Fransa səfirliyi Azərbaycana başsağlığı verib
Fransanın Azərbaycandakı səfirliyi AZAL-a məxsus sərnişin təyyarəsinin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması ilə əlaqədar Azərbaycana başsağlığı verib.
Adalet.az xəbər verir ki, bu barədə səfirliyin "X" hesabında paylaşım edilib.
"Bu gün Aktau yaxınlığında baş vermiş “Azərbaycan Hava Yollarına" məxsus təyyarənin qəzası nəticəsində həlak olanların doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı veririk. Yaralananların tezliklə sağalmasını diləyirik", - məlumatda qeyd olunub.
Xatırladaq ki, Bakı-Qroznı reysini yerinə yetirən AZAL-a məxsus təyyarə Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarədə ekipaj üzvləri də daxil olmaqla 67 nəfər olub. Məlumata görə, 28 nəfər qəzadan sağ çıxıb.