adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
30 Oktyabr 2015 16:02
59979
RUBRİKA

"Facebook gündəliyi"

Facebook - fikirləriifadə etmək üçün əsrarəngiz məkandır. Bir vaxtlar qətiyyən xəyalımıza gətirə bilmədiyimiz, keçmişə nəzərən möcüzəvi sayılan bu məkan, indi həyatımızın ayrılmaz bir parçasıdır. İnsanı bir cümləsindən belə tanıtdırmağı bacardığıüçün Facebook sosial şəbəkəsini sadəcə, alqışlamaq lazımdır. Həyatda necəsənsə,virtualda da o cürsən. Nə olsun ki, məkan dəyişikliyi var, sən ki həmin adamsan.

Yaz, səni tanıyım.Yazmaq elə danışmaqdır. İnsan öz-özünə danışdıqlarını yazır. Yazır və məhz ondadaha dəqiq, daha səlis eşidilir.

Əziz dostlar,xüsusən də ictimai sferada tanınanlar, siz yazın, biz onları yayaq. Biz, yəni Adalet.az . Yayaq ki, yazdıqlarınız daha çox oxunsun, tanınsın. Necə varsa, elə dətanınmaq, bəlkə də insanın özünə arzuladığı ən böyük istəkdir.


                                                                          ***

İlqar Rəsul: "Bundan sonra çoxiçən açarını yox, kartını itirəcək”.


                                                                           ***

Nəsimi Nəbizadə: "Deyir, araqdı,siqaretdi, kart sisteminə keçir... görəsən o kartların içində"postayannı" da var...?”


                                                                           ***

Rəşad Məcid: "Bu şeir olayında bəzi ciddi, müdrik hesabelədiyim adamların da kütləyə qoşulub küyə getmələrinə təəccübləndim. Kütləvipsixoz zamanı şairi sözünə görə linç edənlərə qarşı kim durmalıdı? Kim əlinəqılınc götürüb şairin qanına susayanlara dayan deməlidi?! - Agıllı,təmkinliinsanlar və ciddi media! Əgər bunlar da axına qoşulub soyuqqanlı münasibət sərgiləyəbilmirlərsə, bu cox acınacaqlıdı ! Şair taleyində rolu olan adama bu cür minnətdarlıqbildirib. Ola bilsin, bir az indiki statusda bu yersiz çıxıb. Amma şair səmimiolub, vəfa, etibar, sədaqət və minnətdarlıq duyğusunu bu cür catdırmağı məqbulsayıb. Heyif ki indi cəmiyyətimizdə - xüsusən saytlarda və sosial şəbəkələrdəçoxlu nankorlar, çörəyi dizinin üstündə olanlar, vəfasızlar, etibarsızlar vənadanlar (!) meydan sulayır. Əksinə olan insanlar isə çox vaxt susurlar ! Pisbudur!”.


                                                                             ***

Jalə Mütallimova: "Rəisləri sevəndə də, söyəndə də, tərifləyəndə, hətta yarınmaq istəyəndə də ehtiyatlı olun...

P.S. Şəxsən mən elə şeri sevgidən belə yazmış olsaydım çap etdirməzdim”.

                                                                           

                                                                             ***

Anar Turan: "Bəzi adamların qənimi bilirsiniz nədir? Təkəbbür!Xüsusilə, diletant olduğu peşədə təsadüfən "əməkdar" alandan sonrayaranan təkəbbür lap gülməlidir. Hərdən beləsinə vəzifə verməyin və bir az"kukla" kimi oynadandan sonra həmin vəzifədən götürməyin özü dəmaraqlıdır... Həmişə qürurla təkəbbürü qarışdıranların necə kəllə-mayallaq gəldiyiniçox görmüşük”.


                                                                             ***

Anar Bayramoğlu: "Yaşamağın çətin olduğu aydındır. Amma bizimcəmiyyətdə yaşamaq, özünü insan kimi hiss etmək lap çətindir, o qədər ağırdırki...”


                                                                             ***

Aynur Camal: "Deyirlər, alimin heykəlini uçurmazlar,yıxmazlar. Bu, barbarlıqdır, alimə, elmə aşağı münasibətdir. Qəbul edirəm.Olmaz!!! Amma... Həm də anlamağa çalışıram alimin, akademikin ailəsində belə mərhəmətsiz,millətə yad, düşmən, humanizmdən uzaq, insanlara qarşı, öz xalqına qarşı bu qədərqəddar, kinli, sanki düşmənlərindən qisas alırmış kimi məkrli, şərçi... birövlad necə yetişib? Onu necə böyüdüblər, ona nə yediriblər, nə içiriblər? Bəsona əlifbanı öyrətməyiblərmi, əlindən tutub yazı yazdırmayıblarmı, kitab oxutmayıblarmı?Bu qədər də mənfi auraya bələnmək, yalnız və yalnız mənfi energetika daşımaq...ürək necə dözüb buna? Ümumiyyətlə, sinəsində ürək daşıyıbmı, daşıyırmı??? Haramvə Halal nədir, bilibmi, İlahi ədalətin nə demək olduğunu bilibmi,bilirmi???... Nə isə...”.


                                                                             ***

Gülnar Məsimli: "Hər kəs birilərinin pislənməsindən zövqalar oldu... Zövqlərin bir belə xislətə köklənməsini izləmək dəhşətdi...”.


                                                                             ***

Xətirə Süleymanova: "Müəllim oğlumu əsəbləşdirib o vəziyyətəcatdırıb ki, uşaq əsəbdən vurub əlini divara, əli sınıb.... Bilmirəm uşağı qınayım, yoxsa müəllimin "mədəniyyət"ini???


                                                                             ***

Vəsilə Vahidqızı: "Bəzi müğənnilər mahnı sözlərini istədiklərikimi dəyişdirir və mənasız alındığını hiss etmirlər. Məsələn: Araz axar su ilə,dəstə-dəstə gül ilə". Bu nə deməkdir ki? Necə yəni su ilə axar? Əslinbilirsiniz də:"Araz axar lil ilə". Biri də başqa bir mahnını beləoxuyur:"Mən yardan ayrılsam, yarım kam alar". "Əğyar kamalar"ı eləyib "yarım kam alar". Yəqin bilməyib ki, əğyar düşməndeməkdir”.


Sübhan Mahmudlu