Fransa Ukraynaya 2 milyard avro hərbi yardım ayıracaq
Fransa Ukraynaya 2 milyard avro məbləğində yeni hərbi yardım paketi ayırır.
Adalet.az xəbər verir ki, bu barədə Fransa Prezidenti Emmanuel Makron Yelisey sarayında Ukrayna Prezidenti Volodimir Zelenski ilə birgə mətbuat konfransında bildirib.
“Bu gün Ukraynaya 2 milyard avro məbləğində yeni dəstək paketi barədə elan etmək istərdim. Bu dəstək Ukrayna Silahlı Qüvvələrinin prioritet ehtiyaclarına uyğun olmalıdır”, – Makron söyləyib.
Yardım paketinə MILAN tank əleyhinə raketlər; hava hücumundan müdafiə vasitələri: MICA raketləri; aviasiya üçün raketlər (“Mirage” təyyarələrinin təchizatı); “Mistral” yerüstü müdafiə raketləri; AMX-10RC zirehli maşınları; distant idarə olunanlar da daxil olmaqla döyüş sursatları daxildir.
Həmçinin Fransanın müdafiə müəssisələri ilə əməkdaşlıq çərçivəsində Ukraynada texnika istehsalı maliyyələşdiriləcək.
Xatırladaq ki, Zelenski martın 27-də keçiriləcək təhlükəsizlik sammitinə hazırlıq məqsədilə Parisə səfər edib.
Digər Xəbərlər
12 Sentyabr 2026 18:00
Fransada qatar relsdən çıxdı - Çoxlu sayda yaralılar var
12 Sentyabr 2026 16:55
Yəmənin ordusu Moxa rayonunda husilərə zərbələr endirib
12 Sentyabr 2026 15:46
İranda SEPAH ilə silahlı qrup arasında toqquşma: Ölənlər var
12 Sentyabr 2026 15:33


Bakı -°C

