adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
23 Noyabr 2015 14:22
62078
RUBRİKA

"Facebook gündəliyi"

Facebook - fikirləri ifadə etmək üçün əsrarəngizməkandır. Bir vaxtlar qətiyyən xəyalımıza gətirə bilmədiyimiz, keçmişə nəzərənmöcüzəvi sayılan bu məkan, indi həyatımızın ayrılmaz bir parçasıdır. İnsanı bircümləsindən belə tanıtdırmağı bacardığı üçün Facebook sosial şəbəkəsini sadəcə,alqışlamaq lazımdır. Həyatda necəsənsə, virtualda da o cürsən. Nə olsun ki,məkan dəyişikliyi var, sən ki həmin adamsan.

Yaz, səni tanıyım. Yazmaq elə danışmaqdır. İnsanöz-özünə danışdıqlarını yazır. Yazır və məhz onda daha dəqiq, daha səliseşidilir.

Əziz dostlar, xüsusən də ictimai sferadatanınanlar, siz yazın, biz onları yayaq. Biz, yəni Adalet.az.Yayaq ki, yazdıqlarınız daha çox oxunsun, tanınsın. Necə varsa, elə dətanınmaq, bəlkə də insanın özünə arzuladığı ən böyük istəkdir.


                                                                      ***

Vüsalə Mahirqızı: "Adamlar özlərinitanımayanda, özlərinə "çox böyük adam" olduqlarını təlqin eləyəndəbaşqalarını çox balaca görürlər və... uduzurlar!”.


                                                                      ***

Aynur Camal: "Keşkə, o qədərçox pulum olaydı ki, bütün uşaqların arzularını yerinə yetirə biləydim...”.


                                                                      ***

Vüsalə Məmmədova: "Deməli Mark ata olubdeyə iki aylıq məzuniyyət götürüb. Bizimkilər maləsəf, doğuş masasından statusyazır... Bu da cəhənnəm, valideynlər hər axşam fb.da keçirdiyi vaxtdan bir saatkəsib, uşaqları ilə söhbət etmirlər... Bu yanaşma ilə özümüzə düşmənböyüdürük”.


                                                                      ***

Xalid Kazımlı: "Dünyada baş verənolaylar milli feysbukçularımız üçün dalaşmaq bəhanəsidir. Nə qədər höcətləşməkolar?”.


                                                                      ***

Gülnar Məsimli:"İstədikdə çarə tapir, istəmədikdə bəhanələrə sığınırıq. Istənilən halda sığınaraq yaşamaq yaxşı deyil.
Çarə hər zamam var, hər zaman...
Qorxmadığın və cəsarətli olduğun sürəcdə hər zaman var...”.


                                                                       ***

Eldəniz Elgün: "Öz səsimdənqorxduğum qədər heç nədən qorxmuram. Yaxşı ki, səsim çıxmır”.


                                                                       ***

Könül Ali: "Allah Marka lənəteləsin layiq olana da olmayana da tribuna verib bunlarda şilin şotun çixardır.Abırsızlıqla,mübarizliyi səhv salmayın.Özünüzdə öz səmimiyyətinizə inanmırsınız....”.


                                                                       ***

Afaq Şıxlı: "Qadınmilliliyini itirərsə, o millət dünya qazanında əriyib həll olar, yox olar.Hansı mentalitetdə qadına zülm varsa, o, bu zülmün əlindən milliliyini itirməkistər, zamanla dəyişər. Özünə vaxt çatmasa da, qız övladı üsyan edər! Bu həqiqətinə zaman anlasalar... Hələ də gec deyil!”.


                                                                       ***

Şəhla Ramazanqızı Qafarova:"Səbrli olub qazandım, səbrsiz olub itirdim... Qazandıqlarım mükafatım, itirdiklərim isə xatirəm oldu... Hər dəfə itirdiklərimlə qarşılaşanda ürəkağrısı ilə də olsa məzar kimi susqun dayanıram. Şükür Allaha”.


                                                                       ***

Rüfət Əhmədzadə: "Örtük şəklimdəqollarını açıb gülən üzlə dünyanı qucaqlayan adam var ha... O, sadəcə bir örtükşəklidir. Elə, ingiliscə adı ilə "cover", dilimizdəki digər adı iləisə "üz qapağı". Nə qədər yalançı olsa da, ona paxıllığım tutur. Sizdə xoşbəxt şəkillərinizə baxanda ordakı sizə həsəd aparırsınızmı.. Heç olmasa,ildə bir dəfə? Əslində, profil şəkli də çox zaman saxta olur. Ciddi,xarizmatik, uzaq hədəfləri olan fotodakı adamlar reallıqda elə hədəflərəbaxa-baxa batıb gedirlər. Döyüşə gedən əsgərin yolda qəfildən bir bataqlığadüşməsi kimi...”.


Sübhan Mahmudlu