"Qarabağ" klubu cərimələndi

AFFA İntizam Komitəsi "Qarabağ" klubunu 2000 manat cərimələyib.
Adalet.az xəbər verir ki, bu barədə milli assosiasiyanın rəsmi saytı məlumat yayıb.
Ağdam təmsilçisi Misli Premyer Liqasının XX turunda "Turan Tovuz"a uduzduqları matçdan sonra AFFA nümayəndəsinin tələblərini yerinə yetirmədiyi üçün ziyana düşüb.
"Neftçi" klubu isə "Liv Bona Dea Arena"da qırılmış 17 oturacağa görə dəymiş zərəri "Araz-Naxçıvan"a ödəməli olacaq. "Ağ-qaralar"ın azarkeşləri həmin stadionda Naxçıvan komandasına 1:2 hesabı ilə uduzduqları matçda oturacaqları sındırıblar.
Digər Xəbərlər

Azərbaycanlı FİFA referisi beynəlxalq oyuna təyinat aldı

“Fənərbağça” penaltilər seriyasında uduzdu

Luiş Nani “Qarabağ”ın futbolçuları ilə görüşdü

Güləşçimiz medal qazandı

AFFA "Araz-Naxçıvan" - "Qarabağ" matçındakı qalmaqalla bağlı qərar verdi

"Real" "Atletiko"nu Çempionlar Liqasından kənarlaşdırdı

“Neftçi”nin futbolçusu milli komandaya dəvət aldı
