adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
30 Sentyabr 2015 13:20
61056
RUBRİKA

"Facebook gündəliyi"

Facebook fikirləriifadə etmək üçün əsrarəngiz məkandır. Əslində keçmişdən baxanda bu məkanolduqca möcüzəvi görünür. İnsanı bir cümləsindən belə, tanıtdırmağı bacardığıüçün Facebook sosial şəbəkəsini sadəcə alqışlamaq lazımdır. Həyatda necəsənsə,virtualda da o cürsən. Nə olsun ki, məkan dəyişikliyi var, sən ki, həmin adıdaşıyan adamsan.

Yaz, səni tanıyım.Yazmaq elə danışmaqdır. İnsan öz-özünə danışdıqlarını yazır. Yazır və məhz ondadaha dəqiq, daha səlis eşidilir.

Əziz dostlar,xüsusən də ictimai sferada tanınan dostlar, Siz yazın biz onları ənənəvi KİV-dəyayaq. Biz, yəni Adalet.az.Yayaq ki, çox tanınasınız . Necə varsınız, elədə tanınmaq bəlkə də insanın özünə arzuladığı ən böyük istəkdi.


                                                                          ***

Elgün Mənsimov:"Ay başınıza dönüm, etməyin, eləməyin! Buranıqapısı açıq məscidlə qarışıq salmaq olmaz. Bir az etika, bir az ədəb, bir az daərkan gərəkdir. Odur ki, nə özünüzü güldürün, nə də, güldürəni. Bəli, atalardeyib ki, palaza bürün, elnən sürün. Ta deməyib ki, küyə düşün, deputat olun...”.


                                                                          ***


Tünzalə Xəlilova: "İşıq üzrə qaynar xəttə zəng etmişəm.Adresideyəndən sonra daha dəqiq olsun deyə transformatorun nömrəsini dedim.KTM.......Operator gülüb deyir ki, nə yaxşı bunun nömrəsin də bilirsiz)))) Dedim 7 ildire sizə zəng edirəm)))))) Daha demədim ki, qaz idarəsinin işçiləri isə mənim nömrəmiəzbər bilirlər)))) Mən qışı bu probləmlərə görə sevmirəm də”.


                                                                           ***

Xəqani Səfəroğlu: "Ciddi jurnalistikanı bərpa etməyin vaxtı gəlibçatmadımı? Doğru təhlil, dəqiq informasiya, ciddi analiz.. Özünü bu ölkənintaleyinə cavabdeh hiss edənlər ətrafında nə baş verdiyindən xəbərdarolmalıdır..Dövlət və cəmiyyət internet əsrində cövlan edən yalan və şaiyə şəbəkəsinintəhdidlərindən sığortalanmayıb. Cəmiyyətin inandığı saytlar, xəbərlərinə etibaretdiyi internet-qəzetlər formalaşmalıdır. Düzdür, az sayda mövcuddurlar, amma hələçox kövrəkdirlər. Bu saytlar informasiya "vitrinində" aparıcı yerləritutmalıdır. Bəsdir onlayn oyuncaqla oynadıq...”.


                                                                           ***

Xalid Kazımlı: "Yollarda qəza təhlükəsini iki tip sürücüləryaradır: həddən artıq bərk sürənlər və həddən artıq yavaş sürənlər. İkincilərdətəcrübə və özgüvən çatışmır, birincilərdə - mərifət və ağıl...”.


                                                                           ***

Sayman Aruz: "İndiki zamanda vəfalı insan tapmaq Bakıtoylarında qalstuk tapmaqdan daha çətindi...”.


                                                                           ***

Səidə Haqverdiyeva: "Adama bir iki nəfər tərif deyir adam eləbilir ki, cahanı bu yaradib bütün insanlar buna borcludu. Və bu hər kəsi idarəedə bilər... o qedər məhşurdu ki, Roma Papası adı gələndə ayağa durur... bir azsadə olun noolar bir azca siz ölənlərinizin goru...”.


                                                                           ***

Nigar İsfəndiyar: "Ədəbiyyat sırtıqlıq götürmür. Azca yavaşgedin a gənclər, hələ yolunuz yorğadı, səbr edin. Hələ görün o başa çıxabilirsizmi?”.


                                                                           ***

Nigar Mahmudova: "Sosial şəbəkələr insanların yazı tərzini belədəyişib. Hərfləri uda uda yazırlar”.


                                                                           ***

İradə Cəlil: "İnsan qarşısındakından istifadə edə bilmədyini görəndə"dəyişmisən" deyər...”.


                                                                           ***

Nailə İsmayılova: "Son zamanlar Həcc Ziyarətində baş verənhadisələrdən çox yazırlar... Bu yerdə üzünü belə görmədiyim babamın bir fikriyadıma düşdü ((ANAmın dediklərindən): - Elə bir vaxt gələcək və insanlar o qədərcılızıaşacaq ki, şahtikan (kəndlə əlaqəsi olanlar bilirlər, ona qaratikan dadeyirlər) topasının arxasından birbirinə tüfəng atacaqlar. Deyilənə görə babammüdrik insan olub, ibadətlə məşğul olub. ANAmın dilindən eşitmişəm, deyərdi ki,ATAM övliya kimi adam olub. Amma Cahandar babam Həcc Ziyarətində olmamışdır...”.


Sübhan Mahmudlu