adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
17 Mart 2015 15:36
49291
RUBRİKA

"Facebook gündəliyi"

Facebook - dünyanınən populyar qəzeti, saytı.

1 milyonazərbaycanlının fərdi təqdimat məkanı.

15 il öncə kim desəydi, hamının şəxsiqəzeti olacaq, inanılmaz açıqlama olardı, həmin adama gülüb keçərdik. Ağlımızagəlməyənlər başımıza gəldi.

Bu dəfə xeyirlisindən oldu. Başımızagələn hadisə ürəyimizdən xəbər verdi. Kimliyimizi, necəliyimizi göstərə bildik.Facebook göydən düşmə məkana çevrildi - daha çox da düşüncə adamları üçün. Buüzdən Adalet.az saytının oxucularına intellektual Facebook istifadəçilərinindüşündürücü statuslarını təqdim etməyi qərara aldıq. Yəni onların yazdıqlarınıgöydən yerə düşürdük.

"Göyvirtuallığın, yer reallığın təzahürüdü" - bu da olsun, təqdimedəcəyimizstatuslara nəzərən bir status

                                                                      

                                                                           ***

Xoşgül Quliyeva: "Novruz bayramında,süfrənizdə şamları yandıranda şəbəstu şadi,şəmi,şərabi şirin deyib evinizi yandırmayındiqqətli olun

      

                                                                           ***

Mehriban Zeynalova: "Adam var min sözdesin inanmırsan... adam var söz deməsə də inanırsan...


                                                                          ***

Rüfət Soltan: "Həyatdan aldığım məvacibzaman itkisidir..


                                                                           ***

Anar Turan: "İş yerimizin qarşısındahazırda tam bir milli Novruz yürüşünə tamaşa etdik. Dəvə karvanı, atlı cəngavərlər,insanlar milli geyimdə, milli musiqi alətlərinin müşayiəti və s. Açığı xeyli əhvalımızaçıldı. "Şaxta baba"nı gözümüzdə yüksəltməklə deyil. Novruz içduyğularımızın bayramıdır


                                                                           ***

Əmrah Fəqanoğlu: "Martın 13-dəaxşam saat 9 radələrində öz maşınımda Neftçilər prospekti ilə üzü Nobelprospektinə tərəf gedirdim. "Park bulvar"ı təzəcə keçmişdim ki, yolunsağında dayanmış "DYP" avtomobili qəflətən sürət götürüb köndələnistiqamətdə qarşıma çıxdı. Maşını güclə sola çəkib təhlükədən uzaqlaşdım vəyoluma davam etdim. Amma baxdım ki, "DYP"çilər yaratdıqları təhlükəyəgörə üzrxahlıq etmək əvəzinə, məni təqib etməyə başladılar. Təxminən 5 dəqiqəboyunca sol tərəfimdə-yanaşı getdilər. Çevrilib təəccüblə onlara baxanda arxadaoturan polis qardaşın boylanıb kəmər taxıb-taxmadığımı dəqiqləşdirmək istədiyinihiss etdim. Nəhayət, kəmər taxmağıma əmin olandan və bütün ekipajı da buna əmineləyəndən sonra yüksək sürətlə uzaqlaşdılar.... Demək istəyirəm ki, sükanarxasında əyləşən kimi kəmərlərinizi bərkitməyi unutmayın, dəyərli dostlarım!Bizim yol polisləri bizim təhlükəsizliyimizin qeydinə bizdən çox qaldıqlarıüçün kəmər məsələsində qətiyyən güzəşt eləmirlər... Axır çərşənbəniz də mübarəkolsun! Evlərinizə xeyir-bərəkət, süfrənizə bol ruzi, özünüzə sevdiklərinizlə bərabərsağlam və xoşbəxt ömür arzulayıram!


                                                                           ***

Şamxal Şəbiyev: "Həyatda ediləcək oqədər çox xəta var ki...
Eyni xətanı israrla davam etmenin bir mənasıyoxdur...”


                                                                           ***

Əsəd Qaraqaplan: "FB çıxandan çerşənbə-bayramındadını-duzunu qaçırdı. Hərə bir dənə şəkil tapıb yapışdırır divara, ver allahımver, ala sizə çərşənbə, ala sizə bayram. Bax, nə qədər baxırsan bax, kef elə.Yeyib-eləməsəniz də olar. Beş-on dostunu da tag edir, hər kəsin səhifəsiallı-güllü səmənilərlə, qoz-fındıqla, yumurta, şəkərbura, paxlavayla dolur...Yoxsa heyif deyildi onda, gedib papaq atırdın, heç olmasa qozdan-zaddanyeyirdin...”

 

                                                                             ***

Elçin Əfəndi: "Axşam müxalifətiqtidarın qapısına qulaq falına çıxacaq...”


                                                                             ***

Xanım İsmayılqızı: " Ürəkdən qaraqan axırsa, təqvimdəki qırmızı rəngin xeyri yoxdu....


                                                                              ***

Niyaz Niftiyev: "Ataların üstlərinəbelə qışqırmayan qızların, küçədə təpiklənməsi və bunu da həzm etməsi həqiqətəndə faciədir...


Sübhan Mahmudlu