adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
15 Sentyabr 2015 12:07
65590
RUBRİKA

"Facebook gündəliyi"

Facebook fikirləri ifadə etmək üçün əsrarəngizməkandır. Əslində keçmişdən baxanda bu məkan olduqca möcüzəvi görünür. İnsanıbir cümləsindən belə, tanıtdırmağı bacardığı üçün Facebook sosial şəbəkəsinisadəcə alqışlamaq lazımdır. Həyatda necəsənsə, virtualda da o cürsən. Nə olsunki, məkan dəyişikliyi var, sən ki, həmin adı daşıyan adamsan.

Yaz, səni tanıyım. Yazmaq elə danışmaqdır. İnsanöz-özünə danışdıqlarını yazır. Yazır və məhz onda daha dəqiq, daha səliseşidilir.

Əziz dostlar, xüsusən də ictimai sferada tanınandostlar, Siz yazın biz onları ənənəvi KİV-də yayaq. Biz, yəniAdalet.az.Yayaq ki, çox tanınasınız. Necə varsınız, elə də tanınmaq bəlkə də insanınözünə arzuladığı ən böyük istəkdi.


                                                     

                                                                ***

Azər Sarıyev: "Əvvəl Rusiyadaali məktəb qurtaranlar komplekslə qayıdırdılar ölkəyə. Sonra Türkiyədə, sonrada Avropada və Amerikada universitet bitirənlərin yelindən yanlarından keçməkolmurdu. Başa düşürəm, oralarda təhsilin səviyyəsi yüksəkdir. Amma Bakıda sovettəhsilindən çıxmış oxumuşlar var ki, sizi cibində gəzdirər. Ona görə də xitabedəndə, baxın ki, qarşınızdakı kimdir. Yoxsa, o gün uşağın biri yüz ilinjurnalistinə ağıl öyrətməyə cəhd edirmiş. İndi həmin qocaman jurnalist abır yiyəsidirsəvə sənə " ay bala, bir az aralıda oyna" deyib qəlbini qırmaq istəmirsə,sənin həyana nə gəlib, ey Allahın yazığı?”.


                                                                ***

Rza Rzayev: "Dostlar deyirki, baş verənlərə niyə münasibət , mövqe bildirmirsən, deyirəm ki, 3 il bundanöncə bu gün baş verəcəkləri yazdım, indi nə deyim ki... Dəyişiklik lazım,mövcud olanı qorumaq üçün, həm də mütləq lazım ! Satqınlar çox olacaq, ammaonları siz yetişdirmisiniz, siz yedirtmisiniz, biz zamanıda dedik , yazdıq.Oxumaq istəyənlər- Biz olmaq istədiyimizdən fərqli ola bilməyəcəyik. - adlı məqaləmioxusun, onda bunları söyləmək çətin idi, amma biz çətini gözə aldıq, hətda töhmətdə aldıq, üzümüzə də durdular, şər- böhtanda atdılar, amma dəyişəcək dediklərimizoldu, bizə qalan indi- mövqeyimizi dəyişməməkdi, heç zaman dəyişməyən buduancaq!”.


                                                                  ***

Seymur Qasımbəyli: "Mətbuatda"öldü" sözünün işlədilməsinin əleyhinəyəm. Çünki bu söz olduqca ağırifadədir. Həmkarlarım unutmamalıdır ki, onların xəbərlərini dünyasını dəyişəninsanların yaxınları da oxuyur”.


                                                                   ***

Anar Bayramoğlu: "Həyatda ikişeyin çox olması zərərlidir - Gözəllik və Zənginlik... Bunların ikisi insanamutsuzluqdan başqa bir şey verməz....”.


                                                                    ***

Mehriban Zeynalova: "Qadınlar daha işgüzarvə daha sabitdir... onlar verdiyi sözə əməl edir... bu günlərdə görüşdüyüm qadınlarbu qənaətimi daha da möhkəmləndirdi...”.


                                                                     ***

Xalidə Xalid: " Aciz vəqorxaqlara yazığım gəlir... Güc nə varda, nə də dövlətdə deyil. Var-dövlətiolub, cəsarəti olmayan, özünün deyil, başqalarının nə düşünəcəklərinə önəm verənlərdənyazıq qul yoxdu... Mənəviyyatı zəngin olmayanın, dünyası qara olur..”.


                                                                      ***

Elşad Məmmədli: "Təklif edirəmki, ölkədə Avropa maşınlarının istifadəsinə və idxalına qadağa qoyulsun. Yanıbtökülsün bizə köhnə maşınlarını sırıyan avropalılar. Gedək hərəmiz biz NAZ alıbnazlanaq))) NAZ deyəndə aglınıza başqa şey gəlməsin ee, bu sadəcə NaxçıvanAvtomobil Zavodunun istehsal etdiyi maşındır. Belə də ki, pis maşın deyil.”.


                                                                      ***

Sənan Nəcəfov: "Uşaqların şeir əzbərləməsinə,buna görə əziyyət çəkməsinə nifrət edirəm. Başıma gəlib, nə zəhlətökən, süni,mənasızşey olduğunu gözəl bilirəm. Şeir-meir, poeziyaya vurğunluq mənlik deyil. Əlqərəz.Bayaq məktəbdə uşaqlar zorla şeir deyirlər. 1-ci sinif şagirdi uca səsləkupletini dedi. Əvvəlki sözlər yadımda deyil, ancaq bunu eşitdim: -salam elmə,savadaaaaa Amma...uşaq bunu elə tonla, elə intonasiya və ləhcə ilə dedi ki,"salam" sözü tamam başqa cür səsləndi. Bununla da məktəbə gedən uşaqelmə, savada "salam" sözünü kiçicik dəyişdirməklə altşüaurunda gizlənmişformada münasibət bildirdi və nöqtə qoydu”.


                                                                      ***

Şərafət Şəfa: "Bir şeyiqazanmaq üçün mütləq nəyi isə qurban verməlisən!! Bu aksiomadı!! Amma bununlabelə dəyərləri qurban vermək olmaz!!! Barı nisbi də olsa "olmaz"larqalsın!!!! Çalışın ki, qalsın!! Onlarla birgə siz də dəyərdə qalarsız!! Buolmazlarla birgə inam da ölür, UNUTMAYIN!!!”.


                                                                      ***

Mənsur Rəğbətoğlu: "Tələbələr gəldilər,kartof və makaronun qiymətini yenə mancanağın çömçəsinə qoyub qaldıracaqlar göyə”.


Sübhan Mahmudlu