Gəncədə qardaş bacısını öldürdü - YENİLƏNİB

Noyabr 27-də saat 01 radələrində Gəncə şəhər sakini 2001-ci il təvəllüdlü Pəri Allahverdi-Zadənin yaşadığı evdə ölməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.
Adalet.az xəbər verir ki, bu barədə Gəncə şəhər prokurorluğu məlumat yayıb.
Araşdırmalarla 2001-ci il təvəllüdlü Əli Allahverdi-Zadənin aralarında yaranmış mübahisə zamanı Pəri Allahverdi-Zadəyə bıçaqla xəsarət yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Gəncə şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb, Əli Allahverdi-Zadə iş üzrə şübhəli şəxs qismində tutulub.
Hazırda ibtidai istintaq davam edir.
***
08:14
Gəncədə qardaş bacısını qətlə yetirib.
DİN-in mətbuat xidmətinin Gəncə regional qrupundan Adalet.az-a bildirilib ki, Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini Pəri Allahverdizadəni kəsici-deşici alətlə qətlə yetirməkdə şübhəli bilinən, onun qardaşı Əli Allahverdizadə saxlanılaraq istintaqa təhvil verilib.
Digər Xəbərlər

Cinayətdə şübhəli bilinən 35 nəfər saxlanıldı

Lənkəranda narkokuryer həbs edildi

"Daxilimdə bir səs mənə deyirdi ki, ailə üzvlərimi öldürməliyəm" - Əhmədin dəhşətli etirafları
