21 Iyun 2024 16:04
579
GÜNDƏM

Fələstin Prezident Aparatı Ermənistanı alqışladı: "Müdrik qərar"

Xəbər verdiyimiz kimi, bu gün Ermənistan Fələstin dövlətini rəsmən tanıyıb

Adalet.az  xəbər verir ki, Fələstin Azadlıq Təşkilatının İcraiyyə Komitəsinin katibi Hüseyn Əl-Şeyx Ermənistanın bu gün Fələstin Dövlətini tanımasını alqışlayıb .

Əl-Şeyx dost Ermənistan dövlətinə təşəkkür edərək, bunun həqiqətin, ədalətin, legitimliyin, Fələstin xalqının azadlıq və müstəqillik uğrunda mübarizəsinin qələbəsidir.

Fələstin prezidenti Mahmud Abbasın ofisi də Ermənistanın Fələstin dövlətini rəsmən tanımaq qərarını alqışlayıb .

"Ermənistanın müdrik qərarı beynəlxalq iradə və legitimliyi qoruyan strateji seçim olan iki dövlətin problemlərinin həll prinsiplərinə uyğundur. Bu tanınma iştirak edən bütün tərəflər üçün sistematik çağırışlarla üzləşən iki dövlətin qorunmasına müsbət töhfə verir və təhlükəsizlik, sülh və sabitliyə kömək edir ” - prezident aparatının yaydığı bəyanatda deyilir.


Məlumat üçün bildirək ki, Fələstin 1988-ci il noyabrın 15-də müstəqil dövlət elan olunub. Bu günədək onun müstəqilliyini 136 ölkə tanıyıb.
2012-ci il noyabrın 29-da Fələstin BMT üzvü olmayan müşahidəçi dövlət statusu alıb. Qərar Fələstinin BMT bayrağı altında bütün beynəlxalq təşkilatlara birbaşa müraciət hüququnu tanıyıb, ona ərazisi işğal olunmuş müstəqil dövlət statusu verib. Bu o deməkdir ki, İsrail 1967-ci ildə müharibə ilə tutduğu Fələstin ərazilərindən – Şərqi Qüdsdən və İordan çayının qərb sahilindən çıxmalıdır.
Azərbaycan Fələstinin müstəqilliyini 15 aprel 1992-ci ildə tanıyıb.
Keçmiş SSRİ məkanından Fələstini müstəqil dövlət kimi tanıyan digər ölkələr bunlardır: Rusiya, Belarus, Ukrayna, Gürcüstan, Qazaxıstan, Türkmənistan, Tacikistan, Özbəkistan, Qırğızıstan.
Avropadan Türkiyə, Malta, Serbiya, Albaniya, Kipr, Çexiya, Slovakiya, Macarıstan, Rumıniya, Bolqarıstan, Polşa, Bosniya və Herseqovina, Monteneqro, İslandiya, İsveç Fələstini müstəqil dövlət kimi tanımaq qərarı veriblər.
Fələstinin müstəqilliyini tanıyan böyük dövlətlər kimi Çini, Hindistanı, Braziliya, Argentinanı misal çəkmək olar.
Amerika regionundan Kuba, Venesuela, Dominikan Respublikası, Boliviya, Ekvador, Çili, Qayana, Peru, Surinam, Uruqvay, Salvador, Honduras, Haiti, Qvatemala və başqaları Fələstini müstəqil dövlət kimi tanıyır.
Asiya və Afrikadan da belə dövlətlər var: Malayziya, Yəmən, Əfqanıstan, Banqladeş, İndoneziya, Pakistan, Qətər, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Monqolustan, Əlcəzair, Mərakeş, Somali, Madaqaskar, Seneqal, Çad, Anqola və s.

Qeyd edək ki, buna görə, İsrail Xarici İşlər Nazirliyi Ermənistanın bu ölkədəki səfirini çağırıb. Bildirilib ki, İrəvanın diplomatik missiyasının rəhbəri “sərt etiraz bildirilmək üçün” dəvət olunub. Buna səbəb Ermənistanın Fələstini suveren dövlət kimi tanıması olub.

P.S. Son bir ildə Qüdsdə ermənilərlə yəhudilər arasında tez-tez dava olub.
Bəzi mənbələr qarşıdurmanı ermənilərin Qüdsdə baş verən hadisələr fonunda bilərəkdən törətdikləri təxribatla əlaqələndirib. Yəhudi millətinin bu acı günündə zəif tərəflərindən istifadə edərək Qüdsdəki Müqəddəs Evdə ağalıq etmək fikrinə düşüblər. Ayinlərdən sonra düşən davada səbəb kimi məhz bu göstərilib.
Xatırladaq ki, ermənilər Qarabağ müharibəsi zamanı mütəmadi olaraq Azərbaycanı dəstəkləyən yəhudilərə qarşı etiraz aksiyaları keçirərək, onları satqınlıqda, faşizimdə günahlandırırdılar.

 Əntiqə Rəşid