“Fənərbağça” serbiyalı müdafiəçi ilə ANLAŞIB
Türkiyənin "Fənərbağça" klubu yeni futbolçu ilə anlaşıb.
Adalet.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, İstanbul nəhəngi Xorvatiyanın "Dinamo" (Zaqreb) klubundan çıxış edən Oqnyen Mimoviçlə razılığa gəlib.
Brayt Osayi-Samuel ilə yeni müqavilə imzalaya bilməyən Superliqa təmsilçisi serbiyalı müdafiəçini heyətinə qatmağa hazırlaşır.
"Srvena Zvezda"nın yetirməsi olan 20 yaşlı sağ cinah oyunçusunun bazar dəyəri 4 milyon avrodur. O, müdafiənin sol və yarımmüdafiənin sağ cinahında da oynaya bilər.
Qeyd edək ki, Serbiya klubu ilə 2029-cu ilin yayınadək müqaviləsi olan gənc futbolçu bu mövsüm 18 matçda meydana çıxıb və 3 dəfə fərqlənib.
Digər Xəbərlər
30 Yanvar 2025 18:32
Azərbaycan millisi iki yoxlama oyunu keçirəcək
30 Yanvar 2025 13:40"Qarabağ" klubu cərimələndi
30 Yanvar 2025 13:25Adil Nağıyev ömürlük futboldan uzaqlaşdırıldı
30 Yanvar 2025 10:23“Qarabağ” bu gün Avropa Liqasında sonuncu oyununu keçirəcək
30 Yanvar 2025 09:10