Fernandu Santuş Azərbaycan millisinin baş məşqçisi təyin edildi
Futbol üzrə Azərbaycan millisinin yeni baş məşqçisi bəlli olub.
Adalet.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, bu barədə qərar milli assosiasiyanın onlayn formatda keçirilən iclasında qəbul edilib.
Postuna tanınmış portuqaliyalı mütəxəssis Fernandu Santuşun namizədliyi irəli sürülüb.
Müzakirələr zamanı güclü, rəqabətədavamlı və uğurlu oyun nümayiş etdirən milli komandanın formalaşdırılmasının, eyni zamanda ölkəmizdə uşaq futbolunun inkişafının zəruriliyi qeyd olunub: "Bu xüsusda Fernandu Santuşun dünyanın tanınmış futbol mütəxəssislərindən biri kimi zəngin təcrübəsi, peşəkar fəaliyyəti dövründə qazandığı uğurlar, o cümlədən Portuqaliya yığması ilə Avropa çempionluğu nəzərə alınaraq Azərbaycan milli komandasının baş məşqçisi təyin olunması barədə qərar qəbul edilib.
Prosesin qısa müddətli deyil, müəyyən dövrü əhatə edəcəyi nəzərə alınaraq portuqaliyalı mütəxəssisin qarşısında rəqabətədavamlı komandanın formalaşdırılması və AVRO 2028-in seçmə mərhələsində uğurlu çıxış məqsədi qoyulub", - deyə yazıda vurğulanıb.
Digər Xəbərlər
05 Aprel 2026 20:30
“Neftçi” səfərdə “Sumqayıt”ı məğlub etdi
05 Aprel 2026 17:31
Yeniyetmə cüdoçularımız Avropa Kubokunda 24 medal qazandılar
05 Aprel 2026 16:03
"Liverpul"dan 12 ildən sonra antirekord
05 Aprel 2026 09:10
"Atletiko Madrid" meydanda "Barselona" ilə bacarmadı
04 Aprel 2026 15:09
Azərbaycanlı deputat Türkiyədə ağır zədə aldı - VİDEO
03 Aprel 2026 12:45
"Ən böyük arzum odur ki, Azərbaycan millisi dünya çempionatının finalına çıxsın" - AFFA prezidenti
03 Aprel 2026 12:15
AQTA idman qidalarının istehlakı ilə bağlı xəbərdarlıq edir
03 Aprel 2026 12:08


Bakı -°C

