FHN əhaliyə müraciət etdi
Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, günün ikinci yarısından başlayaraq yaxın günlər ərzində ölkə ərazisində qeyri-sabit hava şəraitinin müşahidə olunacağı, ayrı-ayrı yerlərdə güclü külək əsəcəyi və leysan xarakterli intensiv yağış yağacağı, bəzi çaylardan qısamüddətli sel və daşqın keçəcəyi, şimşək çaxacağı gözlənilir. Qeyd olunanlarla bağlı Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət edərək, gözlənilən hava şəraiti ilə əlaqədar müvafiq təhlükəsizlik qaydalarına riayət etməyə çağırır.
Adalet.az xəbər verir ki, müraciətdə güclü külək zamanı yüngül konstruksiyalı və müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən uzaq durmaq, elektrik dirəyi və naqillərinin, hündür ağacların altında dayanmamaq tövsiyə olunur. Eyni zamanda, güclü küləyin baş verən yanğınların söndürülməsi zamanı yaratdığı çətinlikləri nəzərə alaraq, yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət edilməlidir.
"Həmçinin intensiv yağıntılarla əlaqədar mümkün daşqın və seldən qorunmaq üçün daşqın və sel təhlükəli ərazilərdən uzaq durmalı, bu təhlükə ilə üzləşdikdə dərhal yaxınlıqdakı yüksəkliyə qalxmalı, xilasetmə qurumlarının çağırış və tövsiyələrinə sözsüz əməl edilməlidir.
Bundan əlavə, ildırımla bağlı təhlükələrdən qorunmaq üçün elektrik cihazlarını şəbəkədən ayırmaq, telefonla (sabit şəbəkə, mobil, taksofon və s.) danışmamaq, açıq havada olarkən elektrik xətti, ildırım ötürücüsü, navalça və antenaya yaxınlaşmamaq, hündür ağacların altında daldalanmamaq və bu məqsədlə nisbətən çökək yer seçmək, avtomobildə olduqda isə hərəkəti dayandıraraq şüşələri qaldırıb ildırımın bitməsini gözləmək tövsiyə edilir.
Unutmayın: Qaydalara biganəlik - həyatımıza təhlükədir!
Təhlükə zamanı 112-yə zəng edin!", - deyə müraciətdə bildirilir.
Digər Xəbərlər
30 Aprel 2026 17:35
Çörək bahalaşacaq? - RƏSMİ AÇIQLAMA
30 Aprel 2026 14:09
“Xüsusi Təyinatlılarımız Ermənistana başa salmağa çalışırdılar ki...”
30 Aprel 2026 13:46
Metronun yeni açılacaq stansiyası harada yerləşir? - VİDEO
30 Aprel 2026 12:16
Bakı metrosunun yeni “B-04” stansiyası harada yerləşəcək? - VİDEO
30 Aprel 2026 11:34
Qanunsuz silah-sursatı könüllü təhvil ver - DİN-dən çağırış
30 Aprel 2026 11:24
Məhkumlarla görüşlər artıq onlayn qeydiyyatla aparılacaq - Nazirlikdən yenilik
30 Aprel 2026 11:15
Azərbaycan Ümumdünya Ətraf Mühit Gününə ev sahibliyi edəcək
30 Aprel 2026 10:03


Bakı -°C

