Fransanın Azərbaycandakı səfiri geri çağırılıb?
Fransanın Azərbaycandakı səfiri Ann Buayonın məsləhətləşmələr üçün geri çağırıldığı haqda məlumatlar yayılıb.
Adalet.azxəbər verir ki, “Azərbaycan” qəzetinin iddiasına əsasən, Fransa Azərbaycanla Ermənistan arasında sülh sazişinin bağlanmasının real olduğu bir vaxtda səfirlə bağlı “tədbir” görür.
Fransanın Azərbaycandakı səfirliyi bu xəbərə reaksiya verib. Bildirilib ki, məlumat həqiqətə uyğun deyil: “Səfirliyimiz bu gün gündəlik “Azərbaycan” qəzetində dərc olunmuş və səfirimiz Anne Boillon (Ann Buayon) Respublika prezidenti tərəfindən məsləhətləşmələr üçün geri çağırıldığı barədə yazılan məqalədən agahdır. Səfirimiz Fransada məzuniyyətdədir və avqustun 24-də Bakıya qayıdandan sonra fəaliyyətini davam etdirəcək. Onun geri qayıtma tarixi və ölkədə olmadığı barədə Azərbaycan hakimiyyətinə məlumat verilib. Onun növbəti missiyasının sonu Fransa diplomatik personalının adi rotasiya cədvəlinə uyğundur və “Azərbaycan” qəzeti iddia etdiyi kimi, siyasi motivlərlə bağlı deyil”.
Qeyd edək ki, Fransa Prezidenti Emmanuel Makron 2022-ci ilin noyabrında Ann Buayonı Azərbaycana səfir təyin edib. Səfirlik bir neçə gün əvvəl yaydığı açıqlamada yaxın müddətdə onun səlahiyyət müddətinin başa çatacağını bəyan etmişdi. Səfirin Azərbaycanı tərk edəcəyi tarixin hələlik müəyyən edilmədiyi qeyd olunub.
Xatırladaq ki, Fransa səfirinin bu ilin iyununda Qarabağa dəvətsiz səfər etməsi müzakirələrə səbəb olmuşdu.
Digər Xəbərlər
19 Avqust 2026 16:29
Azərbaycan səfiri etimadnaməsini Qazaxıstan Prezidentinə təqdim etdi
19 Avqust 2026 16:16
“ABŞ zərbələrinin bərpa olunması ehtimalını yüksək dəyərləndirə bilərik...”
19 Avqust 2026 10:56
Deputatlarımız Qazaxıstana gedir
19 Avqust 2026 10:31
“Nə qədər ki, Rusiya qonşularına, hətta tərəfdaş adlandırdığı dövlətlərə qarşı...”
19 Avqust 2026 10:28
“Azərbaycan Prezidentinə etdiyi bir zəng vəziyyəti tamam dəyişdi”
19 Avqust 2026 10:12
“Rusiya rəhbərliyi Azərbaycana təzyiq etməyə çalışır” – Politoloq
18 Avqust 2026 15:30
Yeni ingilis səfir Prezidentin qəbulunda azərbaycanca danışdı
18 Avqust 2026 13:48


Bakı -°C

