bəlkə insan eləana bətnində olduğu qədər yaşayır. Cəmi doqquz ay!..Və bəlkə ölməkdirdoğulmağın bir adı da...”


                                                                            ***


Naibə Qurbanova: "8 Mart yaxınlaşırdeyə kişilərin əksəriyyəti ağlaşma qurub. Çoxunun da bir arqumenti var – o gündənkişilər üçün niyə yoxdur.
Əziz güclü cinsin nümayəndələri, o günü sizyaratmalısınız, təbii ki, bizim də iştirakımızla və ondan sonra bayram eləməkeşqinə düşərsiniz. Hələliksə kiriyin, ağlamayın!”


                                                                            ***

Fatimə İbrahimova: "İllər əvvəldoğulan insanlar daha həssas idilər. Adi bir musiqi, ya da kədərli filmə görəgöz yaşlarını saxlaya bilmirdilər. Sonra bir neçə il keçdi, insanlar bir az bərkidi.İndi insanları hər şey kövrəldə bilmir. Bir az da illər keçəcək və insanlaryaxınlarının ölümünə belə ağlamayacaqlar”


                                                                             ***


Səidə haqverdiyeva: "Qadına dünyanın hərüzünü kişi öyrədir. Qadınları günahlandırmaqdansa kişiləri tənbeh edin...”


Sübhan Mahmudlu