11 Aprel 2025 15:31
305
KRİMİNAL

Gədəbəyədə qayınata və baldız birləşib gəlini ilə qızı döydülər - YENİLƏNİB

"11.04.2025-ci il tarixində saat 13:40 radələrində 2 nəfər  (qadın cinsli) Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Akademik Z.Məmmədov adına xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub".

Adalet.az xəbər verir ki, bu barədə TƏBİB-dən məlumat verilib. Bildirilib ki, 1983-cü il təvəllüdlü şəxsə dizin və çiyinin əziyi, 2007-ci il təvəllüdlü şəxsə isə üz nahiyəsinin əziyi diaqnozları təyin edilib.

Hər 2 pasiyentə zəruri tibbi yardım göstərilib. Vəziyyətləri stabil qiymətləndirilən şəxslər ambulator müalicə üçün evə buraxılıblar.

***  14:04

Gədəbəydə ana və övladı döyülüb.

Adalet.az-ın məlumatına görə, hadisə rayonun Söyüdlü kəndində baş verib. Belə ki, 1983-cü il təvəllüldü İ.Mürsəlova və övladı 2007-ci il təvəllüdlü N.Mürsəlova müxtəlif bədən xəsarəti i ilə xəstəxanaya yerləşdirilib.

Ana və onun övladına tibbi yardım edilib. İlkin məlumata görə, İ.Mürsəlova qayınata və baldızı tərəfindən döyülüb.

Faktla bağlı araşdırma aparılır.

DİN-dən verilən məlumata görə, məsələ ilə bağlı Gədəbəy Rayon Polis Şöbəsində araşdırma aparılır, ekspertiza təyin olunub. Araşdırmanın sonunda məsələyə hüquqi qiymət veriləcəkdir./unikal