adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
07 Mart 2015 17:49
46087
RUBRİKA

"Facebook gündəliyi"

Qadın – bu söz özündə nələr əksetdirir?.. Gözəllik, şəfqət, mehribanlıq, məğrurluq... Qadın yaranan gündən bəşəriyyətidəyişib, adından söz etdirib. Dünyanın ən böyük dahiləri – hətta bir-birinəzidd ideyaları, amalları olan kişiləri belə bir düşüncədə – qadına pərəstişdəbirləşdirib:



Qadın elə bir mələkdir ki, biz uşaq ikən qoruyur, gəncikən xoşbəxtliyimiz üçün çalışır, qocalanda isə bizə təsəlli verir. (A.Aqustin)

Bəli, qadın istəsə dünyanı cənnətə çevirər. Onlaristənilən sahədə uğurumuzun təminatçılarıdır. (Pam Brown)

Qadın doğulmaq lazım deyil, qadın olmaq lazımdır.(Simona De Bovuar)

Ağıllı bir qadın xəzinədir. Gözəl ve ağıllı birqadın gücdür. (George Meredith)

Qadın xoşbəxtliyə dəvət deməkdir: (Şarl Bodler)

Dinc həyat sürən qadın ömrü boyu müharibə görməmişölkə kimidir... (Ceyms Elliot)

Peyğəmbərimiz belə buyurub: Əgər övladlar arasındafərqləndirməyə izin olsaydı mən qız övladlarımı daha çox sevərdim və üstəlik cənnətində məhz anaların ayağı altında olduğunu nəzərə alıb mən də ozümdən balaca bircümlə yazmaq istərdim Əgər Tanrım insanın insana səcdəsinə izin versəydi mən məhzqadına səcdə edərdim. Bizim qadınlar ən dəyərli hədiyyəni dünyaya gələndə məhzqadın kimi gəlməklə Tanrımdan alıblar. Ana, bacı, xala, bibi sərhədi iləyekunlaşmayıb Millətimə, dövlətimə xidmət edən qadınların timsalında bütünqadınları, çiyin-çiyinə çalışdığım qadın iş yoldaşlarımı Beynəlxalq Qadınlargünü münasibətilə təbrik edirəm.

Bu qədər yalan, böhran, çirkablıq dolu həyatımızdagözəl, bir az sirli, həyat dolu Sizlərin olmağı ruhumuzu rahatladır. Qadınlarmürəkkəb varlıqdı. Qadınlar yaradılmayıb ki onları başa düşsünlər, onlaryaradılıb ki, onları sevsinlər. Qadınları sevmək kimi ən ülvi öhdəlik də bizkişilərin ixtiyarına verilib. Gəlin, qadınları sevək...Sevək ki, xoşbəxt olaq,qocalanda təsəllimiz, həmdəmimiz olsun...


"Facebook gündəliyi"nin bugünkürubrikasını 8 Mart Beynəlxalq Qadınlar Gününə həsr edirik.

                                                                           ***

YunusOğuz: "Əzizqadinlar! Dünyanı gözəllik xilas edəcək, gözəlliyi isə qadınlar! Bayramınız mübarək”

                                                                           ***


MusaQasımlı: "Əziz xanımlar, sizi 8 mart Beynəlxalq qadınlar günü münasibəti iləürəkdən təbrik edir, uzun ömür, cansağlığı, şəxsi və iş həyatınızda uğurlararzulayıram. Qoy, çöhrənizdən təbəssüm, qəlbinizdən sevgi, evinizdən şevinc,ruzi və xeyir-bərəkət heç bir zaman əskik olmasın, Neçə gözəl bayramlara...”

                                                                           ***

Kandilat Yusupova (Özbəkistan): "Xanım-xatın qadınlar! Bayramınız mübarək, həmişə güldən gözəl, günəşdənnurlu, bahardan təravətli olun!"

                                                                            ***


NaibəQurbanova: "Bizim üçün sevgi xərcləyin, SEVGİ! Pulu özümüz də xərcləyərik”


                                                                            ***

Ləman Mustafaqızı: "Sabah doğum günü olacaq kişi tanıyırsınız?”

                                                                            

                                                                             ***


GülnarMəsimli : "QADINlar sevilmək, sevmək, güvənmək və qoruyub, qorunmaq istəyir...SEVGinizi verin qadınlara əziz bəylər! Həm də bütün varlığınızla, sədəqə verircəsinədeyil”

                                                                              ***

AybənizƏliyar: "Anamın və bacılarımın timsalında bütün ana-bacılarımızı təbrik edirəm, öpürəm,bağrıma basıram..."


                                                                              ***

BəstiSevdiyeva: Mənim dəyərli bacılarım sizi 8 mart Beynəlxalq qadınlar bayramı münasibətiilə ürəkdən, candan təbrik edirəm. Sizə əsl qadın xoşbəxtliyi və Uca Allahınsevimli bəndəsi olmanızı arzu edirəm. Həmişə Allahın pənahında olasınız Amin!!!


                                                                                ***

Tahir Əmiraslanov: "Əziz Xanımlar. Azərbaycan xanımları. Uşaqlarını18 yaşınadək deyil, qoçalana qədər qoruyan analarımız, qardaşının başıağrıyanda ağlayıb-sızlayan bacılar.ata deyəndə dili ağzında yananqızlarımız,sevğılisi, ərləri üçün həyatlarını verən xanımlar, qocalanda beləüz-gözündən nur yağan gözəl-göyçək nənələrimiz, xalalar, bibilər... Həmışə bizəgörə əzab, ağrı, dərd, fikir çəkən, günahlarımızı, səhvlərimizi bağışlayan, özübarədə düşünmədən bizi oğullarını, qardaşlarını, ərlərini xoşbəxt etməyə çalışan,dəyərli, sevimli, Gözəl, Müdrik, Allahdan sonrakı tanrımız olan AzərbaycanXanımları bayramınız mübarək. Qoy hər gün qadınlar bayramı olsun. Bizdən inciməyin,insan aldığı havanın qədrini bilmir boğulana qədər. Həmişə yanımızda olun havakimi. Yoxsa vallah boğularıq. Var olun”


                                                                              ***

Vəli Xramçaylı: "Bütün bəşəriyyətin qadınlarının bayramını təbrikedirəm. Allah üstünüzdə olsun, inciməyin kişilərdən. Onları da dünyaya siz gətirisiz.Nə günahı varsa, o da sizindi sevinci, kədəriylə...”


Sonda yenə də dahi kəlamına üztuturam: dünya şöhrətli fransız yazıçısı Honore De Balzak deyir: "Tanrı,qadınları artıq-əskik danışan yaraşıqlı kişilərdən qorusun!”


Sübhan Mahmudlu