Füzulinin daha 73 sakini doğma yurda qayıdıb
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, yenidən qurulan Füzuli şəhərinə keçmiş məcburi köçkünlərin qayıdışı davam edir.
Adalet.az xəbər verir ki, sentyabr 15-də növbəti köç karvanı Bakı şəhərinin Qaradağ rayonundakı “Qobu park 3” yaşayış kompleksindən yola salınıb. Bu mərhələdə Füzuli şəhərinə daha 25 ailə - 73 nəfər köçürülüb.
Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan ordusunun qazandığı Zəfər nəticəsində məcburi köçkünlərin 30 ildən sonra könüllü, təhlükəsiz və ləyaqətlə doğma yurdlarına qayıtmasına imkan yaranıb. Daha da gözəlləşən və abadlaşan Füzuli şəhərinin sakinləri hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, torpaqlarımızı işğaldan qurtaran rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildiriblər, bu yolda canlarından keçən şəhidlərimizi böyük ehtiramla yad ediblər.
Köçürülən ailələr Füzuli şəhərində yenidən tikilən evlərdə məskunlaşacaqlar.
Bununla da Füzuli şəhərində 144 ailə, yəni 514 nəfərin daimi məskunlaşması təmin edilib.
Digər Xəbərlər
16 Dekabr 2025 19:41
FHN-in yaranmasının 20 illiyi qeyd olundu - VİDEO + FOTOLAR
16 Dekabr 2025 19:22
Çevik Polis Alayı xalqımıza şərəflə xidmət edir...
16 Dekabr 2025 15:03
Növbəti köç karvanı Xocavəndin Sos kəndinə çatıb, açarlar təqdim edilib - YENİLƏNİB
16 Dekabr 2025 14:23
“Toy mərasimlərimiz bütün sifətləri ilə biabırçılıqdır...” - Sosioloq
16 Dekabr 2025 13:06
Ailə vəzifələrinə görə işçilər arasında ayrı-seçkiliyə yol vermək qadağan edilir
16 Dekabr 2025 12:56
Bu şəxslərə daha çox məzuniyyət veriləcək
16 Dekabr 2025 12:34
Dövlət qulluğuna xitam verilməsi ilə bağlı yeni qayda
16 Dekabr 2025 12:22


Bakı -°C

