Füzuliyə növbəti mərhələdə 461 nəfər köçürüləcək
"Böyük Qayıdış üzrə I Dövlət Proqramı çərçivəsində Füzulidə tikilən yaşayış məhəllələrinə növbəti mərhələdə 122 ailə (461 nəfər) köçürüləcək. Bununla da şəhərdə 380 ailənin (1389 nəfər) daimi məskunlaşması təmin olunacaq".
Adalet.az xəbər verir ki, bu barədə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov məlumat verib.
O bildirib ki, hazırda Azərbaycan dövlətinin qarşısında işğaldan azad edilmiş ərazilərin bərpası, davamlı inkişafı və məcburi köçkünlərin doğma yurda qayıdışının təmin edilməsi kimi şərəfli vəzifə durur. Prezident İlham Əliyevin sosial siyasətində qaçqınlara və məcburi köçkünlərə dəstək və qayğı xüsusi yer tutur, Birinci vitse-prezident Mehriban Əliyeva onların yaşayış şəraitinin yaxşılaşdırılmasını, təhsil, sağlamlıq, mədəni inkişaf məsələlərinin həllini daim diqqətdə saxlayır.
Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq Füzulidə məcburi köçkünlərin rahat və təhlükəsiz yaşayışının təmin edilməsi üçün zəruri infrastruktur yaradılıb. Məcburi köçkün ailələrin nümayəndələri püşkatma vasitəsilə onlara verilən evlərin dəqiq ünvanını müəyyənləşdirirlər.
Digər Xəbərlər
13 Fevral 2026 16:49
Leyla Əliyeva sərgidə - FOTOLAR
13 Fevral 2026 16:26
Böyük Qayıdışın möhtəşəm mənzərəsi - VİDEO
13 Fevral 2026 13:20
"Sevgililər günü"ndə hava necə olacaq?
13 Fevral 2026 12:56
Sosial sığorta sistemində uçot yeni qayda ilə aparılacaq
13 Fevral 2026 12:46
Aeroportların tikintisi üçün torpaq alınması dövlət ehtiyacı sayılacaq
13 Fevral 2026 12:45
Məhkumun əmlakına həbs qoyulması ilə bağlı yeni qayda
13 Fevral 2026 12:44
Pensiyaçılara şad xəbər - Artımla birlikdə ödənildi
13 Fevral 2026 10:43


Bakı -°C

