adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
07 Aprel 2015 13:17
47699
RUBRİKA

"Facebook gündəliyi"

Facebook - dünyanınən populyar qəzeti, saytı.

1 milyonazərbaycanlının fərdi təqdimat məkanı.

15 il öncə kim desəydi, hamının şəxsiqəzeti olacaq, inanılmaz açıqlama olardı, həmin adama gülüb keçərdik. Ağlımızagəlməyənlər başımıza gəldi.

Bu dəfə xeyirlisindən oldu. Başımızagələn hadisə ürəyimizdən xəbər verdi. Kimliyimizi, necəliyimizi göstərə bildik.Facebook göydən düşmə məkana çevrildi - daha çox da düşüncə adamları üçün. Buüzdən Adalet.az saytının oxucularına intellektual Facebookistifadəçilərinin düşündürücü statuslarını təqdim etməyi qərara aldıq. Yənionların yazdıqlarını göydən yerə düşürdük.

"Göyvirtuallığın, yer reallığın təzahürüdü" - bu da olsun, təqdimedəcəyimizstatuslara nəzərən bir status

                                                                  

                                                                       ***

Rauf Arifoglu: "Eləmədiyimizinqilab qalmadı. Amma rejimi dəyişəmmədik)))”.


                                                                        ***

Rza Rzayev: "Siyasətçi və əslsənət insanının fərqi.- Siyasətçilərin işi insanları idarə etməkdi, kobud desək,aldatmaq, əsl sənət insanının işi- insan yartmaq, kobud desək , olmayan insanı,daha yaxşısını kəşf etmək!


                                                                         ***

Eliş Elkaponi: "Həyat get gedə mənasızlaşır.Amma bilmirəm niyə!!! Səbəbin bilən var görəsən????”.


                                                                         ***

Tünzalə Xəlilova: "İçimizdəsaxladığımız, bəzən də basdırdığımız duyğularımızı zaman keçmədən göstərməliyik.Gözlərinin içinə baxıb, gülümsəyərək, onların qiymətini, böyüklüyünü onlara həyatdaykənhiss etdirməliyik. Sevdiklərinizə zaman ayırın,sabah gec olar bilər. Ən dəhşətlisiisə bunları bilib də əməl etməməkdir”.


                                                                          ***

Günəş Hüseynova: "Deməli, şəhərəçıxırsan, kurtka geyinəni kim, palto geyinəni kim, pencək geyinəni kim. Hətta,bəziləri pencəyini çıxarıb əlinə alıb. Şəxsən mənə görə hava hələ soyuqdur.Bunlar necə üşümürlər, anlamıram. Kim necə istəyir, elə də geyinir”.


                                                                          ***

İlham Quliyev: "Allah bizlərəfacebookda Mikayıldan, onun "Sevimli şou"sundan statuslar yazılmayanbazar ertələri qismət etsin! Dostlar, muğam müsabiqəsində bu cür gözəl ifalarnümayiş olunarkən o verilişə niyə baxırsınız ki, status da yazmaq məcburiyyətindəqalırsınız)))”.


                                                                         ***

Farahim Qasımov: "İndicə polis zəngvurdu.. Bakıda disko barda oğlan qızın silikon dodağını dişləyib, silikonpartlayıb, təcili yardım çağırıblar”.


                                                                        ***

Elnur Elturk: "Təhsili olanolmayan milləti, istənilən tərəfə sürmək və istiqamətləndirmək asandır...”.


                                                                        ***

Aysel Vəlizadə: "İnsanlar necemaraqlı olublar basqalarının həyatına. Kim nə etdi, nə dedi, nə iş gördü..Başınızı asağı salıb öz həyatınızı yaşasanıza! Onun - bunun işinə burnunusalmaqla ömürlərini keçirib, öz həyatlarından da zovq ala bilmirlər”.


                                                                        ***

Nazilə Səfərli: "Bəzi insanlar eqoıstliyi ucbatından gözəl insanların yaxşı əməllərini görməzdən gəlir,amma Allah görür. Hər kəsın dəyərini Allah versin!..".


Sübhan Mahmudlu