adalet.az header logo
  • Bakı 19°C
14 Dekabr 2021 11:00
2617
MARAQLI

Gerçekliyi ilə dünyanı vahimələndirən 500 illik öncəgörmələr: Mişel Nastradamus

Öz ölüm tarixini bilməsi ilə tanınan dünya şöhrətli öncəgörücü, öz kəhanətləri ilə məşhur olan fransız əczaçı və kimyagər Nostradamus (əsl adı Mişel de Notrdam) sdını ömründə bir dəfə də olsa eşitməyən bəşər övladı demək olar ki, yoxdu. Doğulduğu gündən bu günə qədər sirli bir sandıq kimi dünyanın maraq dairəsinə salan bu müəmmalı fransız kahinin doğum günüdür. Adalet.az xəbər verir ki, Mişel de Notr Dam 1503-cü il dekabrın 14-də Sen-Remi-de-Provens şəhərində sefard yəhudilərinin (təqiblər nəticəsində Pireney yarımadasından Fransaya köçmüş) ailəsində anadan olub. Sezar de Nostrdamın Provans xronikasında təkrar etdiyi bir ailə əfsanəsində deyilir ki, öncəgörücünün əcdadları Kalabriya hersoqlarının, xüsusən də Xeyirxah Renenin sarayında müalicəçi kimi xidmət edirdilər. Lakin mövcud faktlara əsasən onların kifayət qədər savadlı və imkanlı adamlar olduğunu iddia etmək olar. Məlumatlara görə, 1518-ci ildə 14 yaşlı Mişel de Notrendam Avinyon Universitetində oxumağa getdi və burada trivium deyilən elmləri - qrammatika, ritorika və məntiqi, daha sonra isə kvadriviumu - həndəsə, hesab, musiqi və astrologiyanı öyrəndi. 1519-cu ildə şəhəri vəba xəstəliyi bürüdü və Mişel qovuldu. Sonra o, təkbaşına həkim olmaq və taunu müalicə etməyin yolunu tapmaq qərarına gəldi. Ancaq heç vaxt bir həll tapmadı. 1555-ci ildə Nostradamus ilk astroloji almanaxını nəşr etdi və elə həmin il Lionda oğlu Sezara ön söz olan 353 dördlükdən ibarət Əsrlərin ilk nəşri nəşr olundu. 2 iyul 1566-cı ildə Nostradamus podaqra xəstəliyinin ağırlaşmasından Salonda vəfat etdi.

Nastradamusun kəhanətləri

Özünün qabaqcadan dediyi vaxt - 1566-cı ildə vəfat etsə də, dünyanın gələcək tarixi, hətta XX və XXI əsr haqqında dediklərinin əksəriyyəti gerçəkləşib. Filologiya elmləri doktoru və professoru Qəzənfər Paşayev yazır: “Onun Ermənistan-Azərbaycn arasındakı Qarabağ müharibəsinə həsr edilən katreni 1560-cı ilin sentyabr ayı üçün almanaxına daxil edilərək 54 saylı katren adı altında verilmişdir. O dövrə heç dəxli olmayan katren belədir: Saçları qısa qırxılmışları (yumrubaşları) silahdan məhrum edəcəklər. Bu, münaqişənin müddətini xeyli uzadacaq. İçki atası (içki düşkünü) ildırım sürətli albanlara qarşı kələk işlədəcək. Özününkülərdən ayrı düşənlər məhv olacaq. Əcnəbi tədqiqatçılar "Albaniya" deyəndə müasir Azərbaycan və azərbaycanlıların nəzərdə tutulduğunu etiraf edirlər. Nostradamusşünas Bardo Kidoqo yazır: "Albaniya deyəndə nədənsə insanlar Balkanları göz önünə gətirirlər. Bu təsəvvür düz deyildir. Əslində, qədim tarix də və Nostradamus da buna işarə edir ki, Albaniya Qafqaz və İran arasında indi Azərbaycan kimi tanınan ərazidir". Tədqiqatçı Con Houq və başqaları da eyni fikirdədirlər. Con Houq yazır: "Qədim Albaniya Zaqafqaziya regionudur. Katren 20-ci əsrin doxsanıncı illərində baş verən Ermənistan-Azərbaycan münaqişəsindən bəhs edir. 1993- cü ilin aprel iyun aylarında erməni ordu hissələri özünün həlledici qələbəsini əldə edərək Dağlıq

Qarabağı Azərbaycandan ayırdı. 90-cı illərin ortalarında Azərbaycan-Ermənistan münaqişəsi səngidi". Qarabağ münaqişəsi hamıya tanışdır. Məlumdur ki, münaqişə ərəfəsində ruslar azərbaycnlıların əlindən ov tüfəngini də alırdılar. Lazımi hərbi sursat və müasir silahların olmaması ucbatından, katrendə göstərildiyi kimi, münaqişəyə son qoyulmadı. Lakin sonralar başqa ölkələrdən silah əldə edən Azərbaycn ordusu ildırım sürəti ilə Füzuli-Cəbrayıl istiqamətində hücuma keçib çox yerləri azad edəndə, ermənilər vahimə içində qaçmağa başladılar. Rusiyanın prezidenti Boris Yeltsin (içki düşkünü) Azərbaycan rəhbərliyinə müraciət etdi və məsələni qan tökmədən həll etməyə söz verdi. Sözarası Rusiyanın Ermənistanla hərbi sazişinin olmasını da yada saldı. Atəşkəs əldə edilsə də, münaqişə həll olunmadı.Katrenin dördüncü sətrində söhbət Qarabağda tutularaq Ermənistana aparılan azərbaycanlılardan gedir. Katrenin ikinci sətirindən göründüyü kimi, münaqişə bizim xeyrimizə həll olunacaq”

Əntiqə Rəşid